Fil qətliam törətdi: Ölən və yaralı var - Anbaan VİDEO
254
14:15, Bu gün

Fil qətliam törətdi: Ölən və yaralı var - Anbaan VİDEO

Hindistanda yük maşınında daşınan fil qəfil nəzarətdən çıxaraq faciəyə səbəb olub.

Moderator.az xəbər verir ki, hadisə zamanı fil onu daşıyan yük maşınının sürücüsünə hücum edərək onu öldürüb, baxıcını isə ağır yaralayıb.

Məlumata görə, nəzarətdən çıxan heyvan ətrafdakı bir neçə nəqliyyat vasitəsinə də ziyan vurub, yolda ciddi qarışıqlıq yaradıb.

Hadisə yerinə cəlb olunan xüsusi xidmət əməkdaşları fili yalnız təxminən 2 saatdan sonra nəzarət altına ala biliblər.

Yaralı baxıcının xəstəxanaya yerləşdirildiyi bildirilir. /Musavat.com/

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər