“Bu heykəlin anatomik quruluşu düz deyil, bilinmir ki, ayaq hardan çıxır
3089
02 Oct 2024 | 13:02

“Bu heykəlin anatomik quruluşu düz deyil, bilinmir ki, ayaq hardan çıxır" -Heykəltəraş AŞIQ ƏLƏSGƏRİN heykəlini tənqid etdi - FOTO + ÖZƏL

Xəbər verildiyi kimi, sentyabrın 30-da Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışı baş tutub. Abidənin açılışından sonra sosial mediada paylaşılan heykəlin fotoları tənqidlərə yol açıb.
 
Paylaşımlarda hazırlanmış abidədə Aşıq Ələsgərin obrazının daha balacaboy təəssüratı yaratdığı, eyni zamanda onun sazı sinəsində yox, havada tutması tərzi qınanılıb. Adının çəkilməyini istəməyən heykəltəraş Moderator.az-la Aşıq Ələsgərin heykəli ilə bağlı fikirlərini bölüşüb.
 

 
“Birincisi bu heykəl rahat pastanovkada dayanmayıb. Bunu hamı bilir. Burada musiqinin hansı hissəsindən söhbət gedir? Yəqin ki, kuliminasiya və yaxud da gərgin hissəsidir də. Bu duruşda heykəltəraş aşığın sazın anasını ağlatmağını ifadə edib də, düzdür? İnsan bu cür dinamik duruşda, bu cür gərgin yerdə necə üzdə quru ifadə bildirə bilər? Üz donuq bir ifadədədir. Heykəlin ümumi quruluşu ilə üz ifadəsi üst-üstə gəlmir. Bu heykəldə mənim ən çox xoşuma gələn əllərdir. Əllər çox gözəl işlənib. Heykəlin ümumi bütöv plastikasına baxanda əllərin gözəl quruluşu, barmaqların incəliyi həqiqətən də seçilir, gözə çarpır. Amma əldə olan professionallıq heykəlin başqa heç bir yerində yoxdur. Qayanın üstünə qoyduğu ayaq hardan çıxır bilinmir. Ayaq çanaqdan başlayır. Bu heykəldə sinədən aşağı nə çanaq bilinir, nə qarın, nə də ayağın çıxdığı hissə. Ayağın hansı nahiyədən çıxdığı bilinmir. Ayaq elə bil ki, heykəlin böyrəyindən çıxıb. Paltar bədənin üstündə oturur. Paltar bədənin üstündə oturanda nə baş verir? Paltarın qırışlarına görə bədən oxunur. Bu heykəldə yalnız aşağıda olan mənasız qırışlardır. Ümumi olaraq sinədən aşağı bədənin ümumiyyətlə forması, fiqurası bilinmir. Heykəlin anatomik quruluşu düz deyil. Bizim xalq yaxşını pisdən ayıra bilir. Amma onlar problemi görə bilmirlər. Deyirlər ki, pisdir. Pis nədir? Problemin olduğunu hiss ediblər, amma harada olduğunu bilmirlər. Bu heykəl ümumiyyətlə düzgün heykəl deyil”, - deyə heykəltəraş deyib.
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Link kopyalandı!
Son xəbərlər