Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası ilə bağlı "AnewZ" telekanalının hazırladığı sənədli filmi paylaşıb.
Moderator.az xəbər verir ki, "WUF13 | Ümumdünya Şəhərsalma Forumu: Abşeron yarımadası" adlı sənədli filmdə şəhər inkişafı, davamlılıq, mədəniyyət, nəqliyyat və innovasiyalar vasitəsilə Bakı və Abşeron yarımadasının transformasiyası araşdırılır - WUF13 ərəfəsində Azərbaycanın gələcəyə baxışı vurğulanır.
Bakının şəhər təkamülü, infrastrukturu, yaşıl inkişafı və WUF13-ə hazırlığı haqqında xüsusi buraxılışda paytaxtın özünü müasir şəhərsalma və beynəlxalq dialoq üzrə qlobal mərkəz kimi necə mövqeləndirdiyini nümayiş etdirir.