"Şəhərlərin gələcəyi, dayanıqlı inkişaf və vətəndaşların həyat keyfiyyətinin yüksəldilməsinə həsr olunmuş ən mühüm qlobal tədbirlərdən biri olan WUF13-də Serbiyanı təmsil etməkdən qürur duyuram".
Moderator.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç "Instagram" sosial şəbəkə hesabında yazıb.
"Ölkəmiz üçün infrastruktur, energetika, nəqliyyat və intellektual şəhərsalma sahəsində müasir həllərin müzakirəsində iştirak etmək olduqca vacibdir, çünki yalnız ciddi planlaşdırma və məsuliyyətli siyasət sayəsində biz müasir və uğurlu bir dövlət qurmağa davam edə bilərik" , - deyə o bildirib.
Aleksandar Vuçiç əlavə edib ki, forum zamanı Serbiyanın tərəqqisi və daha yaxşı gələcəyi üçün yeni investisiyaların cəlb edilməsi, tərəfdaşlıq əlaqələrinin qurulması və əlavə imkanların yaradılması məqsədilə dünya rəsmiləri, beynəlxalq təşkilatların və şirkətlərin nümayəndələri ilə çoxsaylı görüşləri planlaşdırılıb.