00:57
11°C
Bakı
Arda Turanın rəhbərlik etdiyi Ukraynanın “Şaxtyor Donetsk” klubu UEFA Konfrans Liqasında yarımfinala vəsiqə qazanıb.
Moderator.az xəbər verir ki, turnirin 1/4 final mərhələsində Hollandiyanın “AZ Alkmaar” klubu ilə qarşılaşan “Şaxtyor” iki oyunun nəticəsinə görə rəqibini üstələyib.
İlk oyunda doğma meydanda rəqibini 3:0 hesabı ilə darmadağın edən “şaxtaçılar” cavab oyununda səfərdə 2:2 hesablı heç-heçə edərək ümumi hesabda 5:2-lik qələbəni bayram ediblər.
Qeyd edək ki, “Şaxtyor Donetsk”in yarımfinaldakı rəqibi “Kristal Pelas”-“Fiorentina” cütlüyünün qalibi olacaq.