Bizi sosial şəbəkələrdən izləyin:
“Azərbaycan dövləti hesab edir ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının alternativi yoxdur. Azərbaycan tərəfindən Ermənistana bununla bağlı növbəti təkliflər göndərilib. Hazırda təklif edilən paketlərlə bağlı Ermənistandan cavab gözləyirik”.
Moderator.az-ın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbokla birgə keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, artıq illərlər məcburi köçkünlərimiz ata yurdlarına geri dönürlər: “Əminəm ki, qarabağ bölgəsi ən gözəl guşələrdən birinə çevriləcək”.