Müsavat Partiyası Divanının üzvü, sabiq mllət vəkili İkram İsrafil Moderator.az-a açıqlamasında Müsavatın hər hansı yeni birlik formatı haqqında düşünmədiyini qeyd edib. İ.İsrafilin bildirdiyinə görə, belə bir birlik yalnız gələcəkdə formalaşa bilər: “Hazırda hər hansı bir birliyin yaranmasını zəruri hesab eləmirəm. Düşünmürəm ki, indiki etabda hər hansı bir koalisiya yaradılmalıdır. Müsavat Partiyasının gündəliyində də belə bir məsələ yoxdur. Müsavat Partiyası Milli Şuradan hansı səbəblə ayrıldığını öz bəyanatında izah edib və bu qurumda təmsil olunan üzvlərinə də Milli Şurada təmsilçiliyin məqsədəuyğun olmadığını bildirib. Şübhəsiz ki, gələcəkdə Müsavat Partiyası ilə həmrəy olan qüvvələr, siyasi partiyalar, QHT-lər, ziyalılar Müsavatla əməkdaşlığı davam etdirəcək. Bu əməkdaşlığın hansı formatda olacağı isə birgə müzakirələrdən sonra müəyyənləşə bilər”.
Seymur Əliyev