Müğənni Nahidə Babaşlı Türkiyədə keçirilən “Altın Kelebek” mükafatlandırma mərasimində “Azərbaycanın parlayan gənc ulduzu” kateqoriyası üzrə qalib olub. Ancaq onun həmin gecədə geyindiyi geyim müzakirələrə səbəb olub.
Pərəstişkarları bu uğura ürəkdən sevinsə də, gecə üçün yaşıl məxmər libas seçən ulduzun obrazı sosial şəbəkədə bəyənilməyib. Bu geyimi atelyedə tikdirdiyini və bunun uğursuz olduğunu qeyd ediblər.
Sosial şəbəkələrdə belə önəmli gecələrə brend geyimləri ilə göz oxşamağa çalışan ulduzların sırasında təmsilçimizin geyiminin heç də zövqlü olmadığı qeyd edilib.
Moderator.az mövzu ilə bağlı tanınmış modelyer, dizayner Gülnarə Xəlilovaya müraciət edərək, təəssüratlarını öyrənib:
“Brend geyinmək önəmli deyil. Amma zövqlü geyinmək, tədbirə və məkana görə doğru seçim etmək, geyimi düzgün daşımaq çox vacibdir.
Atelye məsələsinə gəlincə isə qeyd edim ki, məşhur və yerli brendlərin hər birinin atelyesi, moda evi olub”.
Xəyalə Rəis