Bizi sosial şəbəkələrdən izləyin:
Livan hakimiyyəti ABŞ Prezidenti Donald Trampın haqqında bəhs etdiyi İsraillə görüşlərdən xəbərsizdir.
Moderator.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Bildirilib ki, Beyrut rəsmi kanallarla bununla bağlı heç bir məlumat əldə etməyib.
"İsrail tərəfi ilə nəzərdə tutulan hər hansı bir görüşdən xəbərimiz yoxdur və rəsmi kanallar vasitəsilə bu barədə məlumatlandırılmamışıq", - deyə agentliyin həmsöhbəti qeyd edib.
Xatırladaq ki, Donald Tramp İsrail və Livan liderlərinin aprelin 16-da danışıqlar aparacağını bəyan edib. O, bu görüşü, hətta "tarixi" adlandırıb.