Ərdoğan:
Siyasət
260
18:10, Bu gün

Ərdoğan: "Ermənistanla normallaşma prosesi Azərbaycanla birlikdə aparılır"

"Qonşu Ermənistanla əlaqələrin müsbət məcraya yönəldilməsi məqsədilə müvafiq fəaliyyətlər həyata keçirilir".

Moderator.az xəbər verir ki, bu sözləri Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Antalya Diplomatiya Forumunun açılışında çıxışı zamanı səsləndirib.

O qeyd edib ki, regiondakı və sərhədyanı ölkələrlə əlaqələr yüksək səviyyədə qurulmalıdır.

"Ermənistanla münasibətlərin normallaşması prosesini Azərbaycanla razılaşdırılmış formada, mərhələli şəkildə inkişaf etdiririk. Bu kontekstdə, Xəzər dənizi vasitəsilə Asiya və Avropa arasında ticarət üçün ən etibarlı yol olan Orta Dəhliz təşəbbüsünü qətiyyətlə dəstəkləməyə davam edirik", - deyə Türkiyə prezidenti vurğulayıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər