Qəzzadakı döyüşdə yaralanan İsrail əsgəri dörd ay sonra dünyasını dəyişib
Hərb
1468
06 Oct 2024 | 19:52

Qəzzadakı döyüşdə yaralanan İsrail əsgəri dörd ay sonra dünyasını dəyişib

Qəzzadakı döyüşdə yaralanan İsrail əsgəri dörd ay sonra dünyasını dəyişib.
 
Moderator.az xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.
 
Ordunun məlumatına görə, 8-ci briqadada xidmət edən ehtiyatda olan 28 yaşlı serjant Nir Hadad iyunun 15-də Qəzza zolağının şimalında gedən döyüş zamanı ağır yaralanıb.
 
İsrail Ordusu, həmçinin oktyabrın 6-da Qəzza zolağının şimalında baş verən toqquşmalarda daha üç əsgərin ağır yaralandığını bildirib. Onların hamısı xəstəxanaya yerləşdirilib. (report.az)
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Link kopyalandı!
Son xəbərlər