Erməniləşən türk torpaqları - ad gününü yiyəsiz qeyd edən İrəvan - TƏHLİL
Siyasət
Oxunub: 333
15:10, Bu gün
Erməniləşən türk torpaqları - ad gününü yiyəsiz qeyd edən İrəvan - TƏHLİL
Azərbaycanın müasir dövrədək gəlib çıxan şəhərlərinin yaşı haqqında müxtəlif rəqəmlər deyilir. Bakı, Dərbənd, Şamaxı, Ərdəbil, Gəncə, Urmiya, İrəvan, Təbriz, Tiflis, Ordubad, Naxçıvan və başqalarının salınması, insanların məskunlaşmasına dair fərqli fikirlər, məlumatlar söylənilir.
 
Bəzən həmin şəhərlərə başqaları da yiyə çıxmağa cəhd göstərirlər.
 
Odur ki, arxeoloji qazıntılar, tarixi mənbələr, etimologiya və başqa dəlillərə əsasən, həmin şəhərlərin indiki türklərə (həm də azərbaycanlılara) məxsus olduğu təsdiqlənib.
 
Bu şəhərlər mədəniyyət mərkəzi olmaqla, böyük fikir adamları, dövlət xadimləri yetişdiriblər.
 
Bakını Qız qalasısız təsəvvür etmək mümkün deyil. Bəzi mütəxəssislər bu şəhərin ibadət yeri, qalanın da məbəd olduğunu deyirlər. Başqa sözlə, Bakı qibləgah, inanc mərkəzi olub. Mənbələrə əsasən, Bakı şəhərində və Abşeron yarımadasında insanlar çox qədim zamanlardan məskunlaşıb və burada yaşayış məntəqələri yaradıblar.
 
Bakının fiziki-coğrafi şəraiti, şimaldan-cənuba, qərbdən-şərqə gedən miqrasiya və ticarət yollarının kəsişməsində yerləşməsi onu cəlbedici edib. Şəhərin əlverişli iqlim şəraiti, eləcə də ən qədim zamanlardan yer üzünə çıxan nafta adlı yanacaq və enerji sərvəti olub.
 
 
Abşeron ərazisində tapılmış arxeoloji materiallar da Bakının qədim yaşayış məskəni olduğunu təsdiqləyir. Məlumatlara görə, Pirallahı, Zığ gölü ətrafı, Şüvəlan, Mərdəkan, Bilgəh və başqa yerlərdə eramızdan əvvəl (e. ə.) III-I-ci minilliklərə aid arxeoloji materiallar tapılıb. Bakının salındığı tarix dəqiq məlum deyil.
 
Güney Azərbaycanın, vətən Azərbaycanın əsas şəhəri, birlik, bütövlük rəmzi olan Təbriz hələ eramızdan əvvəl şəhər-qala olub. Tarixi mənbələrə əsasən, Təbriz yaxınlığında Həsənli təpəsində, Zivə və Yanıqtəpədə aparılan arxeoloji qazıntılar zamanı tapılmış maddi mədəniyyət nümunələri bu ərazidə sənətkarlığın yüksək inkişaf etdiyini göstərir.
 
Aşşur hökmdarı II Sarqonun (e.ə. 722–705) kitabəsində bildirilib: “Tarmakis (Təbrizi nəzərdə tutur- red.) qalasının divarları ikiqat idi. Orada Fərat çayı qədər geniş olan kanal var, onun ətrafı isə qalın meşəliklə əhatə olunmuşdu. Şəhərdə gözəl binalar var idi… Mən Tarmakis şəhərinə hücum edən zaman əhali buranı tərk edib çöllərə qaçdı. Bu mahalı ələ keçirdim, müdafiə əhəmiyyəti olan istehkam vəziyyətinə salınmış yaşayış yerləri arasında döyüşə başladım".
 
 
Bu şəhər qədim ipək yolunun üstündə olub.
 
Ərdəbil - Azərbaycan türklərinin qurduğu Səfəvilər imperiyasının dini, siyasi, ideoloji mərkəzi. Atəşpərəstlik dininin, Avestanın yaradıcısı Zərdüştün doğuldu şəhər. Məlumatlara əsasən, Ərdəbilin tarixi sasanilərin dövründən daha qədimə təsadüf edir. Әrdәbil adının qәdim türk dilindәki "әr" (igid) vә "dәbil" (dəbilqə) sözlәrinin birlәşmәsi ilә yarandığı ehtimal edilir. Bu şəhərin də yaşı məlum deyil.
 
Ərdəbil dəniz səviyyəsindən 1100 metr hündürlükdə yerləşir. Şəhərin məhsuldar torpağa malik düzənlikdə yerləşməsinə baxmayaraq, onu hündür dağlar əhatə edib. Şəhər Qərbdən Savalan dağı, Şərqdən Bağro dağı, Cənubdan Büzgüş, Şimaldan isə Talış dağları ilə əhatə olunur. Ərdəbil əlverişli təbii-coğrafi şəraitə malikdir. Dəniz səviyyəsindən 4820 m hündürlüyə malik olan Savalan dağı keçmişdə vulkan olub. Bu dağ Ərdəbil şəhərinin iqliminə yaxşı təsir edir. Həmin dağın ətəyində Ərdəbil şəhərindən az aralıda yerləşən Səreyin, Sarı dava və Qotur adlı mineral sular da bu qədim şəhəri şöhrətləndirir.
 
Ərdəbil şəhəri və onun ətrafında bir sıra abidələr, o cümlədən bir metr uzunluğunda ağır dəstəkli qılınclar, müxtəlif xəncərlər, baltalar, ox ucluqları, ox qablarının metal hissələri, sırğa və boyunbağılar da tapılıb.
 
 
Urmiya şəhərinin də tarixi çox qədim dövrlərdən bir sıra yerli və xarici tarixçinin diqqətini cəlb edib. Məlumatlara əsasən, rus şərqşünas Vladimir Minorskiyə görə, hələ e.ə 2000-ci illərdə Urmiya düzənliyində bir sıra yaşayış məskənləri yerləşirmiş. Urmiya şəhərinin qədim tarixə malik olması faktını yazılı mənbələrdən əlavə şəhərin özü, habelə onun ətrafından əldə edilən maddi-mədəni abidələr də sübut edir. Urmiya və ona yaxın olan ərazilərdən arxeoloji tədqiqatlar zamanı tuncdan hazırlanmş uzun və gödək qılınclar, üstü naxışlı xəncərlər, ev əşyaları, zinət əşyaları və digər əşyalar əldə edilmişdir. Mütəxəssislərin fikrincə, buradan tapılan əşyalar eramızdan əvvəl VII-VI əsrlərə aiddir.
 
Urmiya ərazisindən tapılan qiymətli maddi-mədəniyyət nümunələrinin çoxu bu gün ABŞ, İngiltərə və Fransa muzeylərində saxlanılır.
 
Qədim dövrlərdə Urmiya gölünün qərb sahili Gilzan adlandırılırdı. E.ə IX əsrdə burada müstəqil hakimiyyət bərqərar olmuşdu. Sonralar bu ərazi Urartu və Manna dövlətlərinin tərkibinə daxil edilib.
 
 
Bu şəhərə başqa etnik qruplar iddia edir. Onlar Urmiyada yerli sakinlərin, türklərin evlərini pulla alaraq şəhəri və bütövlükdə Qərbi Azərbaycan əyalətini özününküləşdirməyə çalışırlar. İranın Qərbi Azərbaycan əyalətinin indiki Ermənistan ərazisindəki Qərbi Azərbaycanın aqibətini yaşaması təhlükəsi var.
 
Gəncənin yaşı haqqında da müxtəlif rəqəmlər söylənilir. Bəziləri onun yaşının 2500 ildən çox, bir çox mütəxəssis isə dörd min il olduğunu bildirir.
 
Hazırda Rusiya ərazisindəki Dərbənd şəhərinin yaşı ilə bağlı da oxşar fikirlər var. Məsələn, 2015-cü ildə bu şəhər iki min illiyini qeyd edib. Ötən il Rusiya Prezidenti Vladimir Putin Dağıstana səfəri zamanı bildirdi ki, Dərbəndin beş min il yaşı var.
 
Tiflisin, Ordubadın, Naxçıvanın da yaşı bilinmir. Azərbaycan bu qədim şəhərləri təkcə regionun deyil, dünyanın mədəniyyət mərkəzlərindən olub.
 
Dərbənd, Tiflis, Urmiya, Ərdəbil, Təbriz bu gün Azərbaycan Respublikasına daxil olmasa da, bu şəhərlərdə azərbaycanlılar yaşayır. Mənsub olduqları dövlətin vətəndaşıdırlar. Onlar həm də Azərbaycan dili və mədəniyyətinin daşıyıcları, oradakı tarixi-mədəni abidlərin, o torpaqların əsl sahibləridir.
 
Qədim Azərbaycan şəhəri İrəvanda isə bu gün bir türk belə yaşamır. Ermənilərin və havadarlarının birgə səyi nəticəsində Ermənistanda, onun paytaxtı İrəvanda türklər, azərbaycanlılar etnik təmizliyə məruz qalıb.
 
Ermənistan hakimiyyəti indi bu şəhərin 2806-cı illiyini qeyd edib. Bu şəhərə ad vermiş, onu qorumuş, inkişaf etdirmiş, Qafqazın mədəniyyət mərkəzlərindən birinə çevirmiş azərbaycanlılar, türklər isə bu şəhərdə yoxdur.
 
Ermənilər və antitürkçü tarixçilər Urartunu erməniləşdirməklə İrəvanın da tarixini saxtalaşdırıblar.
 
İrəvanın azərbaycanlılara aid olduğunu təsdiqləyən çoxsaylı tarixi, arxeoloji faktlar mövcuddur. Bunların bir çoxu Ermənistan qurulduqdan sonra erməniləşmənin qurbanı olub. Qaraqoyunluların və Ağqoyunluların hökmranlığı dövründə coğrafi mövqeyinə və yerli şəraitinə görə İrəvan Çuxursəd vilayətinin inzibati mərkəzi olub. Bu şəhərdəki məhəllə və qalaların adlarını, İrəvan xanlığını idarə etmiş xanların adlarını çəkmək buranın türklərə məxsus olduğunu təsdiqləyir.
 
 
1679-cu il iyunun 4-də zəlzələ nəticəsində tamamilə dağılmış İrəvan Zal xanın rəhbərliyi ilə yenidən tikilib. Tarixi mənbəyə əsasən, Salnaməçi Əylisli Zəkəriyyə həmin hadisəni belə qələmə alıb:
 
“Daşı daş üstə qalmadı, məscidlər, karvansaralar dağıldı, qala yerlə-yeksan oldu, körpülər yatdı, ölən qalandan çox oldu. Abbasqulu xanın kürəkəni Zal xan çapar göndərib bu sitəm haqqında dörd yana xəbər yaydı. Gəncədən 800 adam gəldi. Məhəmməd xan Naxçıvandan böyük bir dəstə gətirdi. Bərdədən, Zəyəmdən, Makudan, Təbrizdən, qonşu xanlıqlar və sultanlıqlardan o qədər adam gəlmişdi ki, qala ətrafında tərpənməyə yer yox idi. Azərbaycan vəziri Mirzə İbrahim iyulun 1-də Təbrizdən gəlib İrəvanda əyləşdi. Qala yenidən ucaldı, daha mönkəm oldu, arxlar çəkildi, körpülər salındı, məscidləri, karvansaraları yenidən tikdilər. Yerlə-yeksan olan şəhəri dirçəldənlər viranəlik-xərabəlik üzərində daha möhkəm qala, daha görkəmli, daha gözəl imarətlər ucaltdılar. Şəhər dirçəldi, əhali bərpa olunan evlərə qayıtmağa başladı”.
 
 
İrəvandakı yer adlarına diqqət yetirmək də şəhərin və bölgənin azərbaycanlılara aid olduğunu təsdiqləyir: Şiləçi, Sabunçu, Boyaqçı, Toxmaq, Təpəbaşı, Dəmirbulaq, Bağçalar, Yoncalıq və Börkçülər, Gedərçay, Qırxbulaq, Zəngi, Dərə Dəlmə, Dəmirbulaq, Dərəkənd, Məscid meydanı, Zal xan meydanı, Fəhlə meydanı, Böyük meydan, Şəhər meydanı, Göy məscid, Qala məscidi, Hacı bəyin məscidi, Zal xan məscidi, Günlüklü məscid, Günbəzli məscid, Şəhər məscidi, Novruzəli məscidi, Hüseynəli məscidi, Qanlı təpə, Üçtəpə, Qızıl təpə və başqaları...
 
Vaxtilə İrəvana gəlmiş səyyahlar da bu şəhərin türklərdən, müsəlmanlardan ibarət olduğuna dair fikir bildiriblər. Bu adlar erməniləşməyə məruz qalsa da, müasir dövrədək gəlib çatıb. Tarix bunu təsdiqləyir.
 
Hətta ermənilər köçürüləndən sonra belə İrəvanda müsəlmanların (əsasən türklərin) ümumi sayı - 117 min 849 nəfər, xristianların (daha çox ermənilərin) ümumi sayı 25 min 151 nəfər olub.
 
Ermənistandakı "Matenadaran" arxivində İrəvanın azərbaycanlılara aid olduğuna dair tarixi faktlar təhrif edilməyibsə, qalar.
 
Ermənilər Qərbi Azərbaycandakı kimi, Azərbaycan Respublikası torpaqlarını işğal altında saxladıqları 30 ilə yaxın müddət ərzində şəhər, kənd, coğrafi adları erməniləşdirmiş, özlərini bölgənin yiyəsi kimi aparmışlar. Ancaq onların özbaşınalığının qarşısı alınıb. Torpaqlar işğalçılardan təmizlənəndən sonra ədalət bərpa olunub. Ərazidə yenidənqurma və bərpa işləri aparılır. Torpaqların, bu bölgənin tarixinin əsl sahibləri, azərbaycanlılar geri dönüb.
 
Qərbi Azərbaycana, İrəvana da qayıdışın olacağı gün gözlənilir. 2806 yaşlı şəhərin yiyəsi olan türklər orada da tarixi ədalətsizliyi bərpa edəcəklər. İrəvanın məhəllələri qondarma ermənicədən xilas olacaq. İrəvandan qovulan azərbaycanlıların vətəndaş, mülkiyyət hüquqlarının bərpa ediləcəyi də günün əsas mövzularındandır. İrəvan isə 30 ildən artıqdır öz ad gününü yiyəsiz qeyd edir...
 
Sədrəddin İSMAYILOV,
Report.az
 
Oxşar xəbərlər
18:12, Bu gün
Deputat köməkçilərinin maaşı açıqlandı
18:08, Bu gün
Lalə Azərtaş bu görüntülərlə bağlı polisə müraciət etdi - VİDEO
18:04, Bu gün
Ekspert: "Heç bir lider nüvə düyməsinə basmaz" prinsipi işləməyə də bilər"  - ŞƏRH + FOTO
17:58, Bu gün
Yeznəsini öldürən Cavid də məcburi müalicəyə göndərildi
17:54, Bu gün
Bakıda bir küçədə yeni parklanma məntəqəsi yaradılıb - FOTO
17:50, Bu gün
14 xarici tələbə Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində BDU-da təhsil alacaq
17:47, Bu gün
Baş Prokurorluq, ETSN və BDU-nun ECOLEAD layihəsi uğurla davam edir - FOTO
17:44, Bu gün
Prezident Estoniyanın yeni səfirinin etimadnaməsini qəbul etdi - YENİLƏNİB + FOTO
17:41, Bu gün
Ramzan Kadırov Rusiya bayrağından imtina edən dünya çempionuna müraciət etdi
17:38, Bu gün
Prezident Qətərin yeni səfirinin etimadnaməsini qəbul etdi - YENİLƏNİB + FOTO
17:34, Bu gün
""Binokl diplomatiyası" heç cür qəbuledilməzdir" - İlham Əliyev
17:30, Bu gün
İlham Əliyev Belçikanın yeni səfirini qəbul etdi - YENİLƏNİB + FOTO
17:27, Bu gün
Şuşadan erməni müstəntiq tərəfindən tutulub gətirilən müəllim saxta ittihamlarla güllələndi...
17:23, Bu gün
Ağadadaş Ağayevin ölüm xəbərinə vəkilindən CAVAB
17:17, Bu gün
İlham Əliyev Beninin ölkəmizə yeni təyin olunmuş səfirini qəbul etdi - YENİLƏNİB + FOTO
17:11, Bu gün
Hər dəfə yeni kütləvi məzarlıq tapılanda... - İtkin düşən şəxsin qızı
17:05, Bu gün
İran Rusiyaya iki kosmik peyk göndərib
16:59, Bu gün
I Qarabağ müharibəsi itkinlərinin yaxınlarından beynəlxalq təşkilatlara ÇAĞIRIŞ
16:54, Bu gün
MN-dəki 143 milyonluq mənimsəmə: Sabiq rəis kimə nə qədər verdiyini açıqladı
16:48, Bu gün
Məsud Pezeşkian Şahin Mustafayevlə görüşdü - FOTO
16:44, Bu gün
"Birinin 6-7 ay arxasınca düşdüm, yüksək səslə..."
16:38, Bu gün
Azərbaycanda yeniyetmə QIZDIRMADAN ÖLDÜ
16:32, Bu gün
Görün Azərbaycanda yol çəkilməsindən hansı şirkətlər nə qədər pul qazanır
16:26, Bu gün
Çağırışdan yayınan 448 nəfər hərbi xidmətə göndəriləcək
16:20, Bu gün
Azərbaycan gömrükçüləri dərman vasitələri aşkar etdi
16:15, Bu gün
“Neftçi” yeni baş məşqçisini rəsmən açıqladı
16:10, Bu gün
"Axı, Varşava Rusiya imperiyasının bir hissəsi olub, darıxmısınız?" - Medvedev
16:05, Bu gün
Çexiyada mina qurbanlarına həsr olunmuş fotosərgilər keçirildi - FOTOLAR
16:00, Bu gün
“Hadrut fatehi”nin tarixdə qalacaq qəhrəmanlığı
15:55, Bu gün
“Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstəyini davam etdirir - FOTO
15:51, Bu gün
Su Ehtiyatları Agentliyinin səlahiyyətləri artırıldı
15:47, Bu gün
“Medicare hospitalın”ın həkimi səhv resept yazdı - Qadın şoka düşərək öldü - VİDEO
15:42, Bu gün
Prezident bir sıra məhkəmələrə sədr və sədr müavinlərini təyin etdi
15:38, Bu gün
XİN: "2020-ci ildən bəri 381 nəfər mina qurbanı olub" - FOTO
15:32, Bu gün
Qarşıdakı 50 ildə gözlənilən 7 əsas astronomik hadisə - BDU-nun Astrofizika kafedrası açıqladı
15:26, Bu gün
Bu taksi sifarişi operatoru cərimələndi - RƏSMİ
15:21, Bu gün
Dizellə işləyən avtomobil sahiblərini SEVİNDİRƏCƏK XƏBƏR
15:16, Bu gün
Adil Mirzəyev Bakı həbsxanasında ÖLDÜ
15:13, Bu gün
Hamının bildiyi “sirr”, yaxud beş “yox”dan biri...
15:10, Bu gün
Erməniləşən türk torpaqları - ad gününü yiyəsiz qeyd edən İrəvan - TƏHLİL
15:05, Bu gün
AŞPA ilə bütün körpülər yanmayıb: Bakının şərtləri belədir – Səməd Seyidov açıqladı
15:00, Bu gün
İqtisadiyyat üzrə Nobel mükafatının qalibləri açıqlandı
14:55, Bu gün
Bank işçisi müştərinin kart məlumatlarını hakerlərə verə bilərmi? - AÇIQLAMA
14:50, Bu gün
“Azərsun Holdinq” zeytun qəbuluna start verdi
14:45, Bu gün
"Rusiyanın "Orenburq-2" hərbi hava limanında "Tу-134" təyyarəsi məhv edilib" - Ukrayna Baş Kəşfiyyat İdarəsi
14:43, Bu gün
“Təəssüf ki, Kanadadakı İslam Muzeyində Nizami Gəncəvi İran şairi kimi təqdim olunub...” 
14:40, Bu gün
Aeroportun tualetindən yeni doğulmuş körpə tapıldı - FOTO
14:35, Bu gün
İcra başçısı ilə məşhur müğənninin rəqsi gündəm oldu - VİDEO
14:30, Bu gün
Sahibə Qafarova iranlı həmkarı ilə görüşdü
14:25, Bu gün
"Haqqımı halal etmirəm" - Əri ilə bağlı suala cavab - FOTOlar
14:19, Bu gün
Qohumu olan oğlana anası və bacısı ilə cinsi əlaqədə olduğunu dedi... – ŞOK TƏFƏRRÜAT
14:14, Bu gün
135 min manatlıq dələduzluq edən şəxs həbs olundu
14:10, Bu gün
Xəzərdə 330 min manatlıq ƏMƏLİYYAT - DSX onları BELƏ YAXALADI - VİDEO
14:05, Bu gün
Hərbi təyyarələrimiz təlimdə - VİDEO
14:00, Bu gün
Dəhlizə alternativ yol təklif edilir: Bakı razı olacaqmı?
13:54, Bu gün
"Bu, tərəfdaşlarımız üçün dərs olmalıdır" - Stoltenberq
13:48, Bu gün
Baha qiymətə dərman satan aptekləri nə gözləyir? - RƏSMİ
13:43, Bu gün
“Göygöl”ün futbolçusu hakimi öpdü - VİDEO
13:38, Bu gün
Kəmaləddin Heydərovdan Allahşükür Paşazadənin qohumunun yerinə TƏYİNAT
13:33, Bu gün
Ahıl vətəndaşları aldadaraq pullarını ələ keçirən şəxs saxlanıldı
13:28, Bu gün
İstanbulda marşrut avtobusu ağır qəza törətdi: Xəsarət alanlar var - VİDEO
13:23, Bu gün
Aysel döyməsini nümayiş etdirdi - FOTOLAR
13:18, Bu gün
Slovakiya yığmasının dörd futbolçusu Azərbaycan millisi ilə matçda iştirak etməyəcək
13:13, Bu gün
Sabah Bakıya və rayonlara yağış yağacaq - PROQNOZ
13:09, Bu gün
"ABŞ Rusiya, Çin və Şimali Koreya ilə nüvə danışıqlarına hazırdır" - Bayden
13:03, Bu gün
Alimlər iki yaralı heyvanın bir-biri ilə birləşməsini görəndə ŞOKA DÜŞÜB
12:58, Bu gün
Azərbaycan və Türkiyənin oyunları bu kanallarda
12:54, Bu gün
“Hərbi Prokurorluq tərəfindən Heydər Əliyev ideyalarının Azərbaycan Silahlı Qüvvələrində təbliği təqdirəlayiqdir”
12:52, Bu gün
Oktyabr bu bürclər üçün xüsusilə uğurlu olacaq
12:46, Bu gün
Zəngəzurla bağlı gözlənilməz addım: Geri çəkildilər
12:42, Bu gün
Qazax sakini minaya düşdü - Ayağı amputasiya olundu 
12:40, Bu gün
İlham Əliyev Danimarka səfirinin etimadnaməsini qəbul etdi - FOTO
12:36, Bu gün
Şamaxıda imkanlı şəxsləri gizli görüntüləri ilə şantaj etdilər
12:26, Bu gün
Əhaliyə XƏBƏRDARLIQ - 15-16 oktyabrda...
12:10, Bu gün
Bakıda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırıldı - VİDEO
12:06, Bu gün
Aparıcı Çinarənin LİFTDƏ afrikalı oğlanla VİDEOsu yayıldı - İllər sonra üzə çıxdı...
12:02, Bu gün
Bakıda maşını keçiddə aşıran şəxs bloger imiş - FOTO/VİDEO 
11:55, Bu gün
Cəbrayılda ilk dəfə əmək yarmarkası keçirildi - FOTO
11:50, Bu gün
Narkotikin təsiri altında motosiklet idarə edən sürücü tutuldu
11:46, Bu gün
Azərbaycanda “İşçilərin Ezamiyyə Qaydaları” dəyişdi
11:43, Bu gün
İnsanları uzaqdan oxuyan bürclər - Hər kəsin əsl üzünü görə bilirlər
11:41, Bu gün
Stolüstü tennisçilərimiz Avropa çempionatında iştirak edəcəklər
11:39, Bu gün
Yaxın günlərdə elektron hərrac portalı istifadəyə veriləcək
11:35, Bu gün
Azad olunmuş ərazilərdə torpaqlarla bağlı qərar verilir: Belə istifadə olunacaq
11:29, Bu gün
Saxta manatlar ödəmə terminallarından necə keçir? - Yeni dələduzluq növü - VİDEO
11:28, Bu gün
Azad olunan ərazilərdə yeni məşğulluq imkanlarının yaradılması üçün əlavə tədbirlər hazırlanır
11:24, Bu gün
"Neftçi"də TƏCİLİ İCLAS, yeni baş məşqçi təqdimatı…
11:19, Bu gün
Azərbaycanda hava kəskin dəyişir - XƏBƏRDARLIQ
11:08, Bu gün
​İpoteka fonduna ayrılan vəsait artdı - Hamı ev ala biləcək?
10:59, Bu gün
“Unibank”da əmanətçilər pullarını geri çəkir
10:50, Bu gün
Xətai icra hakimiyyətində şikayətlərə niyə baxılmır?
10:45, Bu gün
Qardaşı tərəfindən döyülən məşhur kimdir? - "Travma ilə böyümüşəm"
10:39, Bu gün
Şirkətlər “Yelo Bank”dan 500 milyon manatdan çox vəsaitlərini geri götürüblər
10:31, Bu gün
Nişanlısının rəfiqəsi ilə sevişməsindən xəbər tutan qız onlardan BELƏ QİSAS ALDI
10:25, Bu gün
Taksi sürücülərinə ŞAD XƏBƏR: Proses başlayıb
10:16, Bu gün
Atlantik okeanının dərinliklərində "İtirilmiş şəhər" AŞKAR EDİLİB
10:09, Bu gün
"Real Madrid"də şok itki
09:59, Bu gün
"Əminəm ki, dövlətimizin gücü qısa zaman kəsiyində təbii fəlakətin yaratdığı problemləri aradan qaldıracaq" - Fəzail Ağamalı 
09:55, Bu gün
“İsrail Türkiyəyə heç bir şey edə bilməz...”-Siyasi təhlükəsizlik eksperti
09:49, Bu gün
Bu iki bürcün birləşməsindən doğulan uşaqlar intellektli və böyük potensiala MALİKDİRLƏR
GÜNLÜK
13 Oct 2024 | 21:07
AA: Fətullah Gülənin Pensilvaniyadakı yeni evindən çıxarkən fotoları çəkilib - VİDEO
13 Oct 2024 | 18:27
Britaniya əks-kəşfiyyatından qorxunc xəbərdarlıq - Azərbaycanın da adı keçir
13 Oct 2024 | 20:47
Səhər edilən bu səhv xərçəng riskini artırır
13 Oct 2024 | 20:51
Gəlin ticarəti: Kasıb ailələrin qızları üçün çoxlu pul verilir
13 Oct 2024 | 23:52
Hizbullahdən İsrail ordusuna zərbə ilə bağlı açıqlama...
13 Oct 2024 | 20:17
100-dən artıq ölkə Quterrişə dəstək məktubu imzalayıb
13 Oct 2024 | 19:40
Oktyabrın 14-ü ilə bağlı RƏSMİ XƏBƏRDARLIQ
13 Oct 2024 | 22:10
İranda spirtli içkidən kütləvi zəhərlənmə baş verib, 48 nəfər ölüb
13 Oct 2024 | 23:51
Hizbullah zərbəsi: Belə hücum görünməyib - Yerusəlim Post
13 Oct 2024 | 20:50
İrandan SƏRT BƏYANAT- "Qırmızı xətt" yoxdur
HƏFTƏLİK
08 Oct 2024 | 07:55
Canan Karatay ən faydalı turşunun ADINI AÇIQLADI 
08 Oct 2024 | 17:40
Lavaş çörəkdən daha faydalıdır? - MÜTƏXƏSSİSLƏR AÇIQLADI 
08 Oct 2024 | 23:42
Prezident İlham Əliyev Moskvada "Rossiya-1" televiziya kanalına müsahibə verib
09 Oct 2024 | 00:02
MSK-nın sədri vəfat etdi - Son Dəqiqə
11 Oct 2024 | 19:10
“Vatsap” qruplarındakı hegemon valideynlər - Onlar sinfi necə idarə edir?
07 Oct 2024 | 18:45
Lavrovdan Laçınla bağlı təklif: Gələn il...
08 Oct 2024 | 18:09
Xudu Məmmədovun kəndində repressiya edilmiş, güllələnmiş soydaşlarımız haqda kitab işıq üzü gördü…
12 Oct 2024 | 22:49
“Mənim nazir olduğum dövrdə də belə hadisələr olurdu, amma...”- Misir Mərdanov (ÖZƏL)
10 Oct 2024 | 00:22
İsrailin müdafiə naziri: "İrana ölümcül və gözlənilməz zərbə endirəcəyik"
09 Oct 2024 | 22:30
120 yaşa qədər yaşamaq indi də mümkündür
AYLIQ
13 Oct 2024 | 21:07
AA: Fətullah Gülənin Pensilvaniyadakı yeni evindən çıxarkən fotoları çəkilib - VİDEO
13 Oct 2024 | 18:27
Britaniya əks-kəşfiyyatından qorxunc xəbərdarlıq - Azərbaycanın da adı keçir
13 Oct 2024 | 20:47
Səhər edilən bu səhv xərçəng riskini artırır
13 Oct 2024 | 20:51
Gəlin ticarəti: Kasıb ailələrin qızları üçün çoxlu pul verilir
13 Oct 2024 | 23:52
Hizbullahdən İsrail ordusuna zərbə ilə bağlı açıqlama...
13 Oct 2024 | 20:17
100-dən artıq ölkə Quterrişə dəstək məktubu imzalayıb
13 Oct 2024 | 19:40
Oktyabrın 14-ü ilə bağlı RƏSMİ XƏBƏRDARLIQ
13 Oct 2024 | 22:10
İranda spirtli içkidən kütləvi zəhərlənmə baş verib, 48 nəfər ölüb
13 Oct 2024 | 23:51
Hizbullah zərbəsi: Belə hücum görünməyib - Yerusəlim Post
13 Oct 2024 | 20:50
İrandan SƏRT BƏYANAT- "Qırmızı xətt" yoxdur