Qrono: Bakı və İrəvan arasında sülh prosesi Cənubi Qafqazın rolunu gücləndirir
Siyasət
204
20:37, Bu gün

Qrono: Bakı və İrəvan arasında sülh prosesi Cənubi Qafqazın rolunu gücləndirir

Ermənistan və Azərbaycan arasında sülh prosesi yeni strateji imkanlar açır və Cənubi Qafqazın Avropa ilə Mərkəzi Asiya arasında əsas əlaqələndirici həlqə kimi rolunu gücləndirir.

Moderator.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono "İrəvan dialoqu - 2026" konfransında bildirib.

Onun sözlərinə görə, Vaşinqtondakı sammitdən sonra formalaşmış yeni dinamika Yaxın Şərqlə əməkdaşlıq kontekstində regiona əlavə əhəmiyyət qazandırır.

M.Qrono deyib ki, Cənubi Qafqaz böyük münaqişələr fonunda "sabitlik adasına" çevrilir, Orta Dəhliz layihəsinin inkişafı isə əhəmiyyətli artım nümayiş etdirir - daşımaların həcmi 2022-ci ildən bəri dörd dəfə artıb və 2030-cu ilə qədər daha üç dəfə arta bilər.

Xüsusi nümayəndə vurğulayıb ki, nəqliyyat bağlantısı inklüziv olmalı və regionun bütün ölkələrinin maraqlarını nəzərə almalıdır. Bu baxımdan Aİ həm İrəvan, həm də Bakı ilə infrastruktur layihələrini, o cümlədən TRIPP (Tramp Marşrutu) təşəbbüsünü müzakirə edir.

"Ermənistan və Azərbaycan arasında sülh prosesi həqiqətən də inanılmaz dərəcədə güclü bir proses idi, burada xarici oyunçular vacib dəstək göstərirdilər, lakin yekun nəticədə düşünürəm ki, həlledici amil hər iki paytaxtın məsuliyyəti oldu. Və bu baxımdan biz o mənada həqiqətən ədalətli tərəfdaşlar olmaq istərdik çünki, gündəlik, aydın şəkildə regional oyunçular tərəfindən müəyyən edilir və biz onu faydalı və zəruri olan məqamlarda dəstəkləyirik", - o qeyd edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər