Şahbaz Şərif və İshaq Dar Türkiyəyə səfər ediblər - FOTO-VİDEO
Siyasət
278
16 Apr 2026 | 22:27

Şahbaz Şərif və İshaq Dar Türkiyəyə səfər ediblər - FOTO-VİDEO

Pakistanın Baş naziri Şahbaz Şərif və xarici işlər naziri Məhəmməd İshaq Dar 5-ci Antalya Diplomatiya Forumunda (ADF) iştirak etmək üçün Türkiyəyə səfər ediblər.

Moderator.az xəbər verir ki, bu barədə İshaq Dar "X" sosial şəbəkə hesabında məlumat yayıb.

"Səmimi qarşılama və türk qonaqpərvərliyinə görə minnətdarıq", - paylaşımda bildirilib.

Pakistanın xarici işlər naziri bildirib ki, ADF çərçivəsində maraqlı görüşlər gözlənilir: "Panel müzakirələri, həmkarlarla görüşlər və əsas regional, qlobal problemlər üzrə konstruktiv fikir mübadiləsi ilə dolu bir proqramımız var".

 

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər