Bizi sosial şəbəkələrdən izləyin:
Zəngilan şəhərində keçirilən Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclası çərçivəsində sənədlərin imzalanma mərasimi baş tutub.
Moderator.az "Report"a istinadla xəbər verir ki, sSənədləri iki ölkənin Baş nazirlərinin müavinləri Şahin Mustafayev və Aleksey Overçuk imzalayıblar.
Sənədlər iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsini, qarşılıqlı investisiyaların təşviqini, eləcə də müxtəlif sahələr üzrə birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur.