Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki hərbi eskalasiyanı müzakirə edib - FOTO
Siyasət
1522
07 Mar 2026 | 17:35

Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki hərbi eskalasiyanı müzakirə edib - FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İstanbulda Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər nazirləri şurasının qeyri-rəsmi iclası çərçivəsində özbəkistanlı həmkarı Baxtiyor Saidov ilə görüşüb.

Moderator.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlər Azərbaycan–Özbəkistan strateji tərəfdaşlığı, siyasi, iqtisadi və regional əlaqələndirmə sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivlərini, həmçinin TDT çərçivəsində koordinasiyanı müzakirə ediblər.

Eyni zamanda, Yaxın Şərqdə davam edən hərbi eskalasiya ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər