“Fransa Afrikanı itirib, Sakit okean adalarını da itirəcək”.
Bunu Moderator.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev bildirib. Ekspert qeyd edib ki, rəsmi Paris bütün səylərinə baxmayaraq, Sakit okeanda Fransa əsarətindəki ada-dövlətlər üzərində nəzarəti qoruyub saxlaya bilməyəcək:
“Fransa bütün imkanlarındna istifadə edərək Sakit okean adalarındakı bir sıra xalq və dövlətləri yenə də öz əsarətində saxlamağa, onların sərvətlərini istismar etməyə çalışır. Makron rejimi həmin xalqları demokratik dünyanın dəstəyindən məhrum etmək üçün digər dövlətlərin baş verənlərlə bağlı mövqe ortaya qoymasının qarşısını almağa çalışır. Nə qədər qəribə də olsa, Paris dünya dövlətlərindən tələb edir ki, onlar Fransanın azsaylı xalqların başına gətirdiyi müsibətləri görməmək üçün özlərini korluğa qoysunlar.
Ancaq Fransa bilməlidir ki, artıq onun Sakit okean adalarındakı ağalığının sonu çatıb. Istismar edilən xalqlar oyanıblar. Fransa gec-tez bu adaları da itirəcək və həmin xalqların azadlıq istəyi ilə barışmalı olacaq”.
Seymur ƏLİYEV