Donetsk vilayətində Rusiyanın gözəgörünməz
1886
06 Oct 2024 | 13:54

Donetsk vilayətində Rusiyanın gözəgörünməz "Oxotnik" PUA-sı məhv edilib

"Bu, Rusiya Hərbi-Hava Qüvvələri üçün rüsvayçı itkidir..." 
 
Rusiyalılar gözəgörünməz "Oxotnik"  PUA-sını Ukrayna Silahlı Qüvvələrinin əlinə  keçməməsi üçün özləri vura bilərdi.
 
Moderator.az xəbər verir ki, bu barədə "Forbes" nəşri yazıb.
 
Məlumatda deyilir ki, oktyabrın 5-də Ukraynanın Donetsk vilayətinin Konstantinovka məntəqəsində Rusiyanın yeni "Oxotnik" stels-PUA-sı ("stealth" ingiliscə "gözəgörünməz" deməkdir-red.) vurulub. 
 
Nəşrin analitiki Devid Aks yazır ki, Rusiyanın cəmi bir neçə belə dronları var, onlardan biri və ya hər halda onun qalıqları Ukraynanın əlindədir.
 
"Onlar bu dronu son vintciyinədək öyrənib və əlbəttə ki, daxilində bütün olanlarla tanış olacaq", - Rusiyanın "Fighterbomber" "Telegram-kanal"ı şikayətlənib.
 
Aks qeyd edir ki, dronun düşməsi səbəbi hələlik aydın deyil. PUA-nın vurulması videosunda hərbi təyyarənin "Oxotnik"ə raket buraxdığı, nəticədə onun yerə düşdüyü əks edilib. Bu zaman "Oxotnik"in Ukrayna qırıcısı ilə və ya rusiyalıların özlərinin  vurması variantlarını istisna etmək olmaz.
 
"Əgər "Oxotnik" nasaz olubsa, rusiyalılar onun Ukrayna ərazisinə praktiki olaraq zədələnməmiş vəziyyətdə düşməsindənsə, özləri tərəfindən vurulmasına üstünlük verə bilərdi".
 
Bu zaman, böyük ehtimalla, "Oxotnik" güclü radiimaneələrlə üzləşib, çünki bu dron, görünür, tam avtonom deyil və yerdə operatorlarla davamlı əlaqədən asılıdır, Aks yazıb.
 
"Bu, Rusiyanın köhnəlmiş və artıq yüzdən çox döyüş təyyarəsini, o cümlədən "Su-57" stels-qırıcısını Ukraynanın topları, raketləri və dronlarının zərbələri nəticəsində itirmiş Hərbi-Hava Qüvvələri üçün biabırçı itkidir", - o, vurğulayıb.
 
O, qeyd edir ki, "Oxotnik" nəzəri cəhətdən düşmənin müdafiəsindən keçərək döyüş sursatları çatdıra bilərdi. Bu PUA Çinin "Tian Ying" dronu və ABŞ HHQ-nin "Lockheed Martin RQ-170 kəşfiyyat PUA-sı sinfindəndir.
 
Bu zaman "Oxotnik"in sonucda Rusiya HHQ-nin silahlanmasına daxil olacağı ehtimalı böyükdür, lakin Rusiyanın kifayət qədər "Oxotnik" dronunu istehsal etdiyi və ya cəbhəni bu dronlarla təchiz edilməsi üçün kifayət qədər sınaqlar keçirdiyi hələlik aydın deyil.
 
"Ola bilsin ki, bu PUA hələ də işlənib hazırlanma mərhələsindədir. Rusiya HHQ-nin çox vaxt sınaq təyyarələrini gerçək şəraitdə döyüş əməliyyatları zonalarına göndərməsinə rəğmən, döyüş sınaqları zamanı nadir və bahalı təyyarənin itirilməsi böyük uğursuzluqdur", - analitik hesab edir.
 
Rusiyanın "Oxotnik" stels-PUA-sının vurulması
 
Oktyabrın 5-də ukraynalı hərbçilər Donetsk vilayətində düşmən hədəfini vurub. Sonradan Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Müqavimət Mərkəzinin rəhbəri Andrey Kovalenko məlumat verib ki, Rusiyanın yeni C-70 "Oxotnik" dronu vurula bilərdi.
 
Bu zaman "Defence Express" nəşrinin eksperti İvan Kiriçevski qeyd edib ki, nəzəri cəhərdən bu dron Rusiyanın Su-34 təyyarəsinin bir növ əvəzi ola bilərdi.
 
O, həmçinin vurğulayıb ki, rusiyalılar açıq-aşkar istənilən uçuş aparatları ilə cəbhə xəttinə yaxınlaşmaq imkanı əldə edib və istənilən vasitələrlə hücum əməliyyatlarını davam etdirmək üçün havada üstünlüyünü qoruyub saxlamağa cəhd göstərəcək.
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Link kopyalandı!
Son xəbərlər