Anar Quliyev
Siyasət
150
18 May 2026 | 23:05

Anar Quliyev "UN-Habitat"ın sabiq direktoru ilə görüşüb

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev BMT Məskunlaşma Proqramının (UN-Habitat) sabiq icraçı direktoru Maymuna Mohd Şərif ilə görüşüb.

Moderator.az xəbər verir ki, A.Quliyev bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Xanım Maymuna Mohd Şərif ilə yenidən görüşmək böyük məmnunluq doğurdu. Onun rəhbərlik etdiyi dövr Azərbaycanla "UN-Habitat" arasında əməkdaşlığın formalaşmağa başladığı və gələcək strateji tərəfdaşlığın təməlinin qoyulduğu xüsusi mərhələ olub. Səmimi söhbət zamanı əməkdaşlığımızın ilk illərini xatırladıq. Məhz həmin dövrdə əsası qoyulan qarşılıqlı etimad və ortaq baxış sonradan Bakının Dünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyinə aparan yolun formalaşmasında mühüm rol oynadı", - paylaşımda qeyd olunub.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər