Xaricdə Autizm Müalicəsi - Real Nəticələr və Pasiyent Hekayələri
Sağlamlıq
6744
17 Jan 2024 | 08:35

Xaricdə Autizm Müalicəsi - Real Nəticələr və Pasiyent Hekayələri

Autizm erkən uşaqlıq dövründə ən çox rast gəlinən pozğunluqlardan biridir. Bir çoxları autizmi xəstəlik olaraq düşünsə də, autizm xəstəlik deyil, bir sindromdur. Autizm sindromundan əziyyət çəkən uşaqlar ilk 3 yaşdan etibarən ətraf mühitlə təbii əlaqə qura bilmirlər. Öz valideynləri ilə göz təmasından qaçınmaq, nitq qabiliyyətində axsamaların müşahidə olunması, ətraf mühitlə əlaqəyə girə bilməmək və təkrarlayan davranışlar autizmin ən çox görülən simptomlarıdır.
 
Autizmin dəqiq olaraq niyə meydana gəldiyi tam olaraq bilinməsə də, bu sindromun irsi, yəni ailədən keçdiyi düşünülür. Təəssüf ki, indiki dövrdə autizmin 100% müalicəsindən söz edə bilmirik. Lakin bu, autizmdən əziyyət çəkən uşağınızın müalicəsi üçün bir əngəl deyil.
 
Kök hüceyrələr nədir və autizm müalicəsində necə rol oynayırlar?
 
Son illərdə autizmin müalicəsi üçün klinikalar kök hüceyrələrdən effektiv şəkildə faydalanırlar. Kök hüceyrələr insan bədəninə yeridilən hüceyrələrdir ki, həmin hüceyrələr insan bədəninə daxil olduqdan sonra autizmə səbəb olan anormal kök hüceyrələrlə yer dəyişirlər. Kök hüceyrələr insan bədəninə yeridildikdən sonra müxtəlif növ hüceyrə tiplərinə çevrilərək bədəndəki müxtəlif toxuma və orqanları bərpa etmək üçün fəaliyyətə başlayır. Kök hüceyrələrlə bağlı ən maraqlı olan fakt isə bu hüceyrələrin sonsuz sayıda bölünmə qabiliyyətinə malik olmasıdır.
 
Autizm müalicəsində uşağın bədəninə yeridilən kök hüceyrələr ilk 6 ay ərzində bədəndə autizmə səbəb olan bir çox anormal hüceyrənin yerini alır və autizm simptomlarında 30-40% azalmaya səbəb olur.
 
Autizm müalicə edilə bilərmi?
 
Bəli, autizm effektiv şəkildə müalicə edilə bilər. Autizm müalicəsi üzrə ixtisaslaşmış klinikalarda autizmin müalicəsi 95 -dən 98% -ə qədər uğur nisbəti ilə nəticələr əldə etmək mümkündür. Bununla belə, qeyd etmək vacibdir ki, autizmli fərdlərdə autizmin bütün xüsusiyyətlərini tamamilə aradan qaldırmaq mümkün olmaya bilər. Uşaqlarda autizmin müalicəsində əhəmiyyətli irəliləyiş əldə etmək ehtimalı yüksək olsa da, böyüklərə gəldikdə müvəffəqiyyət nisbəti daha aşağıdır.
 
Bu müalicənin fəsadları və riskləri var?
 
Bu müalicənin fəsadları və riskləri yoxdur. Biz sadəcə dünyadaki müxtəlif təhlükəsizlik və sağlamlıq qürumları tərəfindən akreditə olunan klinika və mərkəzlərlə işləyirik. Bu mərkəzlər yeni anadan olan uşaqların göbək kordonundan əldə olunan kök hüceyrələri xüsusi metod ilə saxlayırlar və müalicə üçün lazım olduqda isə istifadə edirlər. Bu kök hüceyrələr bədənə yeridildikdən sonra heç bir fəsad və ya risk törətmir. Bunun səbəbi isə, istifadə olunan kök hüceyrələrin təhlükəsiz və steril şəkildə saxlanılması və müalicə prosedurunun ən professional şəkildə həyata keçirilməsidir.
 
Niyə bu müalicə üçün Gürcüstan və Niderlandı tövsiyyə edirik?
 
A-Medical tibbi turizm şirkəti olaraq 7 ildən çoxdur ki, pasiyentlərimizin xaricdə müalicəsini təmin edirik. Biz yalnız qatı keyfiyyət və təhlükəsizlik tələblərimizi qarşılayan klinikalar ilə rəsmi əməkdaşlıq edərək işləyirik. Pasiyentlərimiz bizim tövsiyyə etdiyimiz klinika və həkimlərə bu səbəbdən güvənirlər.
 
Biz autizm müalicəsi üçün Gürcüstanda “Mardaleishvili Medical Centre”, Niderlandda isə “CBC Health” klinikalarını tövsiyyə edirik. Hər iki klinika da əldə etdikləri uğurlar, əvvəlki pasiyentlərin rəyləri, təhlükəsizlikləri və həkimlərin keyfiyyəti səbəbilə seçilib.
 
Əgər siz də Gürcüstan və ya Niderlandda autizm müalicəsi ilə maraqlanırsınızsa və ağlınızda olan suallara cavab tapmaq istəyirsinizsə, bizimlə Whatsapp vasitəsilə əlaqəyə keçin. Biz sizin üçün bu klinikaların həkimləri ilə ödənişsiz onlayn konsultasiya imkanı yaradacağıq və siz bu sayədə öz suallarınıza cavab tapa biləcəksiniz.
 
Yaxın zamanda hər iki klinikaya da pasiyentlərimizi göndərmişik. Pasiyentlərimizin valideynləri gördükləri xidmətdən və uşaqlarına göstərilən müalicənin keyfiyyətindən olduqca razı qalıblar. Əldə etdikləri nəticələr haqqında isə biz heç nə demək istəmirik. Sizinlə real nəticələri pasiyentlərimizin valideynlərinin öz sözləri ilə bölüşmək istəyirik.
 
Gürcüstanda autizm müalicəsini həyata keçirdiyimiz 8 yaşlı Hüseyinin hekayəsi
 
 
Gürcüstanın Mardaleişvili klinikasında autizm üçün kök hüceyrə müalicəsini həyata keçirdiyimiz Hüseyinin anasının sözləri:
 
"Oğlumuz Hüseynin 8 yaşı var. Bakıda yaşayırıq. 2022-ci ilin iyul ayında Gürcüstanın Mardaleişvili klinikasında Hüseynin autizmini müalicə etmək üçün öz kök hüceyrələrinin transplantasiyası həyata keçirilib. Müalicədən dərhal sonra Hüseyin autizm simptomlarının azaldığını müşahidə edib. İlk nəticələr müalicədən 2 həftə sonra görüldü. Hüseynin hiperaktivliyində azalma gördük. Müalicədən sonra Hüseyin daha çalışqan və diqqətli olub. Dərsdə 1 saat 15 dəqiqə heç bir narahatlıq və təşviş hiss etmədən otura bilir. O eyni zamanda psixoloq və loqoped yanına gedir. Müalicədən sonra Hüseyinin şifahi nitq və anlama qabiliyyəti artıb. İctimai yerlərdə narahatlıq hiss etməməyə başlayıb. Əvvəllər ictimai yerlərdə çox narahat olsa da, indi özbaşına rahat şəkildə növbədə dayana bilir və valideyinləri tərk etmir. Əvvəl isə ictimai yerlərdə həmişə bizdən uzağa qaçırdı. Müalicə Hüseyinin şifahi nitq və başa düşmə qabiliyyətini 40% artırıb. Müalicədən sonra Hüseyin daha yaxşı yuxu yatır və stereotipik hərəkətlərində azalma meydana gəlib. Düşünürük ki, müalicə oğlumuzun vəziyyətini 30-40% sağaldıb. 
 
2023-cü ilin Oktyabr ayında Hüseyin yenidən eyni klinikada kök hüceyrə müalicəsi alıb. Klinikanın həkimlərinə minnətdarlığımızı bildirir və bundan sonra da oğlumuzun vəziyyətində daha yaxşı irəliləyiş görməyi ümid edirik.
 
Hüseyinin anası Mədinə."
 
Övladının sağlamlığı və gələcəyi üçün müəyyənedici rol oynayan bu həyat hekayəsini bizimlə paylaşdığı və bizi seçdiyi üçün Hüseyinin anası Mədinəyə A-Medical olaraq öz təşəkkürlərimizi bildiririk.
 
İngiltərədən pasiyentimiz Carter-in Niderlandda autizm müalicəsi hekayəsi
 
Sizinlə bölüşmək istədiyimiz bir digər uğur hekayəmizin baş aktyoru isə İngiltərə vətəndaşı olan Carterdir. Carterin valideynləri bizə autizm müalicəsi üçün müraciət etdikləri zaman biz onların ehtiyaclarına ən uyğun klinika olan Niderlandın Eindhoven şəhərində yerləşən “CBC Health” klinikası olduğunu bildirdik. Qısa zaman içində onlar bizim vasitəçiliyimiz ilə Niderlanda yollandılar və Carter burada bir neçə gün içərisində autizm müalicəsini tamamladı.
 
Niderlandın ”CBC Health” klinikasında autizm üçün kök hüceyrə müalicəsini həyata keçirdiyimiz Carterin valideynlərinin rəyləri:
 
“Müalicədən sonra Karter bizimlə daha çox söz danışır. Danışıq qabiliyyəti gündən günə yaxşılaşır. Carterin daha çox sözdən istifadə edərək daha mürəkkəb cümlələr qurmaq istədiyini hiss edə bilirik.
 
“Keçən dəfə atası Carterə naharda tost təklif etdi. Carter isə cavab olaraq “bundan xoşum gəlmir dedi”. Atası ilə olan dialoquna şahid ola bilməsəm də, atası mənə Carterin səlis və başa düşülən cümlələr qurduğunu dedi.”
 
“Dünən gecə Carter ürək, üçbucaq və kvadrat formalı oyuncaqların hamısını doğru müəyyən edə bildi. ”
 
Bu uğur hekayəsində bizim də rol oynamağımıza fürsət yaradan və bu hekayənin qəhramanı olan Carterin valideynlərinə bizi seçdikləri üçün təşəkkür edirik.
 
Xaricdə autizm müalicəsinin qiyməti nə qədərdir?
 
Xaircdə autizm müalicəsinin qiyməti dəyişkəndir. ABŞ, İngiltərə, Kanada və Avropa ölkələrindəki klinikalara baxdığımız zaman qiymətlərin olduqca yüksək olduğunu görə bilərik. Biz A-Medical olaraq pasiyentlərimizə kök hüceyrə ilə autizm müalicəsinin daha sərfəli, daha keyfiyyətli və təhlükəsiz olduğu ölkələri, klinikaları və həkimləri tövsiyyə edirik.
 
Gürcüstanın “Mardaleishvili Medical Centre” klinikasında autizm müalicəsinin qiyməti $14,900 təşkil edir. Bu qiymətə ümumi prosedur, həkim görüşləri, klinikaya transfer və viza dəstəyi daxildir. Autizm müalicəsi üçün Gürcüstanda yalnız 4-5 gün qonaqlamaq kifayətdir. Ümumi prosedur yalnız 1 sessiyadan ibarətdir və nəticələr ilk gündən görülməyə başlayır.
 
Niderlandın Eindhoven şəhərində yerləşən “CBC Health” klinikasında autizm müalicəsinin qiyməti isə €18,000-dur. Bu qiymətə ümumi prosedur, həkim görüşləri və klinikaya transfer daxildir. Niderlandda autizm müalicəsi Gürcüstanda olduğu kimi tək sessiyadan ibarətdir və ümumi qalış müddəti 3 gündür.
 
Əgər Gürcüstan və ya Niderlandda autizm müalicəsi haqqında daha çox məlumat almaq istəyirsinizsə, bizimlə Whatsapp vasitəsilə əlaqəyə keçə bilərsiniz. Biz sizə ağlınızdakı sualları birbaşa olaraq bu klinikaların nümayəndələrinə və həkimlərinə yönləndirə bilməyiniz üçün onlayn konsultasiya təşkil edirik.
 
A-Medical vasitəçiliyi ilə xaricdə autizm müalicəsi
 
Əgər xaricdə autizm müalicəsi ilə maraqlanırsınızsa, ən yaxşı ölkəni və klinikanı tapmaq üçün vaxt itirməyin. A-Medical sizi dünyada autizm müalicəsi üzrə ən yaxşı klinika və həkimlərlə bir araya gətirir. Müxtəlif təhlükəsizlik, keyfiyyət və qiymət meyarlarımıza cavab verən klinikalarda A-Medical vasitəçiliyi ilə autizm müalicəsi daha sərfəli və daha rahatdır.
 
A-Medical niyə xaricdə autizm müalicəsi üçün ən yaxşı tibbi turizm şirkətidir?
 
  • Biz sizin mövcud vəziyyətinizlə bağlı ən yaxşı müalicəni təklif edən klinikanı tapırıq
  • Sizin üçün ən yüksək müvəffəqiyyət dərəcəsi olan həkimi tapırıq
  • Biz klinikalarla əlaqə saxlayırıq və bütün müsahibələri edirik
  • Lazımi sənədlərin tərcümə olunaraq klinikaya göndərilməsini təmin edirik
  • Səyahət planınızı xüsusi olaraq hazırlayırıq
  • Viza dəstəyi təklif edirik
  • Klinikaya pulsuz transfer və tərcüməçi dəstəyi təqdim edirik
  • Yerində endirimlərdən yararlanmağınıza kömək edirik
Müalicələriniz və cərrahiyyə əməliyyatlarınız üçün xaricdəki ölkələri seçməyin bir çox üstünlüyü var, lakin A-Medical tibbi turizm şirkətinə üstünlük vermək, xaricdə autizm müalicəsi hekayənizin unudulmaz bir xatirəyə çevrilməsinə imkan yaradır. Müalicəniz üçün A-Medical tibbi turizm şirkətini seçdiyiniz zaman siz bir sıra eksklüziv kampaniyalardan yararlanma fürsətini əldə edə bilərsiniz.
 
Mobil: (+994 10) 310 93 33
 
Whatsapp: +99410 310 93 33
 
 
Ünvan: Neftchiler Ave. 151, AZ 1010, Bakı, Azərbaycan
 
 
 
 
Link kopyalandı!
Son xəbərlər