Suğra Bağırzadə: “Bacımın 86 yaşı var, məndən də yaxşı qalıb” - FOTOLAR/VİDEO
Şou-biznes
Oxunub: 1983
25 Feb 2020 | 15:17
Suğra Bağırzadə:  “Bacımın 86 yaşı var, məndən də yaxşı qalıb” - FOTOLAR/VİDEO
Moderator.az Əməkdar artist, “Floristika” İncəsənətə Dəstək İctimai Birliyinin yaradıcısı Suğra Bağırzadənin “Qafqazinfo”ya müsahibəsin təqdim edir:

- Suğra Bağırzadə ictimaiyyətə maraqlı bir xanımdır. Həm floraçı-rəssam, həm aktrisasız. Demək olar ki, hamı sizi aktrisa kimi tanıyır. Lakin floraçı-rəssam kimi sizin haqda elə də çox məlumatlı deyilik. Bu peşəyə maraq necə yarandı?

- Təəssüf ki, məni mühəndis kimi tanımırlar. Çünki hər zaman Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında mühəndis kimi çalışmışam.  Özüm Neft-Kimya İnstitutunun (indiki ADNSU) kimya texnologiyası fakültəsini bitirmişəm. Ailə qurduqdan sonra bir il Elmi-Tədqiqat İnstitutunda işlədim. Atam istəmirdi ki, ömrümü kino ilə bağlayım. Özünün elmə marağı böyük idi. 7 bacı və bir qardaşım var. Hamımız ali təhsilliyik. Böyük bacımın 86 yaşı var. Bəzilərimiz disertasiya müdafiə edib. Hamı elmlə bağlıdır, mən isə yeganə övladam ki, incəsənətlə məşğul oluram. Valideynin sözünə baxmamaq mümkün deyildi. Atam nə deyirdisə, onu da edirdik. İndi ona çox minnətdaram. Ailə qurduqdan sonra atam mənə qarışmadı. Özüm nə aktyorluq, nə də floristika ilə bağlı təhsil almışam. Uşaqlıqdan səhnədə olmuşam. Aktyorluq işi mənim üçün adi həyat tərzidir. Floristikaya maraq uşaq vaxtlarından var idi. Anam Məleykə xanımın gülləri solanda qanı qaralırdı. O gülləri çox sevirdi, bizə də bunu öyrətdi. Anama güllər gətirirdim, deyirdi ki, xarab olacaq. Mən də uşaq vaxtı ona cavab verirdim ki, elə bir şey fikirləşəcəm ki, sənin güllərin xarab olmayacaq.  Bu, uşaqlıq əqlimdə fırlanırdı. Heç bilmirdim ki, bunu necə etmək olar. Amma Neft-Kimya İnstitutunda təhsil alan vaxt məhlulları, dinamikanı, ağırlığı və hərəkəti öyrənirdik. Artıq gülləri saxlamaq üsulunu başa düşürdüm. 

- İlk işiniz yadınızdadır? 

- İlk işimi soruşanda anamı yadıma salıram. Birinci əl işim hazır olanda anam və atam dünyasını dəyişmişdi. İlk işimi aparıb anamın başdaşı üstünə qoydum. Dedim ki, ana, mən arzunu yerinə yetirdim. İş ondadır, bacılarım dedi ki, yağış yağacaq, əl işin xarab olacaq. Doğrudan da elə oldu, eybi olmaz. Qoy anamın ruhu şad olsun... 

- Bir əsərin sona çatması nə qədər müddətə başa gəlir?

- Kino kollektiv işdir, təkcə özünü yox, hamını fikirləşirsən. Bu isə mənim fərdi işimdir. Zəhmət tələb edir. Ərsəyə gəlməsi üçün həcmindən asılı olmayaraq iki il lazımdır. Çəmənlikdə lalələri işləmək üçün əziyyət çəkmişəm. Əvvəlcə çəmənliyi, sonra lalələri düzmüşəm. Bu, artıq 4 ilə başa gəlib. Başqa cür mümkün deyil. Çiçəklər incədir, onların xasiyyəti fərqlidir. Elə olur ki, gecə, elə də olur ki, səhərdən axşama kimi bir əsər üzərində çalışıram.

- Düzdür, hər bir rəssamın işi onun üçün qiymətsizdir. Amma əsərlərinizi satmaq haqda nə düşünürsüz? 

- Bilirsiz, satış məsələsi bir az çətindir. Çünki ematalxanam yoxdur. Kinostudiyada bu otağı mənə veriblər, çox sağ olsunlar. Amma bura idarədir, hamı gələ bilmir. Şənbə-bazar bağlı olur. Bir az çətinlik olur. Amma sərgilərdə görürlər. Müəllifi olduğum “Floristika” kitabımı, əsərlərimi alırlar. TV və media da biganə qalmır, dəstək olurlar. Qiymət əmək sərf etməyimdən asılıdır. 

- “Çəmənlikdə lalələr” əsərinə dörd il sərf etmisiz...

- Məndən olsaydı, 1 milyona satardım. Amma mümkün deyil. İstəmirəm ki, bu əsərlər hər adamın evini bəzəsin. Xaricdə əl işlərinə böyük qiymət verirlər. Mən isə qiymət qoymağa çətinlik çəkirəm. İndiki zamanda yaxşı yaşamaq üçün pula ehtiyac çoxdur. Amma daha böyük amillər var. Hər şeyi pula çevirmək olmaz. Elə qiymətli əsərlərim var ki, onları bağışlaya da bilərəm. 
 
- Güllərin xarab olmamağı üçün hansı məhlullardan istifadə edirsiz?

- Xüsusi məhluldur. Ləçəklərin qalınlığından asılı olaraq, məhlulların tərkibi dəyişir. Çünki ağır maye olanda çiçəklər ölü olur, şux qalmır. Burada həm mühəndis hesablamaları, həm də rəssam fikri var. Hərdən deyirlər ki, Allah vergisidir. Amma insanda çalışqanlıq olmasa, nail ola bilməzsən. 

- Suğra xanım, bayaq qeyd etdiniz ki, atanız aktyorluq peşəsi ilə məşğul olmağa icazə vermirdi. Həyat yoldaşınız isə sizə dəstək oldu. Həmin dövr insanlar daha mühafizəkar idi. Bəs yoldaşınız necə, o da bu sahədə çalışır?

- O, “Politexnik”i (indiki ATU) bitirib, mühəndisdir. “Ulduz” filminə çəkiləndə 8-ci sinfi bitirmişdim. Məni orada görmüşdü. İllər sonra arxamca gələndə də bunu dedi ki, məktəb vaxtlarımdan sənə vurulmuşam. Naxçıvanda yaşayırdı. Deyirdi ki, mən Naxçıvanda hamıya demişəm ki, o qızı tapacam. Yəni məni artıq aktrisa kimi tanımışdı. Bilirdi ki, hansı peşə ilə məşğulam. Mühəndis olmağımdan xəbərsiz idi. Beynində bunu yaşadırdı ki, mən kino qəhrəmanıyam. Tanış olduqdan sonra bildik ki, ikimiz də mühəndisik. Söylədim ki, kinonu çox sevirəm, atam icazə vermirdi, amma bundan sonra çəkiləcəm, film çəkilişlərində iştirak edəcəm. 
 
- Övladlarınız necə? Onlar da bacılarınız kimi elmi işlə məşğul olurlar? 

- İki qızım var, ailəlidirlər. Hazırda 4 nəvə böyüdürük. Bir ana, nənə kimi onlara çox kömək edirəm. Qızlarım mənə çox diqqət edirlər. Onlar yaşa dolduqca mənə daha çox hörmət edirlər. Bir ana, eyni zamanda bir qadın kimi... Yəqin ki, mənimlə fəxr edirlər. Çünki mən də anamla fəxr edirdim. O, diş həkimi idi, lakin işləmirdi, atam icazə vermirdi. Buna baxmayaraq, 8 uşağa baxırdı. Böyüyüb ana olduqdan sonra bunu başa düşdüm. Adi bir qızın uzun saçlarını yumaq, daramaq, hörmək qəhrəmanlıq idi. Çünki hər gün eyni şeylər təkrarlanırdı. Bundan əlavə, həyat yoldaşıma qulluq edirəm. Bilirsiz ki, evdə kişi qulluq istəyir. Hər şey qaydada olmalıdır. Biz evimizdə belə görmüşdük. Başqa cür istəsək də, alınmırdı. Hərdən hirslənib deyirəm ki, heç nə etməyəcəm. Amma sonra özüm də bilmədəm görürəm ki, bütün işləri həll etmişəm. Çünki beyin belə işləyir. 

