Nazir: “Müəllimlərin bilik keyfiyyəti artdıqca əmək bazarına gedən insanlarda da bu keyfiyyət yüksələcək”
Siyasət
1444
21 Jun 2023 | 11:30

Nazir: “Müəllimlərin bilik keyfiyyəti artdıqca əmək bazarına gedən insanlarda da bu keyfiyyət yüksələcək”

“Müəllimlərin bilik keyfiyyəti artdıqca əmək bazarına gedən insanlarda da bu keyfiyyət yüksələcək”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev İnsan Resursları Zirvəsində “Yerin dərinliyindən beyin dərinliyinə köç” mövzusundakı paneldə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, müəllimlərin biliklərinin keyfiyyətinin artırılması istiqamətində mərhələli şəkildə addımlar atılır:

“Əvvəl məktəblərdə müəllimlərin nə qədər bildikləri barədə məlumata sahib deyildik. Diaqnostik qiymətləndirilmə və bu gün üçün keçirilən sertifikasiya imtahanları ilə müəyyən məlumatlara sahib ola bilirik”.

Nazir bildirib ki, müəllimlərin bilik keyfiyyəti artdıqca əmək bazarına gedən insanlarda da bu keyfiyyət yüksələcək:

“120 min istedadlı adamı tapıb müəllim peşəsinə cəlb etmək asan deyil. Yaxşı kadr tapmalıyıq ki, növbəti gələcək nəsli yaxşı yetişdirə bilsin. Uşaqlara nə öyrədirik də məsələsi vacibdir. Məktəbin məzmunu adətən yaşlı insanlar tərəfindən təyin olunur. Bunun pis amil olduğunu demirik. Yaşlı nəsil öz bildiklərini gələcək nəslə ötürür. Lakin nəzərə almaq lazımdır ki, dünya sürətlə inkişaf edir. Ola bilsin ki, bizim vaxtı ilə öyrəndiyimiz yeni nəsil üçün lazım olmaya bilər. Təhsil sisteminə təsir edən amillərdən biri də cəmiyyətdə qadının rolu ilə bağlıdır. Anaları ali təhsilli olan və ya əksi olan uşaqlar arasında əsaslı fərq var. Bu, bütün dünyada belədir”.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər