Bizi sosial şəbəkələrdən izləyin:
"Qarabağ"- "Sabah" oyunu zamanı tribunuda mübahisəli məqam yaşanıb.
Moderator.az "Unikal"a istinadla xəbər verir ki, azyaşlı azarkeşlərdən biri pankart açaraq "Qarabağ"ın futbolçusu Toral Bayramovun formasını istəyib. Oyunçu azyaşlının istəyini gerçəkləşdirib və tribunaya formasını atıb. Lakin bu zaman digər azyaşlılarla formanı istəyən uşaq arasında mübahisə yaşanıb. Polis əməkdaşları formanı sahibinə verərək məsələyə son qoyub.