Azərbaycana izah etdik, anlayıb, olduqca böyük addım atdılar - İranlı general
Siyasət
226
18 May 2026 | 23:18

Azərbaycana izah etdik, anlayıb, olduqca böyük addım atdılar - İranlı general

İran Azərbaycan və Türkiyəyə qarşı heç bir zərbə endirməyib.

Moderator.az xəbər verir ki, bunu iranlı general Yahya Rəhim Səfəvi bildirib.

"Müharibə başlayandan bu günə qədər müxtəlif mərkəzlər İranı Azərbaycan və Türkiyə ilə üz-üzə gətirmək üçün əllərini gələn hər şeyi etdilər. Biz Azərbaycana hər şeyi izah etdik və onlar da bunu anladılar. Azərbaycan İrana humanitar yardım göndərdi və müxtəlif təxliyə tədbirləri üçün humanitar dəhliz yaratdı. Bunun özü olduqca böyük addım və dəstəkdir. İran bunu yüksək dəyərləndirir",- o əlavə edib.

General həmçinin ölkəsinin Ermənistanla münasibətlərindən danışıb:

"Ermənistan bizə dost ölkədir, Ermənistanın Avropa ilə münasibətlərini normal qarşılayırıq, çünki Avropa müharibədə ideal olmasa da qənaətbəxş davrandı. Buna baxmayaraq Ermənistanın ABŞ əsgərini bölgəyə gətirmək istəyi İran üçün suallar doğurur".

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər