Rusif Hüseynov:
Siyasət
217
21:15, Bu gün

Rusif Hüseynov: "Azərbaycan-Ermənistan ikitərəfli əməkdaşlığı real nəticələr verib"

"Müharibədən sonrakı mərhələdə Azərbaycan Ermənistanla münasibətlərdə ikitərəfli formatı üstün tutur".

Moderator.az Ermənistan mediasına istinadən xəbər verir ki, bunu azərbaycanlı politoloq Rusif Hüseynov "İrəvan dialoqu - 2026" beynəlxalq konfransında bildirib.

Onun sözlərinə görə, hazırda sülh prosesi, sərhədlərin delimitasiyası, nəqliyyat əlaqələri və ticarət kimi istiqamətlər üzrə işlər aparılır və ikitərəfli format artıq məhsuldarlığını göstərib.

Ekspert qeyd edib ki, Avropa İttifaqının regionda infrastruktur layihələrində iştirakı müsbət qarşılana bilər, lakin bu təşəbbüslər yeni bölünmələr yaratmamalı və bütün Cənubi Qafqaz ölkələri üçün faydalı olmalıdır.

Rusif Hüseynov əlavə edib ki, son dövrdə müəyyən iqtisadi əlaqələr formalaşıb. O, Azərbaycanın üçüncü ölkələrdən Ermənistana yönələn yüklərə qoyulan embarqonu ləğv etməsini və bəzi neft məhsullarının Ermənistana ixracını bu baxımdan əhəmiyyətli addımlar kimi qiymətləndirib.

Bununla yanaşı, o vurğulayıb ki, bu əməkdaşlığın davamlı olması üçün hüquqi baza və institusional mexanizmlərin yaradılmasına ehtiyac var. Onun sözlərinə görə, tərəflər artıq mümkün ticarət məhsullarının siyahısı üzrə müzakirələr aparır.

Ekspert, həmçinin ATƏT-in Minsk qrupunun fəaliyyətini tənqid edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər