“Az da olsa başlarının içində beyin varsa...”
Şou-biznes
2119
17 Nov 2021 | 14:16

“Az da olsa başlarının içində beyin varsa...”

“Deyəsən səviyyəsiz verilişləri və səviyyəsiz işlərlə məşğul olan  Cövdət Şükürovun özündən xəbəri yoxdur. Bozbaşlıq edən də, səviyyəsizlik edən də özüdür. Ucuz reytinq xatirinə verilişdə lazım oldu-olmadı dava salır, saxtakralıq edir. Gedib öz işlərinə baxsın, ondan sonra gəlib ağzını açıb danışsın”.

 

Bu sözləri Moderator.az-a açıqlamasında tanınmış aktrisa Cəmilə Tağızadə "Bir gün sizdə, bir bizdə" verilişini fırıldaqçılıq və saxtakarlıqda ittiham edərkən bildirib:
  
"Verilişdə ən birinci saxtarkarlıq odur ki, mən özüm verilişin iştirakçılarını gətirmişəm. Biz bir-birimizi tanıdığımız halda verilişdə aparıcı guya bir-birimizdən xəbərsizik kimi təqdim etdi. Guya fərqli yerlərdən gəlmişik.  Hansı ki, biz hamımız dost idik. Elə birinci saxtarkarlıq orada başladı. Verilişə baxanda görünəcək ki, bu veriliş saxta verilişdir, yalandır, şou xətrinə olan bir şeydir. 
Cövdət Şükürovun necə üzü və dili də var danışmağa? Getsinlər öz verilişlərinə baxsınlar sonra danışsınlar. Az da olsa başlarının içində beyin varsa  çalışarlar ki, həmin verilişi efirə verməsinlər.  Efirə versələr görəcəklər ki, hər şey qurma və rəzalətdir. Hər şey orda başdan ayağa qurmadır. Özləri özlərini bibar və rəzil edəcəklər.  Normal insan o verilişi efirə verməz. Belə də ki, reytinq istəyirlər, onlara reytinq lazımdır.

Onsuz da bir aya Türkiyəyə qayıdıram, mənim onlarla məhkəmələrə gedəsi halım yoxdur. Yoxsa onu məhkəməyə verib, axıra qədər gedərdim, əlimdə də sübutlarım var. Onu işdən çıxartdırıb, işsiz gücsüz saxlayardım. Getsin işi ilə məşğul olsun, mənim də başımı xarab eləməsin”.
 

 


 

Xəyalə Rəis
 

Link kopyalandı!
Son xəbərlər