Qızım Cəmilə rejissorluq üzrə təhsil alıb. Space TV-də Firdovsi Atakişiyevlə rus dilində proqram aparırdı. Amma daha sonra Azərbaycan dilini mükəmməl bilmədiyinə görə aparıcılıq üzrə yoluna davam edə bilmədi. Hazırda Ənənəvi İncəsənət Mərkəzinin “Dastan” brendinin direktorudur. Digər qızım Gülarə də İçərişəhərdə başqa bir yerdə çalışır. Bu yaşda onlar layiqli vəzifələrdə çalışırlar. Qız nəvələrim də İncəsənət Gimnaziyasında təhsil alırlar. 

- Hamıya maraqlıdır, 73 yaşlı Suğra Bağırzadə necə belə təbii və şux qala bilib? 

- Heç fikirləşmirəm ki, bundan sonra nə qədər yaşayacam. Sabahı bilmirəm, fani dünyadır. Bacılarım, qızlarım, ailəm və dostlarımla gözəl anlar yaşayıram. Daha çox öyrənirəm, çalışıram. Çox aktiv bir həyatım var. Mənə sual verirlər ki, niyə qocalmırsız? Cavab verirəm ki, qocalmağa vaxtım yoxdur. Səhərlər idman edirəm, gəzməyi sevirəm. Kitab oxuyuram, tamaşalara baxıram. Dünyanın hansı ölkəsinə gedirəmsə, orada teatrda oluram. Yəni insan öz üzərində işləməlidir. İşləməsən heç nəyə nail olmazsan. Elələri var ki, 57 yaşında qocaldıqlarını boynuna alırlar. Beyin qocalırsa, deməli, insan yaşlanır. Mən kitabımı 70 yaşında yazmışam.  

İş ondadır ki, genetik məsələ də rol oynayır. Bacımın 86 yaşı var, məndən də yaxşı qalıb. Ona 60 yaş vermək olar. Üzündə qırışları belə yoxdur. Bacılarım gözəldir, qocalmırlar. Qaldı ki, mən... Estetik əməliyyat etdirmərəm. Səhnə insanı, müğənni edə bilər. Amma aktrisada alınmaz. Çoxları dodağını böyütdürür, gözünə nələrsə, müdaxilə olunub. Bu zaman tamamilə üz dəyişir. Mənim sifətim heç vaxt dəyişmir. Bunun üçün üzə qulluq etmək, düzgün qida qəbul etmək lazımdır. Hər şeyin qədəri var. Yalnız özüm bişirdiyim yeməkləri yeyirəm. Mən heç vaxt “McDonalds”, “KFC” - elə yerlərdə ömründə yemərəm. Heç vaxt, heç vaxt...

Bilirsiz, mədəniyyət böyük şeydir. Gərək uşaqlar kiçik yaşlarından kulturologiyanı yaxşı öyrənsinlər. Yemək mədəniyyətini qanlarına hopdurmaq lazımdır.  

Bundan əlavə, demək olar ki, kosmetoloq yanına nadir hallarda gedirəm. Çünki özüm dəriyə qulluğu bacarıram. Əvvəlcədən insan özünə baxmalıdır. Əlbəttə ki, kök olub, sonra arıqlayanda dəri boşalacaq. Başqa cür ola bilməz. Bunun üçün gənclik illərindən qulluq etməlisən ki, sonra yaxşı nəticə olsun.



Oxşar xəbərlər
21:39, Bu gün
Sumqayıtda zavodda yanğın başlayıb
21:16, Bu gün
G7 ölkələri 2035-ci ilədək kömürdən imtina etmək barədə razılığa gəliblər
21:08, Bu gün
“Bəli, biz etmişik, düz etmişik, yerində etmişik!”
20:57, Bu gün
Fransada məhbus sayı tarixi rekord həddə çatıb
20:53, Bu gün
BMT Baş katibi İsrail və HƏMAS rəhbərliyinə çağırış edib
20:36, Bu gün
Fransanın XİN başçısı Benyamin Netanyahu ilə görüşüb
20:36, Bu gün
Magistraturaya qəbul imtahanı verənlərin nəticələri elan edildi
20:34, Bu gün
İranda məcburi hicaba görə xəstəxana bağlanıb
20:22, Bu gün
Azərbaycanda azyaşlıya qarşı seksual zorakılıq edən manyak ƏLƏ KEÇDİ
20:21, Bu gün
Ermənistan prezidenti: “Azərbaycanla sərhədlərin delimitasiyası gələcəyə və davamlı sülhə yönəlib”
19:49, Bu gün
Yüksək təzyiqi salmaq üçün bu toxumu yeyin
19:35, Bu gün
Ukrayna ABŞ-dan hərbi yardım gözləyir, Rusiya isə cəbhə xəttini yarmağa çalışır - NYT
19:29, Bu gün
Diqqət! Uşaqda bu simptomlar ŞƏKƏRLİ DİABETdən  xəbər verir
19:25, Bu gün
Qurban Qurbanov Almaniya və İtaliya klublarının baş məşqçilərini arxada qoyub
19:09, Bu gün
Bakıda çörəyin içindən taxta ÇIXDI – VİDEO
19:09, Bu gün
Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan “beh” alan dələduz ələ keçdi - VİDEO
19:07, Bu gün
Nəzakət Teymurovanın qızı evlənir?
19:00, Bu gün
Mirzoyan: “Ermənistan Azərbaycan və Türkiyə ilə kommunikasiyaların açılmasına hazırdır”
18:59, Bu gün
Başgicəllənmə görün hansı xəstəliklərin əlamətidir - DİQQƏT! 
18:59, Bu gün
“Ukraynada və Gürcüstanda attestatla oxuyub ölkəmizdə stomatoloq işləyirlər”  - İDDİA
18:53, Bu gün
Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı AÇIQLANDI
18:51, Bu gün
Tələbə saqqalı universitetə gələ bilərmi?
18:06, Bu gün
“Dronlar Rusiyanı dağıda bilməz..."
18:04, Bu gün
Azərbaycan ordusuna xidmət etmək istəyən psixoloqların NƏZƏRİNƏ
18:02, Bu gün
Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan “beh” alan dələduz saxlanıldı - VİDEO
17:58, Bu gün
İlham Əliyev qəbul keçirdi - FOTO
17:55, Bu gün
Azərbaycanda 1700-dən çox alim olduğu halda niyə yeni kəşflər YOXDUR? - AÇIQLAMA
17:50, Bu gün
25 yaşlı XTQ-nin təlimindən möhtəşəm görüntülər - FOTO/VİDEO
17:47, Bu gün
Depardye Parisdə saxlanıldı - Dindirilmədən sonra həbs oluna bilər
17:43, Bu gün
Emin Əmrullayev “Maarifçi”lərlə görüşdü - FOTO
17:39, Bu gün
BDU tələbələri istehsalat bacarıqlarını yüksəldirlər - FOTO
17:36, Bu gün
Hökumət və xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişləndirildi
17:33, Bu gün
"Qərb radikal İslama qarşı üçüncü dünya savaşının qızğın çağındadır" - İsrail XİN rəhbəri
17:30, Bu gün
İlham Əliyev fərman imzaladı
17:27, Bu gün
Sumqayıtda avtomobili narkotiklərin təsiri altında idarə edən sürücülər aşkar olunublar - FOTO/VİDEO
17:24, Bu gün
Fransızlar Avroparlamentə seçkilərdən Makrona qarşı narazılıqlarını bildirmək üçün istifadə edəcək - SORĞU
17:20, Bu gün
Nazim İbrahimovun qardaşının həbs müddəti uzadıldı
17:16, Bu gün
Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib
17:12, Bu gün
Azərbaycanın dünya mədəniyyətinə töhfəsi: növbəti Mədəniyyətlərarası Dialoq Forumu - ANALİZ + FOTO
17:08, Bu gün
Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
17:05, Bu gün
Bakıda COP29-a həsr olunan Beynəlxalq Təşkilatların III Zirvə görüşü keçiriləcək
17:02, Bu gün
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstəriləcək
16:58, Bu gün
Ceyhun Bayramov Əhməd Attafla görüşdü
16:54, Bu gün
KİV: Macarıstan Aİ Sülh Fondundan Ermənistana bir milyon avroluq yardımı Azərbaycana görə bloklayır
16:50, Bu gün
Əməliyyat keçirilən qurumun rəisi kimdir?
16:49, Bu gün
Şuşaya DÖNÜŞ başladı
16:44, Bu gün
Əli Mirəliyev parik taxmasının səbəbini açıqladı - SƏHNƏARXASI VİDEO
16:38, Bu gün
Növbəti köç karvanı Laçına çatdı, açarlar təqdim olundu - YENİLƏNİB +FOTO
16:26, Bu gün
"Süni intellekt" dərsliyi 4 dildə
16:22, Bu gün
Bu məktəblərin şagirdləri 300 bal topladı - SİYAHI
16:18, Bu gün
Bu gün 82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib
16:14, Bu gün
Bakının mərkəz küçəsinin bir hissəsində təmir yekunlaşdı - FOTO/VİDEO
16:09, Bu gün
Fransız səfir geri qayıtdı, münasibətlər normallaşacaq, yoxsa?..
16:06, Bu gün
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
16:02, Bu gün
Fransa daxili işlər nazirinin Azərbaycana qarşı iddiaları əsassızdır - XİN
15:59, Bu gün
Bu ərazilərdə yeni məktəb tikiləcək
15:55, Bu gün
"Azərbaycanın enerji siyasəti bir çox ölkə üçün örnək təşkil edir" - Tamam Cəfərova
15:50, Bu gün
Bakıda 27 alternativ qeydiyyat mərkəzi yaradılıb
15:45, Bu gün
May ayında hava necə olacaq?
15:42, Bu gün
Azərbaycanda COVID-19-a yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA
15:40, Bu gün
İranda şəxsi təyyarə qalmaqalı - VİDEO
15:37, Bu gün
Psixoloq həyəcan təbili çaldı: “Yeniyetmələr arasında aqressiya artıb” - VİDEO
15:35, Bu gün
Nadejda Qlebova: “ABŞ Azərbaycan və Türkiyəni öz təsirinə tabe etdirə bilmədi” - MÜSAHİBƏ
15:30, Bu gün
Tanınmış xanəndə vəfat etdi - VİDEO
15:25, Bu gün
Buraxılış imtahanının nəticələri AÇIQLANDI
15:22, Bu gün
Ötən gün ölkə üzrə qızılcaya yoluxma hallarının STATİSTİKASI
15:20, Bu gün
Ceyhun Bayramov livanlı həmkarı ilə görüşdü - FOTO
15:15, Bu gün
Kral Çarlz xərçəng açıqlamasından sonra ilk dəfə ictimaiyyətə göründü - AZƏRTACIN EKSKLÜZİV kadrları - VİDEO
15:10, Bu gün
"Ukrayna iyul sammitində NATO-ya dəvət edilməyəcək" - Stoltenberq
15:05, Bu gün
Doha Bəyannaməsi qəbul edildi: Ermənistanla normallaşma prosesi...
15:00, Bu gün
Ceyhun Bayramov Qətərdəki forumda nələrdən DANIŞDI... - YENİLƏNİB + FOTO
14:55, Bu gün
Paşinyan bir stəkan suyla ermənilərə ağıl öyrətdi - VİDEO
14:50, Bu gün
Qəza mənbəyinə çevrilən mal-qara - Oğuzda sahibsiz buraxılan heyvanların yaratdığı TƏHLÜKƏ + FOTO
14:45, Bu gün
Azərbaycanda xəttə buraxılacaq elektrikli avtobusların sayı AÇIQLANDI
14:40, Bu gün
Azərbaycanlıları haqlı çıxaran əfsanəvi “qanuni oğru” kimdir? - SİRLİ HƏYAT
14:35, Bu gün
Zibil qutusundan qumbaralar tapıldı - VİDEO
14:30, Bu gün
Azərbaycanı Göygöldə keçiriləcək Avropa Kubokunda 147 cüdoçu təmsil edəcək
14:26, Bu gün
Nazirliyin qurumunda korrupsiya əməliyyatı: Saxlanılanlar var - YENİLƏNİB
14:24, Bu gün
Yeni Kaledoniya Fransa üçün kabusa çevrilir: Bakı təşəbbüsünün yaratdığı narahatlıq - ŞƏRH + FOTO
14:19, Bu gün
“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin də qəbuluna başlandı
14:17, Bu gün
ADNSU-da 30 aprel faciəsinin ildönümü münasibətilə ağacəkmə aksiyası keçrildi - FOTOLAR
14:14, Bu gün
BDU-nun 105 illik yubileyinə həsr olunan Karyera Festivalının açılışı olub - FOTOLAR
14:10, Bu gün
“NKVD” başçısını kabinetindən qovan birinci katib – onun haqqında SON QƏRARI Stalin verib
14:05, Bu gün
"Ukraynanın məğlubiyyəti Qərbə trilyonlarla dollara başa gələcək" - Britaniyanın sabiq müdafiə naziri
14:02, Bu gün
Ceyhun Bayramov Qətərin baş naziri ilə görüşdü - FOTO
14:00, Bu gün
Əhaliyə ŞAD XƏBƏR – Bu evlərə “kupça” veriləcək
13:56, Bu gün
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
13:52, Bu gün
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ilk gününün proqramı açıqlandı - FOTO
13:50, Bu gün
Azərbaycana gələn turistlər Bakıdan sonra buraya gedir- STATİSTİKA
13:46, Bu gün
“Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirildi
13:42, Bu gün
Məhkəmə Elnarə Qasımova barədə qərar verib
13:38, Bu gün
Azərbaycanlı model koreyalıya ƏRƏ GETDİ - FOTO/VİDEO
13:33, Bu gün
Hava ilə bağlı xəbərdarlıq: Güclü külək əsəcək
13:32, Bu gün
Birinci Qarabağ müharibəsində itkin düşmüş 73 nəfərin adı açıqlandı - SİYAHI
13:30, Bu gün
“Ermənistanda hadisələrin bu cür inkişafı Azərbaycan üçün iki təhlükə doğurur...”
13:25, Bu gün
Daha bir Vətən müharibəsi qazisi “Azəriqaz” İB-də işlə təmin olundu - VİDEO
13:21, Bu gün
Əhməd İsmayılov Sığortaçılar Assosiasiyasının icraçı direktoru ilə görüşüb
13:17, Bu gün
AMEA-da doktorantura və dissertanturaya ayrılan yerlərin sayı açıqlanıb
13:13, Bu gün
Azərbaycan ABŞ-də keçirilən multikultural festivalda təmsil olunub - FOTO
13:10, Bu gün
“İtkin düşmüş şəxslərlə əlaqədar ekspertiza yalnız ölkə daxilində aparılır” - Baş Prokurorluq
GÜNLÜK
29 Apr 2024 | 22:40
Göyçay sakini qətlə yetirilib, şübhəli şəxs qismində oğlu saxlanılıb
29 Apr 2024 | 22:08
Oğlundan xəbər ala bilməyən atanın boş məzar təsəllisi - FOTO
29 Apr 2024 | 22:02
İrana uçuşlar həyata keçirən yeganə Qərb aviaşirkəti reyslərin ləğvi müddətini uzadıb
29 Apr 2024 | 23:51
Evlilik sevgini öldürür? - Arxa pəncərədən görünənlər
29 Apr 2024 | 23:28
Elmar Baxşıyev: “Rəşad Sadıqovla heç bir prinsip yoxdur”
29 Apr 2024 | 23:30
İmişlidə yol qəzası olub, 4 nəfər yaralanıb
29 Apr 2024 | 23:42
"Bizim vətəndaşlarımız  Rusiyada döyülür": Tacikistan XİN Rusiya səfirinə etiraz notası təqdim edib
29 Apr 2024 | 23:46
Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib
00:33, Bu gün
Peruda avtobus uçuruma düşüb, 20-dən çox adam ölüb
00:10, Bu gün
ADNA terrorundan 15 il ötür
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
AYLIQ
29 Apr 2024 | 22:40
Göyçay sakini qətlə yetirilib, şübhəli şəxs qismində oğlu saxlanılıb
29 Apr 2024 | 22:08
Oğlundan xəbər ala bilməyən atanın boş məzar təsəllisi - FOTO
29 Apr 2024 | 22:02
İrana uçuşlar həyata keçirən yeganə Qərb aviaşirkəti reyslərin ləğvi müddətini uzadıb
29 Apr 2024 | 23:51
Evlilik sevgini öldürür? - Arxa pəncərədən görünənlər
29 Apr 2024 | 23:28
Elmar Baxşıyev: “Rəşad Sadıqovla heç bir prinsip yoxdur”
29 Apr 2024 | 23:30
İmişlidə yol qəzası olub, 4 nəfər yaralanıb
29 Apr 2024 | 23:42
"Bizim vətəndaşlarımız  Rusiyada döyülür": Tacikistan XİN Rusiya səfirinə etiraz notası təqdim edib
29 Apr 2024 | 23:46
Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib
00:33, Bu gün
Peruda avtobus uçuruma düşüb, 20-dən çox adam ölüb
00:10, Bu gün
ADNA terrorundan 15 il ötür