Bakıda bəzi işıqforlar işləmir – FOTO
1476
16 Apr 2025 | 10:33

Bakıda bəzi işıqforlar işləmir – FOTO

Hazırda Bakı şəhərində mövcud olan yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar bəzi küçə və prospektlərdə həm elektrik enerjisinin olmaması, həm də texniki səbəblərdən işıqforların işində problemlər yaranır.
 
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
 
Qurumun İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov bildirib ki, Mərkəzin əməkdaşları gücləndirilmiş iş rejimində problemin qısa müddət ərzində həll edilməsi üçün çalışırlar:
 
“Sürücülərdən işıqforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur. Yollardakı vəziyyətlə bağlı operativ məlumatlandırma təmin ediləcək”.
 
 
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər