Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyənin Ankara şəhərində insan itkiləri ilə müşayiət olunan partlayışla əlaqədar başsağlığı verib.
“Qardaş Türkiyənin Almadağ qəsəbəsində zavodda partlayış xəbəri bizi çox kədərləndirdi. Dəhşətli hadisə nəticəsində həlak olmuş soydaşlarımıza rəhmət, yaralılara şəfa diləyir, qardaşlarımızla həmrəyliyimizi ifadə edirik”, - deyə qurumun “Twitter” hesabında qeyd olunub.
Qardaş #Türkiyə|nin Almadağ qəsəbəsində zavodda partlayış xəbəri bizi çox kədərləndirdi.
— MFA Azerbaijan ?? (@AzerbaijanMFA) June 10, 2023
Dəhşətli hadisə nəticəsində vəfat etmiş soydaşlarımıza rəhmət, yaralılara şəfa diləyir, qardaşlarımızla həmrəyliyimizi ifadə edirik.
Başın sağ olsun,??! @MFATurkiye #BirMillətİkiDövlət