Göyərtəsində 130 sərnişin olan təyyarə havaya qalxa bilmədi - VİDEO
Dünya
283
11:47, Bu gün

Göyərtəsində 130 sərnişin olan təyyarə havaya qalxa bilmədi - VİDEO

Xorvatiyada "Airbus A220" sərnişin təyyarəsi havaya qalxa bilməyib. Hava gəmisi uçuş-enmə zolağından çıxaraq hasara çırpılıb.

Moderator.az xəbər verir ki, bu barədə "Breaking911" portalı məlumat yayıb.

Bildirilib ki, "Croatia Airlines" aviaşirkətinə məxsus olan həmin reys Split şəhərindəki hava limanından Almaniyanın Frankfurt şəhərinə istiqamət almalı idi.

Lakin gözlənilmədən "Airbus A220-300" hava gəmisinin istiqaməti dəyişib. Nəticədə təyyarə zolaqdan kənara çıxaraq otluq ərazidə hərəkət edib və turbin hissəsi ilə maneəni uçurub. Bir neçə on metr irəlilədikdən sonra hava gəmisi tam dayana bilib. Məlumata görə, hadisə anında göyərtədə 130 sərnişin və beş heyət üzvü olub, xəsarət alan yoxdur. Yerli mətbuatın məlumatına əsasən, insidentə məruz qalan təyyarə kifayət qədər yenidir və cəmi 11 aydır ki, istismardadır. Hazırda bu fövqəladə halın başvermə səbəbləri araşdırılır.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər