Bizi sosial şəbəkələrdən izləyin:
Xalq artisti Aygün Kazımova növbəti dəfə səhnə obrazı ilə gündəmə gəlib.
55 yaşlı sənətçinin qatıldığı toy məclislərindən birində lentə alınan görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb.
O, gecədə həm ifası, həm də fərqli səhnə tərzi ilə seçilib. Ağ rəngli, transparan detallı geyimini qara jilet və iri platformalı botinkalarla tamamlayan Xalq artistinin obrazı müzakirələrə səbəb olub.
Xüsusilə müğənninin klassik toy səhnəsi üçün qeyri-adi sayılan botinkaları izləyicilərin diqqətindən yayınmayıb. Sənətçinin enerjili çıxışı və yaşına rəğmən cəsarətli səhnə seçimi sosial şəbəkələrdə müxtəlif rəylərlə qarşılanıb. (Yeni Sabah)