Bizi sosial şəbəkələrdən izləyin:
Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, 1–3 may tarixlərində Tacikistanın paytaxtı Düşənbədə “Böyük Dəbilqə” turniri keçiriləcək.
Moderator.az xəbər verir ki, Azərbaycanı yarışda 4 çəki dərəcəsində 6 cüdoçu təmsil edəcək.
Dünya Cüdo Turuna daxil olan turnirdə 34 ölkədən 248 idmançı qüvvəsini sınayacaq.
Heyəti təqdim edirik:
Kişilər
60 kiloqram
Murad Muradlı
66 kiloqram
Nizami İmranov
İslam Rəhimov
73 kiloqram
Rəşid Məmmədəliyev
+100 kiloqram
Uşanqi Kokauri
Camal Qamzatxanov