Qay Rayder: Yeni şəhərsalma gündəliyinin uğurlu icrası üçün növbəti onillik həlledici olacaq
Siyasət
202
10:30, Bu gün

Qay Rayder: Yeni şəhərsalma gündəliyinin uğurlu icrası üçün növbəti onillik həlledici olacaq

Yeni şəhərsalma gündəliyinin həyata keçirilməsi istiqamətində irəli sürülən təşəbbüslərin konkret mexanizmlərlə dəstəklənməsi böyük əhəmiyyət daşıyır. Qarşıdakı 10 il urbanizasiya siyasətinin effektiv icrası baxımından həlledici mərhələ olacaq.

Moderator.az xəbər verir ki, bu fikirləri Birləşmiş Millətlər Təşkilatında siyasət məsələləri üzrə Baş katibin müavini Qay Rayder Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) Yeni Şəhərsalma Proqramına dair nazirlər səviyyəsində görüşündə videomüraciəti zamanı səsləndirib.

O bildirib ki, əsas məqsədlərdən biri əməkdaşlıq mexanizmlərinin gücləndirilməsi, yerli və regional idarəetmə orqanları arasında koordinasiyanın daha da artırılmasıdır.

Qay Rayder vurğulayıb ki, yeni şəhərsalma təşəbbüslərinin həyata keçirilməsi yalnız müzakirələrlə məhdudlaşmamalı, konkret nəticələrlə müşayiət olunmalıdır.

BMT rəsmisi əlavə edib ki, qarşıdakı dövrdə urbanizasiya siyasətinin uğurlu icrası üçün siyasi iradə, institusional koordinasiya və davamlı əməkdaşlıq xüsusi əhəmiyyət daşıyacaq.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər