Allahın evi dövlət başçılarının evinə çevrilib...!
Oxunub: 2078
29 Sep 2015 | 22:36
Allahın evi dövlət başçılarının evinə çevrilib...!
PAPA AÄž EVDƏ VƏ PUTİN MƏSCİDDƏ   

Ötən həftənin mühüm beynəlxalq hadisəsini əsas informasiya nəhəngləri olan CNN və BBC televiziyaları müəyyənləşdirdi. 4 gün ərzində dünyanın hər tərəfinə yayımlanan xəbərlərdə katolik aləminin misilsiz gücü nümayiş olunurdu. 

  Hər gün qaynar nöqtələri bəşəriyyətin vahid evinə daşıyan kütləvi məlumat mərkəzləri birdən-birə hamını katolik messialarının və dini liturgiyalarının iştirakçısına çevirmişdilər. Soyuq müharibənin yekununda üz-üzə gələn Qorbaçovla 2-ci İohan Pavelin görüşünün yol açdığı epoxal dəyişiklərə bərabər siqnallar şərhçilərin dilindən düşmürdü. Avropa və Amerikanın siyasi fikir laboratoriyaları Roma Papası 1-ci Fransiskin ABŞ-a və Kubaya səfərinə gələcək dünya nizamını təmin edən mühüm tarixi hadisə kimi yanaşırdılar.   

Onsuz da kilsələrə təkcə Allaha ibadət yeri deyil, həm də xalqları itaətə gətirən məbədlər kimi baxdığımızdan “müqəddəs ata”nin min kilometrlərlə məsafə qət edərək, fərqli cografiyaları və bir-birinə zidd siyasi rejimləri bir araya gətirməsində qeyri-adilik axtaran yox idi. Axı sayı milyarddan artıq insana rəhbərlik edən dini mərkəz əsrlər boyu kralların taxt-tacının etibarlığının əsas zəmanətçisi olub. Məgər, Napoleon ordusu kütlələrin “azadlıq” şüarları altında Romaya daxil olarkən işğal etdikləri ərazilərdə kardinallarla müqavilə bağlamaqdan vazmı keçdilər? Əsla yox. Böyük fransız sərkərdəsi təkcə at belində fateh olmağı deyil, həm də bağlı qəsrləri və qalaları ələ keçirmək üçün rahibləri və yepiskopları özünün ordusuna qatmışdı. Parisdə restavrasiya olunan kilsələr də buna xidmət edirdi. Lakin Napoleon Papa 7-ci Piyin əlindəki tacı əsil korsika dağlısı kimi kobudluqla alıb başına qoyanda düşünməliydi ki, onun taxtının dayaqlarını sarsıdan ilk növbədə kilsələr, dini ehramlar olacaq.   

Sui-qəsdlərlə dolu olan siyasi tarixin istənilən döngəsində dini hücrələri dövlət sarayları ilə birləşdirən yeraltı yolları heç kəs dağıtmaqda maraqlı olmayıb. Çünki hökmdarlar hər zaman Tanrıya və onların yerdəki elçilərinə pənah gətirməkdən başqa çarə tapmayıblar. Lenin kimi tarixi qanunuyğunluqların əksinə gedənlər isə çox yaşamayıblar, vücudlarında gizlətdikləri allahsızlığın bədələni çox ağır ödəyiblər. 

  Roma Papası cəmi bir il öncə əzəli düşmənləri barışdırdığı Kubanı ziyarət edərkən o ölkənin kommunist keçmişinə və indisinə yağdırdığı lənətləri unutmağa məcbur idi. Sovetlər Bilriyinin Amerikaya açılan pəncərəsini o zamanlar kim söymürdü ki? Lakin indi 11 milyonluq xalq ötən əsrin 60-cı illərindən məruz qaldığı blokada və diplomatik təcridetmədən çıxdığına görə məhz Vatikana borcludur. Doğrudur, hələ ilk addımlar atılır və barış missiyasını irəlilətmək üçün hələ çox işlər görülməlidir. Uzun onillər qarşılıqlı düşmənçilik çox dərin izlər qoyub. İndinin özündə də yaşlı kastroçular Amerikanın kəskin dəyişməsində bir hiylə və məkr görürlər. Lakin onlar Papanın dünyəvi missiyası qarşısına çıxmaqda acizdilər. Çünki xalq kasıbdır, SSRİ adlı nəhəng imperiya xəritədə yoxdur, əfsanəvi inqilabçı isə uzun illərdi canı ilə əlləşir.   Yeri gəlmişkən, Fransisk Kubanın Azadlıq meydanında çıxışı zamanı kütlələrin qəlbini oxşayan daha bir incə məqama əl atır. O deyir: ”Mən indi Çe Geveranın simasını görürəm”.  

 Məşhur Çeni təkcə kastroçuların deyil, bütün latın amerikalarıların ilahiləşdirdiyini heç şübhəsiz hamı bilir. Lakin Vatikan dövlətinin başçılığına qədər elə həmin Argetinadan - yezuitlərin ordenini alaraq dünya katoliklərinin liderliyinə doğru gözlənilməz sıçrayış edən 1-ci Fransisk bunu başqalarından daha yaxşı anlayır. Çünki özü bir vaxtlar komandantelərin kütlə inqilabına başçılıq etdiyi torpaqlardandır. Ona görə də Papanı tez-tez solçu, yaxud kommunist baxışlarının daşıyıcısı olmaqda qınayırlar. Halbuki müqəddəslərin partiyalılığı, sinfi və milli mənsubiyyəti olmur.  


 Yəqin Ağ Evi heç vaxt belə görməmişdiniz.   Fransa inqilabının gətirdiyi hakimiyyət bölgüsü ənənələri orada tamamilə itərək, dinin dövlətdən ayrı olduğu barəsindəki balladalar bir andaca yox olmuşdu. Dünyanın fərqli hakimiyyət başçılarını qəbul edərkən öz bəyazlığını qoruyub saxlayan bu əzəmətli siyasi mərkəz bir günlük də olsa, öz libasını dəyişmişdi. Vaşinqton - bütün Amerika demək olmasa da, on minlərlə insan müqəddəs dini lideri alqışlamaq üçün meydanlara çıxıb və əlahəzrətə əllərini toxundurmaq üçün kiçik maneələri aşmağa can atırdılar.

 Papanın şərəfinə düzülmüş hərbi dəstələrin haradan gətirdliyini isə soruşmağa heç kəsin ixtiyarı yoxdur. Çünki tribunaya qalxarkən Beynəlxalq Trubunalın deyil, məhz dünyanı idarə edən mərkəzlərindən birinin başçısı olan 1-ci Fransisk ağ əbası altında qoruyub saxladığı dövlət və din təəssübünü bir an belə kənara qoymur. Axı son illər kilsənin ətrafında baş verən qalmaqallar elə Avropanın özündə nə qədər tərəfdar itkisinə səbəb olub. Elə isə Yaxın Şərqə göndərilməli olan, bəlkə İraqdan və Əfqanıstandan çıxarılıb gətirlimiş kiçik Amerika ordusunun cəmi bir taboru orkestrin müşayiəti ilə pontifikin qarşısından keçərkən Papa çöhrəsindəki təbəssümü əskiltmir və dünyanın dörd bir yanına mesaj göndərir ki, o, Amerikanı mühakimə etməyə deyil, onunla müttəfiq olmağa gəlib.  

 Vatikan bankının pulları dövlətlərin sərəncamında olan sərvətlərdən daha çoxdur və dünyanın vahid hakimiyyətini qurmağa iddialı olanları öz nüfuz dairələrini genişləndirməkdən başqa heç nə düşündürmür.   

Axı iqtisadi böhranın tüğyan etdiyi və yüz minlərlə insanın həyatını itirdiyi bir dönəm kimiləri üçün fəlakət anı başqalarına hökmranlıq fürsəti deməkdir. Roma kilsəsinin avtoriteti həm də ondadır ki, dünyaya jandarm kimi diqtə edən siyasi paytaxtlardan fərqli olaraq yoxsullar, kimsəsizlər və xəstələr - “qızıl milyard”ın kənarında qalan bütün binəvalar Papanın messialarını ilahi göndəriş, dirilik və hüzur üçün peyğımbər çağırışları kimi qəbul edirlər. Belə şəraitdə savaşan xalqlar arasında sülh təşəbbüsündə bulunmaq, ali məhkəmə rolunu öz üzərinə götürmək, hamını barışa səsləmək və humanist hərəkətlərdə bulunmaq əsil xeyirxahlıq nümunəsi deyil, bəs nədir?  

 Əhalisinin böyük əksəriyyəti - üçdə ikisini protestantlar təşkil edən Amerikanın katolik aləminə hər zaman mənfi münasibəti fonunda sonuncu papalar bu qarşılıqlı inamsızlığı aradan qaldıra biliblər. Təkcə 80 milyondan artıq insanın deyil, həm də Asiya və Afrika qitəsinin katoliklərinin səcdə etdiyi bir mərkəzin dini liderinə Amerikanın bütün siyasi hakimiyyət qollarında yüksək ehtiram göstərilir. Çünki 80 milyondan artıq katolikin dövlət orqanlarında təmsilçiliyi də kifayət qədər yuxarı həddədir. Ali Məhkəmənin 9 hakimindən 6-sı, Konqres üzvlərinin 31 faizi, indiki prezidentlik marafonuna çıxanlardan isə 6 nəfərinin və 44 prezident içərisində yalnız Con Kennedinin adı bir ölkənin tarixində xüsusi yerə iddia edənlərin lideri üçün bütün taxt-taclara yuxarıdan aşağıya baxmağa mənəvi haqq verir. Demokratik bir ölkənin gücü də bundadır - orada seçilmiş varlı qanunvericilərin qarşısında Fransisk əsil Monteskyö kimi senatorlara hüquq dərsi keçir, onları təmsil etdikləri xalqı unutmamağa çağırır, vəzifənin daimi olmadığı haqda öyüd-nəsihətindən də qalmır. Halbuki Kapitoliyə can atarkən o, Obama ilə görüşündə apardığı müzakirələr haqqında heç bir məlumat vermir və kardinallar - onu müşaiyət edən peşəkar komissarlar bunu şəxsi söhbət kimi qələmə verirlər.   

Malta adasında Sovet rəhbərini də beləcə məxfi danışıqlara tutub bir imperiyanın sonuna fərman vermişdilər.   Buna görə də protestant və katolik olmasından asılı olmayaraq, xristian dünyası vahidliyini qoruyub saxlaya bilir. Ən azı yeni siyasi düzən Vatikanın versiyasına görə ona yaxın olan elitaların hökmranlğına xələl gətirməməlidir. Əsil yezuit yanaşmasıdır -“məqsəd vasitəyə haqq qazandırır”.   Dünya hər hansı bir siyasi lderin deyil. Vatikan başçısının BMT kürsüsündən sülh və ədalət çağırışına daha çox tapınır və Papanı alqışlayır. Axı müharibələrin qırıb əldən saldığı xalqların başqa alternativi yoxdur!   Lakin Fransiskin cəmi bir il öncə Romaya dəvət edib böyük “yeddilər”in sanksiyalara məruz qoyduğu Rusiya lideri həmin əks qütbü formalaşdırmağa çalışır. Xatirinizdə olar, onda Putini öz rezidensiyasında yüksək qonaq kimi salamlayan Vatikan rəhbəri Ukraynadan ona dikilən gözlərə və işğalçıya cəza çağırışlarına məhəl qoymadan böyük bir ölkəni Avropadan ayırmağa “yox” deməyə çalışmışdı. Baxmayaraq, pavoslav bir ölkədə - Rusiyada katoliklər bir neçə yüz mindir, əhalinin heç bir faizini də təşkil etmir, lakin ortada təsir dairəsi uğrunda savaş getdiyi bir vaxtda Vatikan dünyası sadəcə Brüsseldən gələn direktivlərlə işləyə bilməzdi.   BRİKS ”“ bu, Yer kürəsindəki quru ərazilərin 25 faizi deməkdir, dünya əhalisinin 40 faizi, xammal və mineral ehtiyatlar, meşə və su mənbələrinə söykənən nəhəng bir cazibə mərkəzini heç kəs bir qırağa ata bilməz.

 Üstəlik, Rusiya liderinin müsəlman aləminə doğru uzanan əllləri, bağladığı böyük müttəfiqlik sazişləri, hərbi yardımlar da Papanın Putinə sülh carçısı olduğunu təsbit edən və onu “mələk” statusunda rəsmiləşdirən ordenlə müküfatlandırmağa vadar etmişdi. Razılaşın ki, bütün Qərb mediasının amansız hücumları qarşısında bu rus liderinə göstərilmiş böyük iltifat idi.   Dünənsə Obama uzun müddətli sanksiyalardan sonra Rusiya prezidenti ilə bir masa arxasında badə qaldırırdı.   Kremlin bir addımlığında Ərdoğanın və Mahmud Abbasın iştirakı ilə 10 min adamın eyni vaxtda dini rutuallarını yerinə yetirəcək bir məscid açan ölkədə kimsə müsəlmanların sıxışdırıldığından necə danışa bilər? Onların qabağına dərhal Qərbin “kafir”lərlə apardığı mübarizədə həyatını itirən milyonlarla cəsəd və xarabazarlığa çevrilən torpaqlar qoyulacaq. Ruslar uğurla dini müharibəyə oynamağı bacarır və islamçıların himayəçisi rolunda çıxış edirlər. 3-cü Vizantiya statusuna iddia edən, Papa ilə Yaxın Şərqin xristianlarının xilası haqqında düşünən bir şəxs çox ustalıqla Ukrayna münaqişəsindən sıyrılıb Suriyaya qoşun göndərir, Tartusda Əsədə son sığınacaq adı ilə böyük bir coğrafiyada Qərblə savaş cəbhəsi açır, İŞİD-in boş yerindən yaranmadığını anqlosaksların üznünə çırpır, onları mühakiməyə qalxır. Başqa liderlərdən kim belə cəsarətli hərəkət edə bilir? Baxın, rus millətçilyinin arqumenti bundan ibarətdir.  

 Halbuki bunu Ərdoğan etməliydi. Türkiyə lideri isə hökumətsiz qaldığı səbəbilə İranla heç bir uzlaşma tapmadan və bütün Avropa paytaxtları ilə siyasi ixtilafda olduğu üçün Moskvaya gəlməyə məcbur idi.   Putin çeçen liderinə bir ölkə miqyasında hüdudsuz ixtiyar verib, onu siyasi vəziri yerinə qaldırıb və Kadırovun siyasi ierarxiyadakı mərtəbəsinə qısqanan daxili və xarici düşmənlərinə və Papanın keçmiş sovet satelliti ilə birləşdiyi Amerikanın qarşısına O, siyasi rejim formasından asılı olmayaraq hamilik etdiyi islam dünyası ilə çıxır.   Axı müsəlmanların vahid lideri yoxdur və onlar başqa dini rəhbərləri Birləşmiş Millətlər Təşkilatında salamlamağa məcburdular. Səud kralını mühakimə edən və Məkkə ayaqlanmasında həyatını itirənlərə görə məhkəmə tələb edən İran lideri Yaxın Şərqin yanan ocağını söndürmək üçün ABŞ-la əvvəlki düşmənçiliyi deyil, son barış dilini danışır. Halbuki, Məkkəni Təbrizə köçürmək mümkün deyil və kral ailəsi mühakimə olunsa da, İranın hazırki siyasəti onu müsəlmanların dini-mədəni və mənəvi məbədinə çevirməyəcək. 

  Putinin BMT tribunasından bir daha islam dünyasının və dininin böyüklüyündən danışması kütləvi köçkün axınına məruz qalmış Avropadan və Amerikanın əleyhinə olan beynəlxalq şəraitdən bəhrələməsi deməkdir. Kremldə Papanın şərəfinə ordu kimi düzülməyən rus elitası azan səsindən rahatsız olmadığını dünyaya göstərə bilir. Axı 26 milyonluq islam etiqadlısı bu gün Yaxın Şərqdəki kimi qırılıb soyqırıma uğramır.  

 Hər halda müsəlmanların Fransisk kimi qəbul olunan başçısı yoxdur. Ona görə, Roma Papası Ağ Evdə, Putin məsciddə dünyanın taleyini həll edirlər.   Allahın evi dövlət başçılarının evinə çevrilib!
Oxşar xəbərlər
21:13, Bu gün
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
21:06, Bu gün
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
20:54, Bu gün
Mingəçevirdə kütləvi dava olub, xəsarət alanlar var
20:33, Bu gün
Füzulidən qalxan təyyarə: Hərbi, siyasi və iqtisadi zəfərin təntənəsi!
20:31, Bu gün
Vaşinqtonda Azərbaycan və Türkiyə səfirləri görüşüblər
20:26, Bu gün
Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
20:25, Bu gün
"Həyat yoldaşım bilmir ki, toydan nə qədər qazanıram"
20:22, Bu gün
Namiq Hacıheydərli vəfat etdi – SON DƏQİQƏ / FOTO
20:15, Bu gün
Cəlilabadda minik avtomobili yanıb
19:59, Bu gün
Eynəyi cızıqlardan xilas edən TƏBİİ ÜSUL – FOTO
19:56, Bu gün
Əhalinin DİQQƏTİNƏ! Bu məhsulun qiyməti kəskin UCUZLAŞDI
19:53, Bu gün
Gürcüstan əhalisi azalır
19:52, Bu gün
Ukrayna ABŞ tanklarını rus dronlarına “yem etmək” istəmədi və bu addımı atdı...
19:47, Bu gün
İmişli-Biləsuvar yolundakı qəzada xəsarət alanların sayı artıb - YENİLƏNİB
19:39, Bu gün
Arıqlamaq istəyənlər üçün alma sirkəsinin FAYDASI
19:37, Bu gün
Kür çayında suyun səviyyəsi azalıb
19:35, Bu gün
Qəzza zolağında dağıntıların təmizlənməsi neçə il çəkəcək?
19:29, Bu gün
Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur İŞDƏN QOVULDU
19:28, Bu gün
Zəngəzurda İrana məxsus avtobus qəzaya uğrayıb, ölənlər və yaralananlar var
19:19, Bu gün
Ən nəzakətsiz bürclər – Astroloqlar açıqladı
19:18, Bu gün
Rəqqasə Fatiməni məhkəməyə verdilər
19:10, Bu gün
Bakı metrosunda ölüm hadisəsi olub
19:09, Bu gün
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
19:03, Bu gün
Tbilisidə bu ilin ilk rübündə daşınmaz əmlakın qiyməti artıb
18:56, Bu gün
Abşeronda içki məclisindən sonra tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
18:47, Bu gün
Yataraq arıqlaya bilərsiniz! - NECƏ?
18:45, Bu gün
Abşeronda içki məclisindən sonra tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
18:42, Bu gün
Prezidentin Almaniya səfəri Qərbin Azərbaycana münasibətində nəyi dəyişəcək?
18:31, Bu gün
Miri Yusifin arvadının səs yazısı yayıldı - AUDİO
18:27, Bu gün
Biləsuvarda ərzaq mağazasının anbarı yanıb
18:24, Bu gün
Yuxuda danışırsınızsa, DİQQƏTLİ OLUN
18:21, Bu gün
Milli Müdafiə Universitetində Pakistanın hərbi təhsil üzrə nümayəndələri ilə görüş keçirilib
18:17, Bu gün
Dağlıq ərazidə köməksiz qalan qadın xilas edildi - FOTO/VİDEO
18:09, Bu gün
Niyə toy üzüyü sağ ələ taxılır? - MARAQLI SƏBƏB
18:05, Bu gün
Fransaya Şolts KARTI - Makronu sıradan çıxartmaq üçün Bakıdan DƏQİQ ATIŞ
18:02, Bu gün
Gürcüstan parlamentinin sədri “Xarici agentlər” haqqında qanuna görə ABŞ senatorlarına sərt cavab verib
17:59, Bu gün
Rusiyada gənc qız başqasının yük maşınına minərək onu insanların üstünə sürdü
17:55, Bu gün
Orenburqda daşqınlardan zərərçəkmiş yüzlərlə ev söküləcək - VİDEO
17:51, Bu gün
İdmançımız Avropa çempionatında finala yüksəldi
17:47, Bu gün
ABŞ səfirliyi: Şuşada baş verən hadisə bizi kədərləndirdi - VİDEO
17:44, Bu gün
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan keçirilir
17:40, Bu gün
"Barselona" iki futbolçusu ilə bağlı qərar verib
17:34, Bu gün
Tanınmaz hala düşən aktrisa: "Ölümün gəlməyini gözləyirdim" - FOTO
17:28, Bu gün
İrəvan aksiyalarında Koçaryan izi - ŞƏRH + FOTO
17:23, Bu gün
Hərbçilərimiz Türkiyədə beynəlxalq təlimdə iştirak edir
17:18, Bu gün
Tələbələrlə görüşən Aygün Kazımovanın qeyri-adi geyim tərzi - VİDEO
17:16, Bu gün
"Doğrudanmı Paşinyan 6 ildir Putinin dediyi ilə oturub-durur?..” –Partiya sədri cavablandırır
17:13, Bu gün
“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryerə cinayət işi açıldı - FOTO/VİDEO
17:08, Bu gün
Azərbaycanda müəllim vəfat etdi - FOTO
17:03, Bu gün
“Xoşqədəmin, Zaurun verilişi 10 saat olmalıdır ki, camaatın başı qarışsın”
16:58, Bu gün
Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib - FOTO
16:53, Bu gün
Bakıda ilanların sayı artıb? - AÇIQLAMA + FOTO/VİDEO
16:48, Bu gün
TƏBİB rəhbəri: "Sosial səhiyyə sahəsində ən böyük nailiyyət icbari tibbi sığortanın tətbiqidir" - VİDEO
16:45, Bu gün
14 yaşlı qızını 100 minə satan ailə canlı efirdə həbs edildi - VİDEO
16:40, Bu gün
Azyaşlı gəlin ənənəsi niyə sonlanmır? – Həbs cəzası da təsirli deyilsə...
16:36, Bu gün
Avropa çempionatı: Azərbaycanın 2 cüdoçusu yarımfinala yüksəlib
16:31, Bu gün
“Crocus” terror aktı ilə bağlı saxlanılan 12-ci şəxslə bağlı qərar verildi - FOTO/VİDEO
16:25, Bu gün
Səfir: "Ruanda soyqırımı bir Fransa əməliyyatı idi"
16:20, Bu gün
İki güc hərəkətə keçdi: Hədəf Cənubi Qafqazdır - Şərtlər dəyişdi
16:16, Bu gün
Dövlət Neft Fondu dünyanın iki nəhəng şirkətinin səhmlərini aldı
16:10, Bu gün
Bədii gimnastlarımız beynəlxalq turnirdə 5 medal qazandı - FOTO
16:05, Bu gün
“Şeytan çarxı” fəaliyyətini dayandırıb? - RƏSMİ AÇIQLAMA + FOTO
15:59, Bu gün
Yaponiyada 6,9 bal gücündə zəlzələ - ANBAAN VİDEO
15:55, Bu gün
Xankəndidəki yeni royal heç vaxt kökdən düşməyəcək - VİDEO
15:50, Bu gün
Bakıda qızıl mağazasından oğurluq edən şəxs ƏLƏ KEÇDİ - FOTO/VİDEO
15:47, Bu gün
Bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ: Sabah saat 11:00-dan...
15:43, Bu gün
Bakıda oğurluq edənlər polisdən və müşahidə kameralarından qaça bilmədilər - FOTO/VİDEO
15:38, Bu gün
"Mövsümün sonunda Türkiyə klubundakı taleyimə aydınlıq gələcək" - Şahruddin Məhəmmədəliyev
15:33, Bu gün
“Dəniz Komando Təməl kursu”nun növbəti buraxılış mərasimi keçirildi - FOTO/VİDEO
15:28, Bu gün
Qəzzada ölənlərin sayı açıqlandı
15:24, Bu gün
Özəlləşdirilməsi qadağan edilən dövlət əmlakının siyahısına dəyişiklik edildi
15:19, Bu gün
Azərbaycanla “ACWA Power" arasında yeni investisiya müqaviləsi təsdiqləndi
15:15, Bu gün
“Toplum TV” işi üzrə daha bir nəfər şahid qismində istintaqa dəvət edilib
15:11, Bu gün
Azərbaycanda hakim intihar etdi
15:07, Bu gün
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM
15:02, Bu gün
Naxçıvanda şagirdlər Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışıblar - FOTO
14:57, Bu gün
Qarabağ və Şərqli Zəngəzurda da əməyin mühafizəsi ilə bağlı təlimlər keçirilir
14:52, Bu gün
İlham Əliyev bir qrup sahibkarı təltif etdi - SİYAHI
14:48, Bu gün
Türkiyəli seysmoloq İstanbulda güclü zəlzələ ilə bağlı qorxulu proqnoz verdi
14:43, Bu gün
Qızlardan ibarət taekvondo millimiz Prezident Kubokunda mübarizə aparacaq
14:38, Bu gün
Qərbin Mərkəzi Asiya planı və ya yeni regional birlik ideyası - TƏHLİL + FOTO
14:33, Bu gün
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışıb - FOTO
14:28, Bu gün
Azərbaycanlı rejissorun filmi Kann festivalında
14:23, Bu gün
Beynəlxalq Muğam Mərkəzində "Big Band" caz orkestrinin konserti təşkil ediləcək
14:18, Bu gün
Tarix Muzeyinin yeni ekspozisiyasında Vətən müharibəsi fondunun 150-dən çox eksponatı təqdim olunub
14:15, Bu gün
Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - YENİLƏNİB
14:13, Bu gün
Bakının 7 kilometrliyində evlər kütləvi satışa çıxarıldı - Ucuz qiymətə...
14:11, Bu gün
Peskov: “Bakı və İrəvan arasında təmasların davam etdirilməsinin tərəfdarıyıq”
14:06, Bu gün
Ceyranbatan su kanalında batan yeniyetmənin meyiti tapıldı
13:59, Bu gün
Rusiyada hərbi aerodroma dron hücumu olub - VİDEO
13:54, Bu gün
Belçika Ukraynaya F-16 qırıcıları tədarük edə bilər
13:48, Bu gün
İran XİN: “MCS Aries” gəmisinin ekipajı sərbəst buraxılacaq
13:42, Bu gün
Brejnevin intriqalarına tab gətirməyən komitə sədri – o, vəzifəsindən könüllü istefa verib  
13:37, Bu gün
Məhəmməd Əmin Rəsulzadə 27 Aprel işğalı haqqında - Nəsiman Yaqublunun təqdimatında
13:32, Bu gün
Arvadı ilə ayrılmasına səbəb olan şəxsi hər kəsin gözü qarşısında güllələdi: Konyada dəhşət - VİDEO
13:28, Bu gün
Qayana, Surinam və Ekvador liderləri COP29-a dəvət olundu - FOTO
13:23, Bu gün
“Zərifə Əliyeva” gəmi-bərəsi ilə indiyə qədər 332 səfər həyata keçirilib - VİDEO
13:18, Bu gün
Reuters: Sonuncu sülhməramlı Qarabağı nə zaman tərk edəcək?
13:14, Bu gün
Onlayn oyunlara qoşulanların kart hesabından 30 min manat oğurlayan şəxs saxlanıldı
13:09, Bu gün
Azərbaycanda makler və övladları bıçaqlandılar
GÜNLÜK
26 Apr 2024 | 21:30
Özəl liseylərin qiyməti niyə durmadan artır? - 10 mindən -50 minə qədər...
26 Apr 2024 | 22:48
Azərbaycanda kişi qadını gecə klubundan evə gətirib öldürdü - VİDEO
26 Apr 2024 | 22:40
Qəribə yerişi ilə məşhurlaşan vəkil: "Əxlaqsız təkliflər alıram"(VİDEO)
09:43, Bu gün
Putinin andiçmə mərasiminə Ukraynadan sürpriz olacaqmı?
00:46, Bu gün
Elnarə Abdullayeva dörd saatlıq toy üçün 14 min manat alıb? - AÇIQLAMA
26 Apr 2024 | 22:55
Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir - VİDEO
00:47, Bu gün
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
26 Apr 2024 | 23:56
Kişi, yoxsa qadın həkimlər daha yaxşıdır? - Tədqiqat
26 Apr 2024 | 22:38
May ayının əvvəlində Qəzza sahillərində süni ada peyda olacaq
00:51, Bu gün
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR + YENİLƏNİB/VİDEO
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
26 Apr 2024 | 21:30
Özəl liseylərin qiyməti niyə durmadan artır? - 10 mindən -50 minə qədər...
26 Apr 2024 | 22:48
Azərbaycanda kişi qadını gecə klubundan evə gətirib öldürdü - VİDEO
26 Apr 2024 | 22:40
Qəribə yerişi ilə məşhurlaşan vəkil: "Əxlaqsız təkliflər alıram"(VİDEO)
09:43, Bu gün
Putinin andiçmə mərasiminə Ukraynadan sürpriz olacaqmı?
00:46, Bu gün
Elnarə Abdullayeva dörd saatlıq toy üçün 14 min manat alıb? - AÇIQLAMA
26 Apr 2024 | 22:55
Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir - VİDEO
00:47, Bu gün
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
26 Apr 2024 | 23:56
Kişi, yoxsa qadın həkimlər daha yaxşıdır? - Tədqiqat
26 Apr 2024 | 22:38
May ayının əvvəlində Qəzza sahillərində süni ada peyda olacaq
00:51, Bu gün
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR + YENİLƏNİB/VİDEO