Bakıda avtobus piyadanı vuraraq öldürüb
Hadisə
1447
10 Sep 2024 | 11:04

Bakıda avtobus piyadanı vuraraq öldürüb

Bakı şəhər Sabunçu rayonu Bakıxanov qəsəbəsi Sakit Qocayev küçəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
Dünən saat 22:20-də 1962-ci il təvəllüdlü Akif Ələkbərli 46 saylı marşrut xətti üzrə idarə etdiyi "Daewoo" markalı avtobusla yolu keçən piyadanı vurub. Nəticədə 1971-ci il təvəllüdlü Elmidar Kazım oğlu Xudiyev aldığı ağır xəsarətlərdən vəfat edib.
 
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər