Bizi sosial şəbəkələrdən izləyin:
Əməkdar artist Sevinc Əliyeva rejissorların peşəkar aktyorları serial və filmə dəvət etməməsindən şikayətlənib.
"Gün ortası" proqramına açıqlama verən aktrisa artıq gənclərə üstünlük verildiyini bildirib:
"Təəssüf edirəm ki, peşəkar aktrisaları çəkmirlər. İndi dəvət yoxdur. İçi mən qarışıq. Peşəkar aktrisaları dəvət etmək lazımdır. Rejissorlar baxıb görsünlər ki, ana xarakterli rollara peşəkar aktrisaları çəkmək nədir. İstər Naibə Allahverdiyeva, istər məni dəvət etmirlər.
İndi gəncləri, yeniyetmələri çəkirlər. Bəlkə tanımırlar, teatr tamaşalarını izləmirlər. İzləsələr, çox şey dəyişər. Aktyorla işləmək başqadır. Biz kitabxanalardan çıxmırdıq. İndi sosial şəbəkələr var, evdə oturub internetdən oxuyurlar". (Axşam.az)