Tofiq Zülfüqarov:
Siyasət
216
12:05, Bu gün

Tofiq Zülfüqarov: "Okamponun "xidməti" Aİ-nin siyasətinin "çirkli mətbəxi"ni ictimaiyyətə göstərdi"

"Keçmiş beynəlxalq prokuror Luis Moreno Okamponun məqsədi pul qazanmaq olduğu üçün öz lobbiçilik xidmətlərini kimlərəsə təqdim etməyi yeganə imkan kimi görür".
 
Moderator.az xəbər verir ki, bu sözləri Oxu.az-a açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.
 
O bildirib ki, keçmiş beynəlxalq prokuror Luis Moreno Okampo Argentinadan asılı bir insandır:
 
"Onun məqsədi pul qazanmaqdır. Okampo başa düşür ki, yeganə imkanı öz lobbiçilik xidmətini kimlərəsə təqdim etməkdir. Əvvəllər xidmətləri və əməkdaşlığı Ermənistan ilə bağlı olub. Lakin artıq bu cür xidmətlər lazım olmadığına görə, o, özünə yer tapmağa çalışır. Okamponun ortaya çıxardığı videoların əhəmiyyəti ondan ibarətdir ki, artıq ictimaiyyət Avropa İttifaqının siyasətinin görünməyən hissəsinə bələd olub. Siyasətdə "çirkli mətbəx" deyilən anlayış var. Bu, siyasətin görünməyən hissəsi deməkdir. Avropa İttifaqında siyasətin bu şəkildə həyata keçirilməsi heç kəs üçün sirr deyildi. Sadəcə olaraq ictimaiyyət bunu bilmirdi. Videolardan ictimaiyyətə açıq şəkildə bəlli olur ki, bu insanlar təmtəraqlı bəyanatlar, hansısa populist addımlar ilə belə məqsəd güdürlər, satılmış korrupsioner ünsürlər olaraq qalırlar".
 
O həmçinin vurğulayıb ki, Okamponu vaxtilə bu çirkin əməllərə görə beynəlxalq qurumlardan qovublar:
 
"O, indi də sakit dayanmır, bu və ya digər şəkildə öz "bacarıqlarını" kimlərəsə satmağa çalışır. Okampo görür ki, Ermənistan hakimiyyəti ona pul vermir, çünki artıq onun "xidmətləri" heç kimə lazım deyil. İndi də Ermənistana müxalif olan qüvvələrə "xidmətlərini" təqdim etməyə çalışır".
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər