Amerika Azərbaycana görə böyük əndişədə
Siyasət
Oxunub: 3167
19 Mar 2014 | 10:22
Amerika Azərbaycana görə böyük əndişədə

Ölkəmizə qarşı şimal təhlükəsi ciddiləşir

Ukraynadan sonra Kremlin caynağına keçə biləcək ölkələrin ilk sırasında Azərbaycan var; ABŞ MKİ yetkililəri Bakıda gizli müzakirə keçirib və heyrətləniblər; Rusiya “qaşınmayan yerdən qan çıxarmaq” istəyir...


Rusiyanın bütün beynəlxalq normaları əzib keçən qaba davranışı ilə Krımı qondarma referendumla Ukraynadan qoparması Qərb paytaxtlarını Kremlin daha məkrli və təhlükəli planlarına qarşı hərəkətə keçirib. Artıq Qərbə aydındır ki, sanksiya hədələrinə baxmayaraq, Rusiya geri çəkilən deyil, əksinə, Kreml dünya xəritəsinə yenidən düzən verilməsi uğrunda yeni bir savaşa başlayıb və məsələ yalnız Krımın Ukraynadan (oxu: həm də Qərbdən) qoparılması ilə yekunlaşmayacaq.


Qərb paytaxtlarında rahat kabinetlərində oturub telefon diplomatiyasına üstünlük verən siyasətçilər Vladimir Putinin timsalında anladılar ki, Rusiya ilə oynamaq, anlaşmalı qlobal siyasət yürütmək mümkün olmayacaq, ya da çox çətin olacaq...Avantürist olsa da, son günlər Putinin yanında tez-tez görünən prezidentin adaşı Jirinovskinin Krımın ilhaqını nəzərdə tutaraq “Rusiya 1945-ci ildən sonra bu cür qələbə qazanmayıb” deməsi Kremlin yaxın illərdə yaxın qonşuları ilə siyasətini güc üzərində quracağına işarədir... Rusiya hakimiyyətinin indiki ruhu vaxtilə Avropanı hərbi marşla işğal edən Hitler Almaniyasına daha çox oxşayır. Təsadüfi deyil ki, Qərb nəşrləri Kreml sahibini Hitlerə bənzədirlər...
 ***


“Yeni Müsavat” diplomatik qaynaqlardan məlumat əldə edib ki, Ukraynadan sonra Rusiyanın hədəfində birinci sırada Azərbaycan, paralel olaraq isə Gürcüstan var. Bunun artıq ilkin əlamətləri də ortadadır. Kreml emissarları artıq Dağlıq Qarabağdakı separatçı ermənilərə Rusiya pasportu paylamaq barədə şirnikləşdirici təkliflər verirlər. Məlumatlar var ki, Gürcüstanda yeni etnik qarşıdurmalar planları yalnız məlum separatçı bölgələrlə məhdudlaşmayacaq. Mümkün olsa, hətta azərbaycanlıları və Kremlin dəyənəyi olan erməniləri Gürcüstan hakimiyyətinə qarşı qaldıracaqlar. Rusiyaya müraciətlə mitinqlərə start veriləcək. Martın 16-da-Krımda “referendum” keçiriləndə vaxtilə Rusiyanın bayrağını belə qaldırmaq mümkün olmayan Tiflisdə...Rusiyaya dəstək aksiyası keçirmək istəyiblər. Demək, “hərəkətə keçin” düyməsi basılıb...

Rusiyanın eyni zamanda, Qazaxıstan, Qırğızıstan və Özbəkistanda da eyni mexanizmlə - etnik azlıqlar, həm də rus azlıqları vasitəsilə bu ölkələri də krizisə soxmaq planları var. Rusiya Qərbi yaxın sərhədlərindən qovmaq qərarında qətidir və proses Azərbaycanı da alovlara ata bilər. 

Bütün bu planlardan xəbərdar olan, nəticələri göz önünə alan ABŞ və Avropadakı müttəfiqləri Rusiya üçün qırılma nöqtəsinin Azərbaycan ola biləcəyini qət edib. Məlumatlar o istiqamətdədir ki, artıq Qərb indi də bütün gücünü Azərbaycana verəcək.  Bu mövzuda ABŞ və Azərbaycan arasında gizli sayıla biləcək məsləhətləşmələrə start da verilib. Ötən həftə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin yüksək rütbəli təmsilçiləri ilə rəsmi Bakını təmsil edən mötəbər bir heyət arasında məsləhətləşmələr aparılıb.

Məlumatı verən qaynaq  deyib ki, Azərbaycan tərəfinin soyuqqanlılığı və təhlükəyə ciddi baxmaması amerikalıları heyrətləndirib. “Rəsmi Bakının müzakirə heyəti lazım olandan daha soyuqqanlı və sakit idi. Bu da bizi daha da narahat etdi” deyə, ABŞ təmsilçilərindən biri Bakıdakı diplomata şikayətlənib: “Onlar bizim məlumat və təhlillərimizə sanki qeyri-ciddi bir məsələ kimi reaksiya verdilər”.


Məlum olduğu kimi, Ukrayna hadisələri başlayandan bəri Kiyevlə Bakının oxşar müqayisələri hər zaman aparılıb və Azərbaycanı da eyni təhdidlərin gözlədiyi dəfələrlə vurğulanıb. Bu iddialar  müəyyən mənada həm də informasiyalara dayanır. Çünki 2013 seçki ərəfəsi Kremllə rəsmi Bakının münasibətlərində nəzərəçarpacaq soyuqluq yaranmışdı. Rusiya Azərbaycan hakimiyyətini kifayət qədər narahat edən addımlar atmışdı və burada ciddi bir müxalifət qurumu belə yaratmışdı. Amma sonra Putinin Bakıya təfərrüatı hələ də tam məlum olmayan səfəri gerçəkləşdi. O zaman (2013-cü ilin avqust ayında) belə iddialar vardı ki, Azərbaycan Gömrük İttifaqına üzvlük üçün vaxt götürüb. Unutmaq olmaz ki, Ukrayna Vilnüs sammitində Avropa ilə assosiativ sazişdən imtina etdikdən sonra Kiyevdə mitinqlər başlamasaydı, bu ölkə Gömrük İttifaqına üzv olacaqdı və indi proseslər ölkənin parçalanması ilə nəticələnməyəcəkdi.  

Bu baxımdan “Ukraynadan sonra sırada Azərbaycan var” reallığının ciddiliyini nəzərə aldıqda Qərbin və  Amerikanın əndişəsini anlamaq mümkündür. İndi eyni taleyi, əgər bir möcüzə olmasa, Azərbaycan da yaşaya bilər. Hazırda dünyanın gizli gündəmində Krımı Ukraynaya necə qaytarmaqdan daha çox Rusiyanın bu prosesi bütün MDB məkanına yaya bilməsinin qarşısını ala bilmək dayanır. 


Bu arada ABŞ-ın Minsk Qrupundakı həmsədri Ceyms Uorlikin maraqlı açıqlaması da diqqət çəkir. “ABŞ Rusiyanın Ukraynadakı əməllərini qəbul etməsə də, ölkə ilə birgə işi davam etdirmək üçün sahələr mövcuddur - bu da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllidir”. “Trend”in məlumatına görə, bu barədə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz twitter səhifəsində yazıb. Amerikalı həmsədr həmçinin bildirib: “Ukraynada baş verən hadisələrdən Dağlıq Qarabağ münaqişəsi üçün nə öyrənə biləcəyimizi nəzərə almalıyıq”. Belə görünür ki, ABŞ Rusiyanın növbəti hədəfinin Dağlıq Qarabağın Azərbaycandan qoparılması olduğundan narahatdır və Rusiyanı Krımdakı kimi güc variantına  yox, danışıqlar masasına dəvət edir. Qorxulusu həm də budur ki, Rusiya Qarabağ kartından başqa Azərbaycanın şimalında da etnik separatçılığı qızışdıra bilər.

Bugünlərdə Krıma gedərkən Mahaçqalada saxlanılan əməkdaşımızın dediyinə görə, mülkü geyimli xüsusi xidmət orqanlarının əməkdaşları Azərbaycanın, Türkiyənin və Qərbin əleyhinə açıq hədə ilə danışırmışlar, hətta “niyə erməniləri incidirsiniz” deyərək separatçı “Sadval” təşkilatlarına rəğbətlərini gizlətməyiblər. Bu xırda görünə biləcək hadisə əslində Azərbaycanın şimalında anti-Azərbaycan ovqatının göstəricisidir və bu, Moskvanın əhval-ruhiyyəsindən qaynaqlanır. Qərbin gözü qarşısında nəhəng Ukraynadan Krımı qoparan Rusiya Azərbaycanın şimalını bir neçə saata ya özünə ilhaq edə bilər, ya da elə bil cəhənnəm yaradar ki...

Yeri gəlmişkən, hələ bir neçə ay əvvəl Kremlin göndərdiyi bir ekipin Azərbaycanda seçki adı ilə regionları gəzərək əhalinin əsasən nədən narazı olduqlarını öyrənmək, xüsusilə Rusiya ilə sərhəddə yaşayan etnik toplumların həyat şəraiti ilə maraqlandığı barədə xəbərlər yayılmışdı. Məlumatlarda deyilirdi ki, bu ekip Azərbaycanın zəif nöqtələrini bəlirləyib, xüsusi siyasi xəritə düzəldəcək. 

Qərbin ciddi narahatlığına rəğmən rəsmi Bakının indiki soyuqqanlılığının izahını tapmaq çətindir. Bəzi ekspertlərə görə, rəsmi Bakı Rusiya ilə, konkret olaraq Putinlə anlaşıb və bu anlaşmaya güvənərək özünü toxtaq tutur. Lakin gələn məlumatlar bunun tamamilə əksini göstərir. “Yeni Müsavat”ın məlumatına görə, lap yaxın zamanlarda Kremllə rəsmi Bakı arasında hansısa məsələyə görə soyuqluq yaranıb və proses davam edir. Mümkündür ki, bu “məsələ” Ukraynadakı proseslərə rəsmi Bakının sərgilədiyi açıq və bəzi hallarda gözlə görünməyən münasibətlərə bağlıdır.  

***
Yaranmış vəziyyətə fərqli yanaşanlar da var. Məsələn, Müsavat başqanı İsa Qəmbər deyir ki, ortadakı proses Ən Yeni Böhrandır. Və bu böhran həm də hər kəslə bərabər Azərbaycan üçün də böyük fürsətlər, imkanlar yaradır. Razılaşmaq da olar.  Fəqət bu fürsətləri Azərbaycanın və demokratiyanın faydasına istifadə edə biləcək mexanizmlər və həmin gücdə - ölkənin məsuliyyətini üzərinə götürə biləcək - müxalifət yoxdur. Xalq da aktiv və güclü deyil. Ukraynada xalq da, müxalifət də güclü çıxdı, lakin hətta Qərbin böyük və aktiv dəstəyinə baxmayaraq, bu güc Rusiyanın qarşısında duruş gətirməyə yetmədi. Rusiya öz qaba pəncələri ilə daha güclü çıxdı.
***
Krımı Ukraynadan de-yure ayırdılar. Dünya bu nəticələri tanımasa da, proses gedir və Rusiya bu ilhaqdan geri çəkiləsi deyil. Əksinə, indi əlinə fürsət düşmüşkən, “işlanmışın yağışdan nə qorxusu” deyərək daha da iddiasını artıracaq. Qərbin Krımın qoparılmasının qarşısını ala bilməməsi qafaları təbii ki, qarışdırıb. Azərbaycan hakimiyyəti bu qarışıqlıqda soyuqqanlılığını qorumağa çalışır. Məntiqlə Rusiya da Azərbaycana dəyib-dolaşmamalıdır. Amma rəsmi Moskvanın tövrü onu göstərir ki, Rusiya “qaşınmayan yerdən qan çıxarmaq” istəyir. Allah Azərbaycan qan-qadadan qorusun...
Oxşar xəbərlər
13:09, Bu gün
Azərbaycanda makler və övladları bıçaqlandılar
13:05, Bu gün
ANAMA-nın əməkdaşı Şuşada minaya düşdü
13:01, Bu gün
“Avroviziya” təmsilçilərimiz İsveçə yola düşdülər - FOTO/VİDEO
12:58, Bu gün
Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi - FOTOLAR
12:54, Bu gün
2018-ci ilə nisbətən özəl sektorda əmək müqavilələrinin sayı iki dəfə artıb
12:50, Bu gün
Bu pomidorları almayın! - RİSKLİDİR
12:46, Bu gün
Gələn il Bakıda Kosmik Texnologiyalar Konfransı keçiriləcək
12:42, Bu gün
Sahibə Qafarova Monteneqro Prezidenti ilə görüşdü - FOTO
12:38, Bu gün
Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı
12:34, Bu gün
Pərvin Abıyevadan ərəb rəqsi şousu - VİDEO
12:31, Bu gün
“Azərbaycan Almaniyanın təşəbbüslərinə müsbət yanaşır” - ŞƏRH
12:28, Bu gün
Cavanşir Məmmədovun ailəsinə sərt ittiham: “Son arzusunu yerinə yetirmədilər”
12:25, Bu gün
Sürücülərin NƏZƏRİNƏ: Mərkəz istiqamətində yolda təmir işləri aparılır
12:23, Bu gün
Berlində iqlim dəyişiklikləri dialoqu Almaniya-Azərbaycan münasibətlərinin yeni istiqamətidir - RƏY + FOTO
12:19, Bu gün
Taekvandoçularımız Prezident kubokunda 6 medal qazandı
12:15, Bu gün
Musiqili Teatrda “Bir qalanın sirri” tamaşası hazırlanır - FOTO
12:11, Bu gün
Sabah 31 dərəcə isti olacaq - İstirahət gününün hava proqnozu
12:07, Bu gün
“Özünü sındırmırdı, amma qəm içində idi”
12:02, Bu gün
"Hizbullah"ın aparıcı fiqurlarından biri öldürüldü
11:58, Bu gün
Husilər ABŞ-nin 30 milyon dollar dəyərində olan “MQ-9” PUA-sını vurublar
11:54, Bu gün
Mbappenin “Real Madrid”də nə qədər qazanacağı məlum olub
11:50, Bu gün
Naxçıvan hökuməti hesabatının Ali Məclisin komitə iclaslarında müzakirəsi başa çatıb
11:45, Bu gün
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü
11:40, Bu gün
Premyer Liqa: 32-ci turun hakim təyinatları açıqlandı
11:36, Bu gün
Xalq artistindən Taleh Yüzbəyova SƏRT CAVAB: "O, çox qələt edir"
11:32, Bu gün
Azərbaycan hərbçiləri İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edəcəklər - FOTO
11:29, Bu gün
Sarvan Cəfərov: "COP29-a ev sahibliyinin aqrar və ekoloji siyasətdə mühüm rolu olacaq"
11:27, Bu gün
Azərbaycanda magistral yolda hərəkət məhdudlaşdırılacaq
11:22, Bu gün
Ermənistanda çaxnaşma: Ordu nəzarətdən çıxır
11:15, Bu gün
Azərbaycan Gürcüstandan tərəvəz tədarükünə çəkdiyi xərci 42 % artırıb
11:06, Bu gün
Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dinlə bağlı çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"
11:02, Bu gün
Nazirlik yol kənarında qanunsuz tikintinin qarşısını alıb - FOTO/VİDEO
11:00, Bu gün
BSU-da Zərifə Əliyevanın anadan olmasının 101-ci ilinə həsr olunmuş tədbir keçirilib - FOTO
10:58, Bu gün
İctimai TV-yə yeni direktor müavini təyin edilib
10:49, Bu gün
Salyanda avtomobil oğurlayan şəxsin digər cinayət əməllərinin üstü də açılıb
10:45, Bu gün
Sabunçuda qaçırılan 16 yaşlı qızın atası DANIŞDI: “Hər ikisinin təhsili yoxdur” - VİDEO
10:43, Bu gün
Həftəsonu hansı bürclərin bəxti gətirəcək?
10:40, Bu gün
Bin Laden ailəsinin Floridadakı malikanəsinin taleyi məlum oldu
10:38, Bu gün
Bakıda ötən gün 296 kəsici-deşici alət aşkar olunaraq götürülüb
10:33, Bu gün
"Ölkəmiz bu mötəbər tədbirə yüksək səviyyədə hazırlıq işlərini həyata keçirir"
10:31, Bu gün
FIFA prezidenti "Qarabağ"ı təbrik edib
10:25, Bu gün
Bakıda ailə ilə şam yeməyi 200 manata başa gəlir: Qiymətlər niyə yüksəkdir? - FOTO
10:19, Bu gün
Azərbaycan neftinin qiyməti 90 dolları keçib
10:12, Bu gün
Bakıda 19 yaşlı sürücü qəzada xəsarət alıb
10:10, Bu gün
Xankəndidə silah və sursatlar aşkarlanıb
10:08, Bu gün
Gecə saatlarında Moskvanın mərkəzinə texnika yeridildi...-FOTO
10:01, Bu gün
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
10:00, Bu gün
Azərbaycanda qəribə kənd adları: Mırtı, Potu, Soğanverdilər və s... - VİDEO
09:58, Bu gün
SON DƏQİQƏ! Ordumuzun bölmələri ehtiyat və təyinat rayonlarına çıxarıldı
09:43, Bu gün
Putinin andiçmə mərasiminə Ukraynadan sürpriz olacaqmı?
09:42, Bu gün
“Azərbaycan Rusiyanın qonşuluğunda NATO üzvü Türkiyə ilə faktiki hərbi müttəfiq olsa da...”
09:38, Bu gün
Naxçıvanda yeni hökumət - tanınmış naxçıvanlılar nə deyir?
09:36, Bu gün
Həftəsonu Avropada baş tutacaq ən maraqlı qarşılaşmalar - AFİŞA
09:08, Bu gün
Rüsumu artırmaqla boşanmaların sayını azaltmaq mümkündürmü? - rəy
09:05, Bu gün
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək İNANILMAZ SƏRVƏT...
08:59, Bu gün
Alla Puqaçovanın qəsri xarici agentlər üçün həbsxana olacaq? - FOTO
08:56, Bu gün
İsmayıllı meşələrində bitən pəl bitkisi: Həm faydalıdır, həm də ucuz - VİDEO
08:47, Bu gün
“Qaraca qız” filmində Tutu rolunu iki ayrı uşaq oynayıb- “Ən çox qonorarı mən aldım”- FOTO+ÖZƏL
08:43, Bu gün
Çernobıl qəzasının ildönümündə məşhur oyunun yeni treyleri yayımlandı - VİDEO
08:35, Bu gün
Norveç “Leopard”lara xidmət üçün Ukraynaya 13 milyon dollar ödəyib
08:33, Bu gün
Kanada PUA istehsalı üçün Ukraynaya 2,1 milyon dollar ayıracaq
08:23, Bu gün
Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər ölüb
08:21, Bu gün
Zərdabda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb
08:20, Bu gün
ABŞ noyabrdan indiyədək Yəməndə 3 “MQ-9 Reaper” pilotsuz təyyarəsini itirib
08:17, Bu gün
“Liverpul” “Feyenord”a 13-15 milyon avro təzminat ödəyəcək
08:15, Bu gün
Blinken ölkələr arasında artan gərginlik fonunda İsrailə səfər edəcək
08:04, Bu gün
ABŞ-də benzin və propan daşıyan qatar relsdən çıxaraq yanıb
08:00, Bu gün
Üzünüzə küncüt çəkin və effektini görün
07:58, Bu gün
Sosial şəbəkələrdə səs yazısı yayılan narkotacir ələ keçdi - VİDEO
07:54, Bu gün
10 yaş gəncləşdirən QİDALAR
07:53, Bu gün
Mingəçevirdə qorxulu hadisə: Bıçaqla camaatın üstünə cuman şəxs kimdir? - VİDEO
07:51, Bu gün
Avropa Komissiyasının rəhbəri COP29-a dəvət edilib
07:47, Bu gün
Şuşaya gəlib separatçılara dəstək verən Rusiya milyarderinin ailəsi dağıldı...
07:44, Bu gün
“Liverpul” “Feyenord”a 13-15 milyon avro təzminat ödəyəcək
07:22, Bu gün
Bakıda avtomobilin vurduğu 23 yaşlı piyada ağır xəsarət alıb
07:19, Bu gün
Real Madrid” Mbappeyə Olimpiadada iştirak etməyi qadağan etdi
07:16, Bu gün
Eynəyi cızıqlardan xilas edən təbii üsul - FOTO
07:08, Bu gün
Qarabağdan çıxarılan “sülhməramlı”lar döyüşmək üçün Avdeyevkaya aparılır?..
07:01, Bu gün
DƏHŞƏT: Bir ailə toyda yanaraq öldü
06:01, Bu gün
Ermənistanda 20 hərbçi Qazaxın kəndlərinin qaytarılmasına etiraz edənlərə qoşuldu?-VİDEO
00:51, Bu gün
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR + YENİLƏNİB/VİDEO
00:47, Bu gün
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
00:46, Bu gün
Elnarə Abdullayeva dörd saatlıq toy üçün 14 min manat alıb? - AÇIQLAMA
00:07, Bu gün
Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edib
00:06, Bu gün
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT
26 Apr 2024 | 23:56
Kişi, yoxsa qadın həkimlər daha yaxşıdır? - Tədqiqat
26 Apr 2024 | 23:38
Bayden həyat yoldaşı və qızının ölümündən sonra intihar barədə düşündüyünü deyib
26 Apr 2024 | 23:04
Avtosfer.az saytının 10 yaşı tamam oldu
26 Apr 2024 | 22:55
Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir - VİDEO
26 Apr 2024 | 22:48
Azərbaycanda kişi qadını gecə klubundan evə gətirib öldürdü - VİDEO
26 Apr 2024 | 22:40
Qəribə yerişi ilə məşhurlaşan vəkil: "Əxlaqsız təkliflər alıram"(VİDEO)
26 Apr 2024 | 22:38
May ayının əvvəlində Qəzza sahillərində süni ada peyda olacaq
26 Apr 2024 | 22:32
Çoxtonnajlı maşınlar Xəzərin qumunu niyə daşıyırlar? - RƏSMİ AÇIQLAMA
26 Apr 2024 | 22:29
Ermənistanda aksiyalar davam edir - VİDEO
26 Apr 2024 | 21:47
Bakcell ilə innovasiya və həyəcan dolu bir dövr başladı!
26 Apr 2024 | 21:44
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
26 Apr 2024 | 21:42
Bakı Marafonuna 15 mindən çox iştirakçı qoşulub
26 Apr 2024 | 21:36
Türkiyənin BMT-dəki yeni daimi nümayəndəsi vəzifəsinin icrasına başlayıb
26 Apr 2024 | 21:30
Özəl liseylərin qiyməti niyə durmadan artır? - 10 mindən -50 minə qədər...
26 Apr 2024 | 21:20
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olundu
GÜNLÜK
26 Apr 2024 | 14:28
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 17:32
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 14:54
Ermənistanın VOMA terror təşkilatı aktivləşib: Yaş, cins, məzhəb fərq etmir
26 Apr 2024 | 16:55
Gündəm olan qadınla bağlı qorxunc açıqlama: “Onu zorla...”
26 Apr 2024 | 19:40
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26 Apr 2024 | 13:26
“Gəldim ki, uşaqları xəstəxanaya aparıblar- tez ora qaçdım... Cərrahın da adı Andranik idi...”
26 Apr 2024 | 14:27
“Onlar reytinq haqqında düşünür, səbəb olduqları intiharlar haqqında yox”
26 Apr 2024 | 18:53
Bu il hər addımda şanslı olacaq BÜRCLƏR
26 Apr 2024 | 18:57
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
26 Apr 2024 | 14:23
"Biz qalib gələcəyik, başqa alternativimiz yoxdur" - Zelenski
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
26 Apr 2024 | 14:28
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 17:32
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 14:54
Ermənistanın VOMA terror təşkilatı aktivləşib: Yaş, cins, məzhəb fərq etmir
26 Apr 2024 | 16:55
Gündəm olan qadınla bağlı qorxunc açıqlama: “Onu zorla...”
26 Apr 2024 | 19:40
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26 Apr 2024 | 13:26
“Gəldim ki, uşaqları xəstəxanaya aparıblar- tez ora qaçdım... Cərrahın da adı Andranik idi...”
26 Apr 2024 | 14:27
“Onlar reytinq haqqında düşünür, səbəb olduqları intiharlar haqqında yox”
26 Apr 2024 | 18:53
Bu il hər addımda şanslı olacaq BÜRCLƏR
26 Apr 2024 | 18:57
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
26 Apr 2024 | 14:23
"Biz qalib gələcəyik, başqa alternativimiz yoxdur" - Zelenski