Hakan Fidan:
Siyasət
203
15:36, Bu gün

Hakan Fidan: "Türkiyə hər zaman Azərbaycanın yanında olacaq"

"Türkiyə Cənubi Qafqazda sülhün və sabitliyin təmin edilməsi üçün ciddi səylər göstərir".
 
Moderator.az xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan V Antalya Diplomatiya Forumunun mətbuat konfransında çıxışı zamanı səsləndirib.
 
Nazir bildirib ki, Türkiyənin əsas xarici siyasət xətti bütün bölgələrdə sülhü və sabitliyi önə çəkməkdir:
 
"Prezidentimizin başdan bəri ortaya qoyduğu xarici siyasət xəttinə əsasən, bölgədəki mövqeyimiz bəllidir. Yəni, bir bölgə üçün nə istəyiriksə, digəri üçün də eynisini istəyirik. Bizim hər yerdə sülhü və sabitliyi önə çəkən mövqeyimiz var ki, bunun üzərində inkişafı və rifahı inşa edə bilək".
 
Azərbaycan və Ermənistan arasında aparılan danışıqlara toxunan H.Fidan qeyd edib ki, bu istiqamətdə çox mühüm məsafələr qət edilib:
 
"Bilirsiniz ki, Vaşinqtonda keçirilən mərasimlə sülh müqaviləsi paraflanıb. Lakin yekun sənədin imzalanması üçün atılmalı olan daha bir-iki addım var. Bu günə qədər görülən işlər onu göstərir ki, hər iki tərəf sülh axtarışında olduqca səmimidir və irəliyə doğru cəsarətli addımlar atmaqda, risk almaqda istəklidir. Dünya ictimaiyyətinin də bu məsələyə inanılmaz rəğbəti və dəstəyi var".
 
XİN başçısı Türkiyənin hər zaman Azərbaycanı dəstəkləməyə davam edəcəyini xüsusi vurğulayıb:
 
"Təbii ki, Türkiyə hər zaman Azərbaycanın yanında olacaq, bu, bizim ortaq taleyimizdir. İnandıqımız bir reallıq var ki, Azərbaycanın Ermənistanla əldə edəcəyi sülh nəticəsində bölgəmiz çox daha sabit bir regiona çevriləcək. Bu, bütün bölgə xalqları üçün son dərəcə əhəmiyyətlidir".
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər