Şou-biznes
156
15:35, Bu gün

"Ürəyimi açdım, arxamdan VURDU"

Aktrisa və aparıcı Ülviyyə Xəlilbəyli sərt açıqlaması ilə diqqət mərkəzinə düşüb.
 
Moderator.az xəbər verir ki, sənətçinin etirafı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
 
O, bildirib ki, bir zamanlar yaxın dost hesab etdiyi şəxs ona ciddi zərbə vurub:
 
"Bir zamanlar dost sanıb evimi açdığım, sirrimi bölüşdüyüm insan məni kürəyimdən elə vurdu ki... Həmin anı yuxu görürmüş kimi hiss edirdim. Sağlam dişlərimi bacarmadığı vinirlə məhv etdi. Millətin arxasınca nələr danışdı. Amma sonda öz adını da üstümə qoyub şantaj dolu çatdırmalar etdi. 4 il keçsə də, yaşananları unutmuram. Odur ki, kədərdən ölsəniz belə, özünü canayaxın göstərən yaltaqlarla heç nəyi bölüşməyin. Çünki öz xeyirləri üçün hər şey elə adamlardan çıxır. Həmişə demişəm ki, mənim üçün ən təhlükəli insan yaltaqlığı bacarandır. Yarısı yerin dibində olan insanlardır".
 
Aktrisanın bu fikirləri izləyicilər arasında müxtəlif reaksiyalar doğurub və sosial mediada geniş müzakirə olunmağa davam edir. /milli.az/
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər