İlham Əliyev Belçikanın yeni səfirini qəbul etdi - YENİLƏNİB + FOTO
Siyasət
Oxunub: 791
17:30, Bu gün
İlham Əliyev Belçikanın yeni səfirini qəbul etdi - YENİLƏNİB + FOTO
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 14-də Belçika Krallığının ölkədə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun etimadnaməsini qəbul edib.
 
Moderator.az xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib.
 
Prezident İlham Əliyev səfirlə söhbət edib.
 
Dövlət başçısı ikitərəfli münasibətlərimizin inkişaf edəcəyinə ümidvar olduğunu bildirirək səfirə fəaliyyətində uğurlar arzulayıb.
 
Azərbaycanda səfir kimi fəaliyyət göstərməsindən şərəf hissi duyduğunu deyən Julyen de Frepon fəaliyyəti dövründə ikitərəfli münasibətlərin müxtəlif, o cümlədən iqtisadi və siyasi sahələrdə inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini deyib.
 
Azərbaycanda COP29-un keçirilməsi münasibətilə təbriklərini çatdıran səfir bu tədbiri iqlim dəyişmələri ilə bağlı qlobal çağırış kimi dəyərləndirib.
 
O, eyni zamanda Belçikanın bu tədbirdə yüksək səviyyədə təmsil olunacağını bildirib. Səfir COP29-un enerji keçidi və iqlim dəyişmələri ilə bağlı fəaliyyət göstərən Belçika şirkətlərinin öz imkanlarını və “yaşıl enerji” sahəsində əldə etdiyi nailiyyətləri nümayiş etdirmək üçün də bir fürsət olacağını vurğulayıb.
 
Regional sabitliyin Belçika üçün də böyük önəm daşıdığını deyən diplomat Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımın ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini bildirib. O, Ermənistan-Azərbaycan münasibətlərilə də bağlı regional sabitlikdə Belçikanın maraqlı olduğunu deyib.
 
Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması üzrə son dövrlərdəki irəliləyişi qeyd edən səfir bu istiqamətdə atılan addımları Belçikanın təşviq etdiyini söyləyib. O, eyni zamanda Azərbaycanın üzləşdiyi mina çağırışları məsələsində də Belçikanın Azərbaycana, həmçinin ANAMA-nın fəaliyyətinə göstərdiyi dəstəyini bundan sonra da davam etdirəcəyini vurğulayıb.
 
Belçikanın Avropa İttifaqının əsasını qoyan üzv dövlətlərdən biri olduğunu deyən Julyen de Frepon ölkəsinin Azərbaycan ilə Avropa İttifaqı arasında enerji keçidi, iqlim dəyişmələri, iqtisadiyyat və ticarət sahələrində əməkdaşlıqda maraqlı olduğunu bildirib.
 
Dövlət başçısı ikitərəfli münasibətlərin inkişafı üçün yaxşı potensialın mövcudluğunu qeyd edərək iki ölkənin xarici işlər nazirləri arasında keçirilən görüşlərin əməkdaşlığın gündəliyi məsələsinin müzakirəsi üçün faydalı olduğunu deyib.
 
Prezident İlham Əliyev COP29-a hazırlıq işlərinin yekun mərhələdə olduğunu bildirdi. Hazırlıq işlərinə bir ildən az vaxt olduğunu deyən dövlət başçısı COP-öncəsi tədbirinin bu işlərin uğurla həyata keçirilməsini nümayiş etdirdiyini vurğulayıb.
 
Prezident İlham Əliyev növbəti ildə Azərbaycanın COP-a sədrliyi dövründə də dünyanın müxtəlif bölgələri arasında körpü rolu oynamaq əzmində olduğunu deyib.
 
Dövlət başçısı, eyni zamanda, yaşıl enerjiyə keçidin də bizim geniş gündəliyimizdə duran mühüm məsələ olduğunu bildirib. Prezident İlham Əliyev qeyd edib ki, planlaşdırdığımız layihələrin artıq bir hissəsinin həyata keçirildiyini nəzərə alsaq, qarşıdakı illərdə enerji sektorumuzda bərpaolunan enerjinin payı əhəmiyyətli dərəcədə artacaq və biz bu sahədə Belçika şirkətləri ilə əməkdaşlıq etməyə hazırıq.
 
Azərbaycan-Avropa İttifaqı əlaqələrinə toxunan Prezident İlham Əliyev qeyd edib ki, Brüssel Ermənistanla Azərbaycan arasında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə danışıqların uğurla keçirildiyi bir məkan olub və həqiqətən orada mühüm irəliləyişə nail olunub. Lakin əfsuslar olsun ki, Ermənistan tərəfi Brüssel prosesi adlanan bu prosesi davam etdirməmək qərarına gəldi. Ancaq hər bir halda bu çox yaxşı nəticə və təcrübə verən müsbət proses idi.
 
Prezident İlham Əliyev qeyd edib ki, hazırkı şəraitdə daha çox diqqət ikitərəfli müstəviyə cəmlənib. Dövlət başçısı vurğuladı ki, sülh müqaviləsinin bütün bəndləri eyni dəyərə malikdir, birini digərindən ayırmaq olmaz.
 
Prezident İlham Əliyev bu baxımdan Ermənistan hökumətinin “bu vaxtadək nə barədə razılaşdırılıbsa, ona imza atılsın, razılaşdırılmamış müddəalar növbəti mərhələlərə saxlanılsın” qəribə təklifini tamamilə reallıqdan kənar hesab etdiyini bildirdi və bu cür yanaşma presedentinin ona məlum olmadığını vurğulayıb.
 
Dövlət başçısı qeyd etdi ki, torpaqlarımızın işğalı dövründə dırnaqarası “Madrid prosesi, prinsipləri” mövcud idi və bunun qarşılıqlı razılaşdırılmış əsas müddəalarından biri də o idi ki, bütün məsələlər razılaşdırılmadan heç nə razılaşdırıla bilməz. Bu, o zamankı ATƏT-in Minsk qrupu həmsədrlərinin, Ermənistanın və Azərbaycanın mövqeyi idi və biz bu mövqedə qalırıq. Əfsuslar olsun ki, keçmiş Minsk qrupunun bəzi üzvləri bununla bağlı öz mövqelərini dəyişdirdilər və Ermənistanın indiki qeyri-real təklifini dəstəkləyirlər.
 
Prezident İlham Əliyev bildirib ki, bir çox hallarda Ermənistan tərəfi bu təklifləri irəli sürməklə guya sülh istəyində olduqlarını nümayiş etdirirlər. Lakin onlar əvvəlcədən bilirlər ki, bu təkliflər qəbul oluna bilməz. Bütün bunlara baxmayaraq, proses davam edir.
 
Azərbaycan Prezidenti vurğulayıb ki, bizim torpaqlar işğal altında olanda - 1992-ci ildən 2020-ci ilədək 28 il vaxt keçirdik və nəticə sıfıra bərabər oldu. İndi isə danışıqlara iki ildir ki, başlanılıb. Ona görə səbrli, realist və son nəticədə Cənubi Qafqazda sülhə nail olunmasına sadiq olmaq lazımdır.
 
Dövlət başçısı belə bir məqama da toxunub ki, Avropa İttifaqı əvvəllər olduğu kimi Ermənistan-Azərbaycan sülh məsələsində neytrallıq saxlamalıdır. Belə ki, Avropa İttifaqı torpaqlarımızın işğalı dövründə bu məsələdə heç vaxt fəal olmayıb. Bizim bununla bağlı o dövrdə Avropa İttifaqına və Avropa institutlarına xeyli sayda müraciətlərimiz belə cavablandırılırdı ki, bu məsələ ilə Minsk qrupu məşğul olur, Avropa İttifaqının bu məsələyə aidiyyatı yoxdur. Hazırda isə Avropa İttifaqının bu məsələyə fəal cəlb olunduğu görünür. Lakin əfsuslar olsun ki, Brüsseldə, Avropa İttifaqının mənzil qərargahında bəziləri tərəfkeşlik edirlər. Bu, qeyri-məhsuldar bir mövqedir, yalnız etimadsızlıq yaradır və Avropa İttifaqını normallaşma prosesindən təcrid edir.
 
Prezident vurğulayıb ki, əgər mümkündürsə, mən belə bir tövsiyyə edərdim ki, Avropa İttifaqı və Azərbaycan əməkdaşlığının davam etdirilməsi naminə Fransanın yolu ilə gedilməsin, özlərini Fransanın təsirinə salmasınlar. Çünki Fransanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması ilə bağlı siyasəti destruktiv siyasət olub və tamamilə bu cür də qalmaqdadır.
 
Prezident İlham Əliyev onu da vurğulayıb ki, Azərbaycan-Avropa İttifaqı münasibətlərində etimadsızlıq yaradan məsələlərdən biri də sərhəddə dırnaqarası “Avropa müşahidəçilər missiyasının” müddətinin bizim razılığımız olmadan, hətta bizimlə məsləhətləşmədən uzadılmasıdır. Buna nə ehtiyac var idi?! 2022-ci ilin oktyabrında Praqada Azərbaycan ona razılıq vermişdi ki, bu missiya 2 ay orada qalsın və istefaya çıxmış məhdud sayda hərbi zabitlərdən ibarət olsun. Lakin bu missiyanın müddəti uzadıldıqda bizimlə heç kim məsləhətləşmədi. İndi də əlavə müddətə uzadılması istiqamətində müzakirələr aparılır. Missiya üzvlərinin davranışı, necə deyərlər, “binokl diplomatiyası” heç cür qəbuledilməz və hər hansı bir normal siyasi mədəniyyət standartlarından kənar idi.
 
Dövlət başçısı bildirib ki, biz Avropa İttifaqı ilə təmaslarda bu məsələni qaldıracağıq.
 
Belçika səfiri bu məlumatlara görə təşəkkürünü bildirib, öz tərəfindən əlaqələri inkişafı üçün səylərini əsirgəməyəcəyini, ölkələr arasında əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsi üçün böyük imkanların olduğunu vurğulayıb.
 
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı geniş gündəliyə malikdir və enerji, nəqliyyat, yaşıl enerji, ticarət sahələrini əhatə edir. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Beləliklə, Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı Azərbaycan-Aİ əməkdaşlığında geriləmə olarsa, bu, təəssüf hissi doğurar.
 
Dövlət başçısı ümidvar olduğunu bildirdi ki, ölkələr arasında ikitərəfli münasibətlər Ermənistan-Azərbaycan gündəliyindən asılı olmayaraq inkişaf edəcək.
 
11:58
 
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 14-də Belçika Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponin etimadnaməsini qəbul edib.
 
Moderator.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
 
Oxşar xəbərlər
20:05, Bu gün
İrana qarşı yeni sanksiya paketi elan edildi
19:55, Bu gün
Vatsapda vaxtınıza qənaət etməyə kömək edəcək YENİ FUNKSİYA
19:51, Bu gün
Bu sıyıq hər kəs üçün faydalı deyil
19:48, Bu gün
Sürücülərə növbəti qadağa: ya beş min cərimə, ya da...
19:43, Bu gün
Bələdiyyələr birləşdirilməlidirmi? - AÇIQLAMA
19:40, Bu gün
İş həyatında sağlamlığınıza nə təsir edir? - Diqqət olunmalı məqamlar
19:36, Bu gün
Bakı və Bişkək arasında Niyyət Protokolu imzalanıb
19:30, Bu gün
Naxçıvan şəhərinə yük avtomobillərinin daxil olması məhdudlaşdırılıb-VİDEO
19:25, Bu gün
Amerikanın 76 milyarderi Harrisi dəstəyir -SƏBƏB
19:18, Bu gün
Dünya şokda! Çində yenə bəla tapıldı: “Bataqlıq virusu” gəlir
19:10, Bu gün
Fərman Borçalı: Sabit Gürcüstan həm də Azərbaycan üçün vacibdir
19:05, Bu gün
Fransadan növbəti CILIZ ADDIM- Bakıdakı tədbiri pozmağa cəhd edib
18:56, Bu gün
Rusiya bu tarixdə NATO-ya hücum edəcək - Kal
18:50, Bu gün
“SOCAR könüllüləri” könüllülərin qəbulu və təltif edilməsi üçün tədbir keçirib
18:46, Bu gün
Orban Trampı razı salmaq üçün Ukraynanı görün nə ilə HƏDƏLƏDİ
18:40, Bu gün
Kriştianu Ronaldu bu dəfə saat biznesinə başlayır
18:35, Bu gün
“Bir mərmi atsalar, Azərbaycan hərəkətə keçməli və Qafana kimi bufer zona yaratmalıdır”- Politoloq
18:30, Bu gün
İsraildən ABŞ Konqresinə Azərbaycanla bağlı çağırış
18:25, Bu gün
Bakı Dövlət Sirkinin yeni şapitosu istifadəyə veriləcək
18:20, Bu gün
Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq
18:16, Bu gün
İlham Əliyev Danimarka səfirinin etimadnaməsini qəbul etdi - YENİLƏNİB + FOTO
18:12, Bu gün
Deputat köməkçilərinin maaşı açıqlandı
18:10, Bu gün
Dişlərinizi fırçaladıqdan sonra bu qidaladan uzaq durmalısınız
18:08, Bu gün
Lalə Azərtaş bu görüntülərlə bağlı polisə müraciət etdi - VİDEO
18:04, Bu gün
Ekspert: "Heç bir lider nüvə düyməsinə basmaz" prinsipi işləməyə də bilər"  - ŞƏRH + FOTO
17:58, Bu gün
Yeznəsini öldürən Cavid də məcburi müalicəyə göndərildi
17:54, Bu gün
Bakıda bir küçədə yeni parklanma məntəqəsi yaradılıb - FOTO
17:50, Bu gün
14 xarici tələbə Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində BDU-da təhsil alacaq
17:47, Bu gün
Baş Prokurorluq, ETSN və BDU-nun ECOLEAD layihəsi uğurla davam edir - FOTO
17:44, Bu gün
Prezident Estoniyanın yeni səfirinin etimadnaməsini qəbul etdi - YENİLƏNİB + FOTO
17:41, Bu gün
Ramzan Kadırov Rusiya bayrağından imtina edən dünya çempionuna müraciət etdi
17:38, Bu gün
Prezident Qətərin yeni səfirinin etimadnaməsini qəbul etdi - YENİLƏNİB + FOTO
17:34, Bu gün
""Binokl diplomatiyası" heç cür qəbuledilməzdir" - İlham Əliyev
17:30, Bu gün
İlham Əliyev Belçikanın yeni səfirini qəbul etdi - YENİLƏNİB + FOTO
17:27, Bu gün
Şuşadan erməni müstəntiq tərəfindən tutulub gətirilən müəllim saxta ittihamlarla güllələndi...
17:23, Bu gün
Ağadadaş Ağayevin ölüm xəbərinə vəkilindən CAVAB
17:17, Bu gün
İlham Əliyev Beninin ölkəmizə yeni təyin olunmuş səfirini qəbul etdi - YENİLƏNİB + FOTO
17:11, Bu gün
Hər dəfə yeni kütləvi məzarlıq tapılanda... - İtkin düşən şəxsin qızı
17:05, Bu gün
İran Rusiyaya iki kosmik peyk göndərib
16:59, Bu gün
I Qarabağ müharibəsi itkinlərinin yaxınlarından beynəlxalq təşkilatlara ÇAĞIRIŞ
16:54, Bu gün
MN-dəki 143 milyonluq mənimsəmə: Sabiq rəis kimə nə qədər verdiyini açıqladı
16:48, Bu gün
Məsud Pezeşkian Şahin Mustafayevlə görüşdü - FOTO
16:44, Bu gün
"Birinin 6-7 ay arxasınca düşdüm, yüksək səslə..."
16:38, Bu gün
Azərbaycanda yeniyetmə QIZDIRMADAN ÖLDÜ
16:32, Bu gün
Görün Azərbaycanda yol çəkilməsindən hansı şirkətlər nə qədər pul qazanır
16:26, Bu gün
Çağırışdan yayınan 448 nəfər hərbi xidmətə göndəriləcək
16:20, Bu gün
Azərbaycan gömrükçüləri dərman vasitələri aşkar etdi
16:15, Bu gün
“Neftçi” yeni baş məşqçisini rəsmən açıqladı
16:10, Bu gün
"Axı, Varşava Rusiya imperiyasının bir hissəsi olub, darıxmısınız?" - Medvedev
16:05, Bu gün
Çexiyada mina qurbanlarına həsr olunmuş fotosərgilər keçirildi - FOTOLAR
16:00, Bu gün
“Hadrut fatehi”nin tarixdə qalacaq qəhrəmanlığı
15:55, Bu gün
“Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstəyini davam etdirir - FOTO
15:51, Bu gün
Su Ehtiyatları Agentliyinin səlahiyyətləri artırıldı
15:47, Bu gün
“Medicare hospitalın”ın həkimi səhv resept yazdı - Qadın şoka düşərək öldü - VİDEO
15:42, Bu gün
Prezident bir sıra məhkəmələrə sədr və sədr müavinlərini təyin etdi
15:38, Bu gün
XİN: "2020-ci ildən bəri 381 nəfər mina qurbanı olub" - FOTO
15:32, Bu gün
Qarşıdakı 50 ildə gözlənilən 7 əsas astronomik hadisə - BDU-nun Astrofizika kafedrası açıqladı
15:26, Bu gün
Bu taksi sifarişi operatoru cərimələndi - RƏSMİ
15:21, Bu gün
Dizellə işləyən avtomobil sahiblərini SEVİNDİRƏCƏK XƏBƏR
15:16, Bu gün
Adil Mirzəyev Bakı həbsxanasında ÖLDÜ
15:13, Bu gün
Hamının bildiyi “sirr”, yaxud beş “yox”dan biri...
15:10, Bu gün
Erməniləşən türk torpaqları - ad gününü yiyəsiz qeyd edən İrəvan - TƏHLİL
15:05, Bu gün
AŞPA ilə bütün körpülər yanmayıb: Bakının şərtləri belədir – Səməd Seyidov açıqladı
15:00, Bu gün
İqtisadiyyat üzrə Nobel mükafatının qalibləri açıqlandı
14:55, Bu gün
Bank işçisi müştərinin kart məlumatlarını hakerlərə verə bilərmi? - AÇIQLAMA
14:50, Bu gün
“Azərsun Holdinq” zeytun qəbuluna start verdi
14:45, Bu gün
"Rusiyanın "Orenburq-2" hərbi hava limanında "Tу-134" təyyarəsi məhv edilib" - Ukrayna Baş Kəşfiyyat İdarəsi
14:43, Bu gün
“Təəssüf ki, Kanadadakı İslam Muzeyində Nizami Gəncəvi İran şairi kimi təqdim olunub...” 
14:40, Bu gün
Aeroportun tualetindən yeni doğulmuş körpə tapıldı - FOTO
14:35, Bu gün
İcra başçısı ilə məşhur müğənninin rəqsi gündəm oldu - VİDEO
14:30, Bu gün
Sahibə Qafarova iranlı həmkarı ilə görüşdü
14:25, Bu gün
"Haqqımı halal etmirəm" - Əri ilə bağlı suala cavab - FOTOlar
14:19, Bu gün
Qohumu olan oğlana anası və bacısı ilə cinsi əlaqədə olduğunu dedi... – ŞOK TƏFƏRRÜAT
14:14, Bu gün
135 min manatlıq dələduzluq edən şəxs həbs olundu
14:10, Bu gün
Xəzərdə 330 min manatlıq ƏMƏLİYYAT - DSX onları BELƏ YAXALADI - VİDEO
14:05, Bu gün
Hərbi təyyarələrimiz təlimdə - VİDEO
14:00, Bu gün
Dəhlizə alternativ yol təklif edilir: Bakı razı olacaqmı?
13:54, Bu gün
"Bu, tərəfdaşlarımız üçün dərs olmalıdır" - Stoltenberq
13:48, Bu gün
Baha qiymətə dərman satan aptekləri nə gözləyir? - RƏSMİ
13:43, Bu gün
“Göygöl”ün futbolçusu hakimi öpdü - VİDEO
13:38, Bu gün
Kəmaləddin Heydərovdan Allahşükür Paşazadənin qohumunun yerinə TƏYİNAT
13:33, Bu gün
Ahıl vətəndaşları aldadaraq pullarını ələ keçirən şəxs saxlanıldı
13:28, Bu gün
İstanbulda marşrut avtobusu ağır qəza törətdi: Xəsarət alanlar var - VİDEO
13:23, Bu gün
Aysel döyməsini nümayiş etdirdi - FOTOLAR
13:18, Bu gün
Slovakiya yığmasının dörd futbolçusu Azərbaycan millisi ilə matçda iştirak etməyəcək
13:13, Bu gün
Sabah Bakıya və rayonlara yağış yağacaq - PROQNOZ
13:09, Bu gün
"ABŞ Rusiya, Çin və Şimali Koreya ilə nüvə danışıqlarına hazırdır" - Bayden
13:03, Bu gün
Alimlər iki yaralı heyvanın bir-biri ilə birləşməsini görəndə ŞOKA DÜŞÜB
12:58, Bu gün
Azərbaycan və Türkiyənin oyunları bu kanallarda
12:54, Bu gün
“Hərbi Prokurorluq tərəfindən Heydər Əliyev ideyalarının Azərbaycan Silahlı Qüvvələrində təbliği təqdirəlayiqdir”
12:52, Bu gün
Oktyabr bu bürclər üçün xüsusilə uğurlu olacaq
12:46, Bu gün
Zəngəzurla bağlı gözlənilməz addım: Geri çəkildilər
12:42, Bu gün
Qazax sakini minaya düşdü - Ayağı amputasiya olundu 
12:36, Bu gün
Şamaxıda imkanlı şəxsləri gizli görüntüləri ilə şantaj etdilər
12:26, Bu gün
Əhaliyə XƏBƏRDARLIQ - 15-16 oktyabrda...
12:10, Bu gün
Bakıda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırıldı - VİDEO
12:06, Bu gün
Aparıcı Çinarənin LİFTDƏ afrikalı oğlanla VİDEOsu yayıldı - İllər sonra üzə çıxdı...
12:02, Bu gün
Bakıda maşını keçiddə aşıran şəxs bloger imiş - FOTO/VİDEO 
11:55, Bu gün
Cəbrayılda ilk dəfə əmək yarmarkası keçirildi - FOTO
11:50, Bu gün
Narkotikin təsiri altında motosiklet idarə edən sürücü tutuldu
GÜNLÜK
13 Oct 2024 | 21:07
AA: Fətullah Gülənin Pensilvaniyadakı yeni evindən çıxarkən fotoları çəkilib - VİDEO
13 Oct 2024 | 20:47
Səhər edilən bu səhv xərçəng riskini artırır
13 Oct 2024 | 20:51
Gəlin ticarəti: Kasıb ailələrin qızları üçün çoxlu pul verilir
13 Oct 2024 | 23:52
Hizbullahdən İsrail ordusuna zərbə ilə bağlı açıqlama...
13 Oct 2024 | 22:10
İranda spirtli içkidən kütləvi zəhərlənmə baş verib, 48 nəfər ölüb
08:58, Bu gün
“4 eşşəkdən günə 1 litr süd sağıram” - REPORTAJ
13 Oct 2024 | 23:51
Hizbullah zərbəsi: Belə hücum görünməyib - Yerusəlim Post
13 Oct 2024 | 20:50
İrandan SƏRT BƏYANAT- "Qırmızı xətt" yoxdur
01:04, Bu gün
"Xristofor Kolumb sefard yəhudisi olub" - "Reuters"
13 Oct 2024 | 21:20
Bakıda gənc oğlan bıçaqlanıb
HƏFTƏLİK
08 Oct 2024 | 07:55
Canan Karatay ən faydalı turşunun ADINI AÇIQLADI 
08 Oct 2024 | 17:40
Lavaş çörəkdən daha faydalıdır? - MÜTƏXƏSSİSLƏR AÇIQLADI 
08 Oct 2024 | 23:42
Prezident İlham Əliyev Moskvada "Rossiya-1" televiziya kanalına müsahibə verib
09 Oct 2024 | 00:02
MSK-nın sədri vəfat etdi - Son Dəqiqə
11 Oct 2024 | 19:10
“Vatsap” qruplarındakı hegemon valideynlər - Onlar sinfi necə idarə edir?
13 Oct 2024 | 21:07
AA: Fətullah Gülənin Pensilvaniyadakı yeni evindən çıxarkən fotoları çəkilib - VİDEO
08 Oct 2024 | 18:09
Xudu Məmmədovun kəndində repressiya edilmiş, güllələnmiş soydaşlarımız haqda kitab işıq üzü gördü…
12 Oct 2024 | 22:49
“Mənim nazir olduğum dövrdə də belə hadisələr olurdu, amma...”- Misir Mərdanov (ÖZƏL)
10 Oct 2024 | 00:22
İsrailin müdafiə naziri: "İrana ölümcül və gözlənilməz zərbə endirəcəyik"
09 Oct 2024 | 22:30
120 yaşa qədər yaşamaq indi də mümkündür
AYLIQ
13 Oct 2024 | 21:07
AA: Fətullah Gülənin Pensilvaniyadakı yeni evindən çıxarkən fotoları çəkilib - VİDEO
13 Oct 2024 | 20:47
Səhər edilən bu səhv xərçəng riskini artırır
13 Oct 2024 | 20:51
Gəlin ticarəti: Kasıb ailələrin qızları üçün çoxlu pul verilir
13 Oct 2024 | 23:52
Hizbullahdən İsrail ordusuna zərbə ilə bağlı açıqlama...
13 Oct 2024 | 22:10
İranda spirtli içkidən kütləvi zəhərlənmə baş verib, 48 nəfər ölüb
08:58, Bu gün
“4 eşşəkdən günə 1 litr süd sağıram” - REPORTAJ
13 Oct 2024 | 23:51
Hizbullah zərbəsi: Belə hücum görünməyib - Yerusəlim Post
13 Oct 2024 | 20:50
İrandan SƏRT BƏYANAT- "Qırmızı xətt" yoxdur
01:04, Bu gün
"Xristofor Kolumb sefard yəhudisi olub" - "Reuters"
13 Oct 2024 | 21:20
Bakıda gənc oğlan bıçaqlanıb