Bakıda aptekdən oğurluq oldu
Hadisə
1500
16 Apr 2026 | 23:53

Bakıda aptekdən oğurluq oldu

Paytaxtın Binəqədi rayonunda yerləşən obyektlərin birindən oğurluq edilib.

DİN-dən Moderator.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən 53 yaşlı C.Kərimov müəyyən olunaraq saxlanılıb.

Araşdırma zamanı onun müştəri qismində daxil olduğu aptekdən satıcının başının qarışıq olmasından istifadə edərək mobil telefonu oğurladığı məlum olub.

Araşdırma davam etdirilir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər