Razi Nurullayevdən AXCP sədrinə növbəti ittihamlar...
Oxunub: 3274
04 Mar 2015 | 10:20
Razi Nurullayevdən AXCP sədrinə növbəti ittihamlar...
Yeniliklə Köhnəliyin Zehniyyəti - Acı və Şirin xatirələr - I yazı

Ətrafımızda baş verən nəinki ictimai-siyasi hadisələrə, sosial, iqtisadi və mədəni sahələr üzrə də müxalifətin aydın və oturuşmuş zehniyyətinin olması zəruri şərtdir. Əfsus ki, bunu hələ iddia etmək mümkün deyil. görmək mümkün olmur. Klassik siyasətin olmadığı bir durumda qarışıq bir zehniyyətlə nəticə əldə olunması real deyil. Təkmil proqram, sağlam düşüncə və təşkilatdaxili demokratiya olmadan xalqı səmimi və ardıcıl mübarizə və gerçək nəticələrin gözlənildiyinə inandırmaq da real deyil. 

Son on beş ilin təhlilləri göstərir ki, müxalifətdaxili birləşmələr, koalisiyalar və digər birliklər heç zaman xalqın ümumi maraqları üzərində qurulmayıb. Müxalifətin ən uğurlu birləşmə modeli sayıla bilən və şəxsən iştirakçısı və təsisçilərindən biri olduğum İctimai Palata AXCP və Müsavat partiyalarının dartışmasının qurbanına çevrildi. Kimliyini müxtəlif adlar atlında  gizləməklə ekspert, müstəqil, vəkil və başqa peşələr adıyla  səs çoxluğu qazanmaq naminə  yaxın bildikləri hər kəsi ictimai mövqeyinə, statusuna rəğmən  oraya üzv etdilər. Yəni, hər bir üzv öhdəlik götürərək İP-ya daxil olurdu. Tərəf tutmaqdan imtina edən digər siyasi təşkilat və partiyalar isə İctimai Palatadan kənar saxlanıldı. İctimai Palata məhz bu öhdəliklərin qurbanı oldu və cəmiyyətin ideal mübarizə variant ola biləcək bir qurum siyasi iflasa uğradı. Əli Kərimli bu iflasdan sevindi. Nədən? Cəmiyyətin növbəti dəfə ölən inamına görə bir siyasi liderin sevinməsi nədən doğur görəsən? Siyasi korluqdanmı, alınan tapşırıqdanmı? Təəssüf ki, cəbhəçi dostlarımız hələ də bunun fərqində deyillər. fərqində deyillər ki, müxalifətdə olmaq nə sənət, nə peşə, nə də Allahın verdiyi doğal, konstitusiyadan irəli gələn siyasi hüquq deyil. Sadəcə siyasi liderin və ya partiyanın avtoritar rəhbərinin yanlış siyasətinin nəticəsidir.  
Bu gün də üzvü olduğum Milli Şura fərqli notlar üzərində yaradıldı. Amma, onun da fərqliliyin və müstəqilliyinin ağırlığı gündən-günə Əli Kərimli tərəfə əyilməkdədir. Əli Kərimlinin süzgəcindən  keçməyən adamlar Milli Şuranın  üzvü ola bilmir. Milli Şuranın hələ də cəlbedici qalmasının sirri hörmətli Cəmil Həsənlinin şəxsiyyəti, eyni zamanda Rüstəm İbrahimbəyov mifi  üzərində qalmaqdadır. Bundan əlavə, orada olan bəzi adamlara,  Vidadi Mirkamal, İbrahim İbrahimli,  Mehman Əliyev, Fuad Ağayev, Eldəniz Quliyev, Mehriban Vəzir, Qurban Məmmədov, Rövşən Əhmədli, Nurəddin Mustafayev, Rafiq Manaflı və digər az qisim kimi  müstəqil düşüncələrini bir partiyanın maraqlarına qurban verməyən  şəxslərə görədir. Şəxsən mən də onlari siyasi oyunlara qoşulmayan,  və səmimi bir abi-havanın yaradılmasını arzulayan şəxslər kimi görürəm. 

Köhnə müxalif fikirlə yeni müxalif fikrin savaşı

Yeniləşmə, təkmilləşmə və inkişaf müxalifətin uzun müddət qaldığı yerdən tərpənməsi üçün vacib amildir. Keçmişdə, kolxoz sədrləri “pul əl çirkidir” deyərək, kolxozçuları istismar edir və əvəzində cüzi maaş verirdilər. Bu, ümumiyyətlə Sovet İmperiyasının ideoloji xətti idi. İndi isə, kolxoz sədri vəzifəsini, yenilənməyi özlərinin kreslosuna təhdid kimi görən partiya sədrləri yerinə yetirir. AXCP sədri Əli Kərimli öndə gedir. Liberal Partiyasının sədri, çox hörmət bəslədiyim Lalə Şövkət Hacıyeva partiya sədri vəzifəsindən gedib. Amma, kim deyə bilər ki, o sədrlikdən gedəndən sonra nüfuzu aşağı düşüb? Əsla, zənnimcə bu addımına görə ona hörmət edənlərin sayı daha da artıb. 
2013 prezident seçkilərindən sonra ADP sədri Sərdar Cəlaloğlu özündə güc taparaq istefaya getməli olduğunu dilə gətirdi. Bu, ən azı 2-3 ay dartışıldı. Sonunda, sədr kimi qalsa da ən azından istefaya getmək mədəniyyətinin olduğunu ortaya qoydu.
Hörmətli İsa Qəmbər Müsavat Partiyasının başqanlığından getdi. Onun dönəmindən sonrakı baş verən hadisələrə münasibətim birmənalı olmadığından bu barədə hələ ki, nəsə demək istəmirəm. Amma, İsa Qəmbər də bu nümunəni təqdir etdi  və könüllü olaraq rəhbərlikdən getdi. Amma, partiya sədrliyindən getmək onun nüfuzuna mənfi təsir etdimi? Zənnimcə, xeyr, əksinə ona ictimai və siyasi sferada nüfuz qazandırdı. Bu həm də, İsa Qəmbərin siyasətdən getmək anlamına da gəlmir. O yenə də həlledici məqamlarda sözünü deyir. Bu gözəl nümunələr nədən AXCP-də də formalaşmasın?
AXCP-nin və Əli Kərimlinin özəlliyi nədir ki, orada sədr dəyişikliyini dilinə gətirənlər partiyadan uzaqlaşdırılsın? Başqasından şəffaflıq, qanun və düzlük tələb edən birinin özünün niyə bu tələblərə uymaması çox sayda şübhəli suallar doğurur.
Bu təkcə Azərbaycanda belə deyil. Yaş fərqinə baxmadan elə Türkiyədə də belə nümunələr vardır. Əli Kərimliylə eyni zamanda siyasi səhnədə olan Türkiyənin Ana Vətən Partiyasını lideri Məsud Yılmaz hardadır? Bu gün Türkiyə parlamentində müstəqil millət vəkili kimi fəaliyyət göstərir. Amma hələ ötən əsrin 90-cı illərinin sonunda seçkini uduzub partiya mövqeyindən geri durdu. Yerini başqalarına verdi. Eləcə də Türkiyənin ilk qadın baş naziri Tansu Çillər. Seçkini uduzandan sonra yeni siyasi qüvvələrin meydana çıxmasına əngəl olmaqdan imtina etdi. 
İddia oluna bilər, bəs bizdə demokratik seçkilər keçirilmir ki, partiya sədri uduzduğunun fərqində olsun, yaxud siyasi səhvlərini müzakirəyə çıxarsın. Yaxşı, tutaq ki, belədir. Bəs müzakirəyə nə deyirsiniz? Məgər müzakirə də açmaq olmaz? Başqa bir nümunə. Ən cağdaş günlərdən daha bir nümunə burada yerinə düşür. Türkiyənin Cümhuriyyət Xalq Partiyasının son bələdiyyə seçkilərini və prezident seçkilərini uduzması partiya daxilində geniş müzakirələrə səbəb oldu. Partiyanın genel başkanı hörmətli Kamal Kılıçdaroğluna qarşı açıq tənqidi fikirlər səsləndirildi və partiyanın qurultayında alternativli seçki keçirildi. Amma partiya başkanı buna qısqanclıqla yanaşmadı, yaxud tərəfdarlarını səfərbər edib rəqibini partiyadan uzaqlaşdırmaq yolunu tutmadı. Əksinə demokratiya nümunəsi göstərdi və alternativli seçkidə qalib gəldi, rəqibi Məhərrəm İncənin əlini sıxdı. 
AXCP sədri isə nəinki partiyada yeni siyasətin oturuşması üçün şərait yaratmağa, yaxud geri çəkilib yerini başqalarına verməyə hazırdır, əksinə alternativlik qoxusunu hiss edən kimi rəqiblərinə meydan oxuyur, onları partiyadan uzaqlaşdırmaq yolunu seçir. Çünki rəqib olmaqdan və şəffaf müzakirələrdən çəkinir. 
İlham Əliyev, Konstitusiya və müxalifət 
Beynəlxalq təşkilatlar və demokratik düşüncəli insanlar  İlham Əliyev iqtidarının 2008-ci ildə  Konstitusiyada prezidentin seçilməsi ilə bağlı iki dəfəlik müddət müddəasını dəyişməsini narazılıqla qarşıladı. Əli Kərimli də bunu hakimiyyətin zəbt olunması  kimi dəyərləndirdi. Təbii ki, mən də bu dəyişikliklə bağlı tənqidi fikirlərimi zaman-zaman söyləmişəm. Amma, sual olunur ki, özü dəyişmək istəməyən bir müxalifətçinin opponentindən dəyişməyi tələb etməsi nə qədər məntiqlidir? Bu gün YAP-da sədr dəyişikliyi baş vermirsə, elə AXCP-də də bu baş vermir. Bəs o zaman biz xalqa hansı dəyişikliyi vəd edirik? AXCP YAP-dan fərqli hansı siyasətin çarçısıdır? Əli Kərimli AXCP-də özünün dəyişməzliyinə, əvəzolunmaz bir lider olduğuna hər kəsi inandırmağa çalışırsa, fərqli düşüncə sahiblərini sıxışdırırsa, xalqın inamını qazanmaq olarmı?  

Şəxsiyyətə pərəstiş

 Məmməd Əmin Rəsulzadənin şəxsiyyətinə böyük hörmətlə yanaşıram. Düşünürəm ki, o dünyanın ən böyük siyasi  şəxsiyyətlərindən biridir. “İnsanlara hürriyyət, millətlərə azadlıq” şüarını dünyaya gətirən bir şəxsiyyətə pərəstiş etmək yanlış sayıla bilməz. Əbülfəz Elçibəy də mübarizəsi, saflığı və ideyalara sadiqliyi ilə könüllərdə məhəbbət qazana bilib. Ona da pərəstiş etməyi yanlış saymıram. Heydər Əliyev də Azərbaycan tarixində özünə yer tutub. Ona da səmimi pərəstiş edənlər var. Buna da münasibətim normaldır. Düşüncəmə görə, hər hansı bir şəxsə nəticəyə görə pərəstiş etmək olar. Stalinə də pərəstiş etmək qüsurlu deyil. Leninin də pərəstişkarları var. Mao Tsedunun da pərəstiş edənləri başa düşüləndir. Bəs Əli Kərimli niyə öz şəxsiyyəti ətrafında pərəstiş yaratmağa meyllənir? Axı onun siyasi mübarizəsinin müsbət çalarları yoxdur. Nəticə də yoxdur. 25 ildir ki, tənqid etməkdən dolayı ortaya heç bir nəticə qoymayıb.
2013-cü ilin sonlarında,  bir neçə günlük səmimi və yeni bir müzakirəyə girişdik. Hesab etdik ki, AXCP sədri ümumxalq sevgisinə iddia edirsə, o daha müdrik davranmalı, özünü siyasi qüvvələrin və cəmiyyətin lideri kimi aparmalı, onların fikirlərinin ifadəçisi olmalı və  hərəkətlər etməlidir. Qərara gəldik ki, AXCP sədri Dədə Qorqud olsun. Bunu mən də, gizlətməyim ki, istəyirdim. Ən azından bu yolla, müxalifət daxili çəkişmələrdən və Müsavatla “müharibə”dən qurtulacaqdıq. Əli Kərimli iki gün belə Dədə Qorqud olmağa təhəmmül edə bilmədi. Çünki Dədə Qorqud olmaq səbr, dözüm, tolerantlıq, siyasi qisasçılıqdan imtina, siyasi qısqanclıqdan uzaqlaşmaq idi. Dədə Qorqud olmaq barışdırmaq, intriqadan uzaq olmaq demək idi. Siyasi Dədə Qorqudluq bu gün Azərbaycan siyasəti üçün çox önəmlidir. Cəmiyyəti ifrat qütbləşmədən, ən azı eyni düşüncəli insanları bir yerə toplamaq bacarığı idi. 
1998-ci ildə Əbülfəz Elçibəy bütün müxalifəti bir araya gətirmişdi. 90-cı ildən, Xalq Cəbhəsinin İdarə Heyətindən bəri bir-birini qəbul etməyən Etibar Məmmədov və İsa Qəmbər bir masa arxasında otura bilirdi. Lalə Şövkət, İlyas İsmayılov, Rəsul Quliyev mübarizə meydanında birgə addımlayırdı. Və biz Əli Kərimlini o müstəviyə gətirmək istəyirdik. Əli Kərimlini AXCP-nin siyasi varisi yox, həm də mənəvi varis etmək istəyirdik. Elçibəyin sözdə deyil, əməldə və siyasi uğurda əsl davamçısı etmək istəyirdik, onu bu statusda görmək istəyirdik. Amma o, bunu bacarmadı. Yenidən intriqalar, siyasi oyunlar və çəkişmələr. Özünün “siyasi rupor”unu öyrədib Müsavatın üzərinə göndərdi. O da ki, heç nədən iyrənmir. Özü də üzərinə beşini qoyub dedi. Müxalifət bir-birinə dəydi və əsas hədəfdən uzaqlaşdı. 
Bir şəkili balası var. Sahib Kərimli. O, da başladı, diş çöpü ilə qəbir qazmağa. Çünki, o da iddialı idi. Ona siyasi rupor rolu verilmədi. O, da başladı Müsavatla AXCP arasında  Dədə Qorqudluq etməyə. Çünki, partiyaya Dədə Qorqud lazım idi. Boşluq yarandı və buna Sahib Kərimli üstləndi. Onun da bu rolu sədrin səyi və fətvası ilə iflasa uğradı və az qala onun özünü də iflasa uğratmışdılar.

Tənqidə dözümsüzlük

Amma o nəinki Dədə Qorqud oldu, müxalifətin lideri oldu, cəmiyyətin aparıcı siyasi alternativinə çevrildi, əksinə adi bir etiraza, yaxud fikir ayrılığına dözə bilmədi. Siyasətdə olan adam hər zaman tənqid olunmalıdır. Elə bir demokratik düşüncəli ölkə və demokratik idarəçiliyi olan partiya tanımıram ki, orada tənqid olmasın. Türkiyədə, hətta bəyənmədiyimiz Rusiyada belə müxalifət partiyasında olanlar daxildə tənqidlərini dilə gətirə bilirlər. Heç kim toxunulmaz ehkam deyil. Rusiya kommunistləri belə Kommunist Partiyasının lideri Zyuqanovu çox sərt şəkildə tənqid edir və onu partiyada təkhakimiyyətlilik yaratmaqda günahlandırlar. Hətta, kommunistlər «КПРФ  vs Зюганов» adlı bir neçə seriydan ibarət tənqidi film də çəkiblər.  Bu gün eninə-uzununa, sağına-soluna iqtidarı və prezident İlham Əliyevi tənqid edirik. Tənqidimizə heç sərhəd də tanımırıq. Haqq-nahaq tənqid edirik. Biz niyə İlham Əliyevi  tənqid edəndə və bu tənqid ancaq sədrin arşını ilə düz gələndə qəhrəman, AXCP sədrinin özünü tənqid edəndə, yaxud onun fikrinə alternativ fikir deyəndə düşmənə çevrilirik? Əgər, o tənqdçilərinə bu qədər amansız yanaşırsa, hakimiyyətə gələrsə, belə çıxır ki, yeni həbsxanalar tikmək lazım gələcək?!
Daxili demokratiya
Demokratik cəmiyyət quruculuğu uğrunda mübarizə aparan siyasətçilər ilk növbədə öz ətraflarında demokratik abi-hava yaratmalıdırlar. Xalqın gözü tərəzidir. Amma, o tərəzi hələ də o demokratiyanı görə bilmir. AXCP-də daxili demokratiya yoxdur. AXCP funksionerləri belə iddia irəli sürürlər ki, ona görə ancaq sədr Əli Kərimlinin təklifləri keçir ki, o məntiqlidir, müdrikdir və inandırmağı bacarır. Həm də elə təkliflər verir ki, imtina etmək mümkün deyil. Çünki, o bir məktəbdir, məntiqi və nitqi Demosfen nitqindən güclüdür, sözü Siseron müdrikliyinə kölgə salır, sərkərdəlik qabiliyyəti Sezarı üstələyib, yazdığı yazılar Sofokl pərəstişkarlarını utandırır.  
Əgər biz müxalifət olaraq hər zaman “İlham Əliyev yaxşıdır, ətrafı pisdir” deyimini sərt tənqid ediriksə, onda əcaba nədən bütün cəbhəçilərin ən öndə gedənlərindən və ümumilikdə onların cəminin ağıl və məntiqindən sədrin məntiqinin üstün olduğunu tirajlayırıq? Ay dostlar, siz nədən Şimali Koreyanın “çuçe” ideoloji xəttinə doğru yuvarlanırsınız? Şimali Koreyalılar inanır ki, indiki lider Kim Yonq Unun atası Kim Çen In 3 yaşında ilk kitabını  və tələbə olanda 3 il ərzində 1500 kitab yazıb. O, ilk dəfə olaraq qolf oynamağa gedib və 15 qolf topuna eyni zamanda zərbə endirib və onların 15-ni də qolf deşiklərinə salıb. Yəqin ki, sizə də bu cür miflər uydurmaq lazım gələcək.
Mifologiya heç elm də deyil. Mifologiya ilə məşğul olanlar mifoloq adlanır. Bizəsə cəmiyyəti irəli aparmaq, demokratik dəyərlərin oturuşması üçün ağıllı, bilikli, miflərin əsiri olmayan ziyalılar, peşəkar məmurlar, savadlı gənclər lazımdır. 
Nədən Əli Kərimli zəkasına bu qədər bütcəsinə yanaşırsınız? Ona görə ki, o  25 ildir ki, sizi Musa peyğəmbər yəhudiləri 40 il səhrada Allah tərəfindən vəd edilən torpaqları vermək adı ilə gəzdirdiyi kimi, o da sizi xoş gələcək vədi ilə yanında gəzdirir? 40 ilin tamamınımı gözləyirsiniz? Amma, unutmayın ki, Musa peyğəmbər möcüzələr göstərmişdi və xalqı 40 il dolandırmaq üçün ilahidən güc alırdı. Siz isə yalanlardan və sabun köpüyünü şişirtməkdən güc alırsınız. Musa peyğəmbər yəhudi xalqının düşüncəsindən köləliyi silib atmaq üçün 40 il onu səhralarda gəzdirdi. Bəs sizin düşüncənizdəki köləliyi silib atmaq üçün nə qədər zaman lazımdır? Allahın əmrinə görə daha peyğəmbər gəlməyəcək. 

Marginallıq

Müxalifətin zəif tərəflərindən biri, onun öz orbiti ətrafında fırlanmasıdır. Düz 15 ildir ki, AXCP öz orbiti ətrafında fırlanır və hər tərəfə də dəmir pərdələr asılır. Bu pərdələrin o tərəfində kimin nə düşündüyü, nə fikirləşdiyi və nə istədiyi AXCP-yə  məlum deyil. Əli Kərimli onun siyasətini dəstəkləyən adamlarla görüşür. Bir sıra hallarda kənar müxalifətlə də Milli Şura çərçivəsində görüşə bilir. Hər kəs də bilir ki, Əli Kərimlinin müxalifətçilik süzgəci və meyarı nədir. Ona görə də Əli Kərimli ilə görüşən şəxs özünü onun istəyinə uyğun, onun  hava limanında necə aparmalıdırsa, o cür aparır. Belə təəssürat yaranır ki, hər kəs onu sevir. Bu isə yanlışdır. Reallıq başqadır. Bunu müşahidə edənlər bilir. Əslində isə, şəxsiyyətə pərəstiş yaratdığı kəslərdən dolayı az qisim insanın ona siyasi simpatiyası var. 
O, özü deyib özü eşidir, özü yazıb, özünə vurulur və yazdıqları Quran ayəsidir kimi, hər sətrinin, hər cümləsinin cəbhəçilər tərəfindən ictimailəşməsini istəyir. Cəbhəçilərin müəyyən qismi isə heç oxumadan candərdi Əli Kərimlinin adını nişanlayıb doğru və saxta profillərlə tirajlama siyasəti həyata keçirirlər. Elə buna görə də xalq ilə müxalifət arasında uçurum dərinləşib. Müxalifətin dediyini xalq eşitmir, xalqın səsini isə müxalifət eşitmir. Çünki, bütün yerüstü və yeraltı kommunikasiyalar sıradan çıxıb və ya çıxarılıb.
Özləri üçün bir dairə cızıb onun içində fırlanmaqla, böyük siyasi məqsədlərin reallaşacağını gözləmək yanlışdır. 

(Ardı var)

Redaksiyadan: Məqalə Razi Nurullayevin xahişi ilə müsavat.com-da dərc olunur.

Oxşar xəbərlər
18:55, Bu gün
Rusiyada itkin düşən uşağın meyiti öz evindəki paltaryuyan maşından tapıldı
18:49, Bu gün
Ermənistanda delimitasiyaya etiraz edən polkovnik saxlanılıb - YENİLƏNİB
18:44, Bu gün
Ermənistanın Aİ-dəki səfiri: Rusiyanın Qafqazdakı maraqlarını pozmaq intihardır
18:42, Bu gün
"Netanyahunu öldürmək, İsraili yox etmək lazımdır!.."
18:29, Bu gün
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
18:05, Bu gün
"Putin fevralın 16-da Navalnının qətlinə əmr verməyib" - "The Wall Street Journal"
17:50, Bu gün
Kreml Polşanın ərazisində nüvə silahı yerləşdirməyə hazır olmasına münasibət bildirib
17:49, Bu gün
Putinin sözçüsü: Zelenskinin legitimliyi tezliklə şübhə altına düşəcək
17:43, Bu gün
Azərbaycanda partlayış: 2 nəfər öldü - SON DƏQİQƏ
17:41, Bu gün
“Yuventus”un yeni baş məşqçisi bəlli oldu
16:50, Bu gün
Xalq artistinin əməliyyatdan sonra görmə qabiliyyəti tamamilə zəifləyib: Estetik cərrahı yenə məhkəməyə verdi
16:15, Bu gün
Bu dərman içkiyə və qumara həvəsi ÖLDÜRÜR
16:13, Bu gün
NÖVBƏTİ XƏBƏRDARLIQ! Aprelin 29-da...
16:09, Bu gün
Bu havalarda ilanlar aktivləşir - Ekspert
16:03, Bu gün
Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü tikiləcək
16:03, Bu gün
Bugünkü imtahanın cavablarını BURADAN yoxlaya bilərsiniz - LİNK
16:00, Bu gün
Gənc seçicilər Baydendən üz döndərə bilərlər
15:59, Bu gün
Biokimyaçı məşhur kremlərdən danışdı: Dəri xərçənginə səbəb olur
15:53, Bu gün
Vətənlə alver etmirik, sərt cavab veriləcək - Zaxarova
15:53, Bu gün
Tovuzda dərədə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edildi - VİDEO
15:49, Bu gün
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
15:43, Bu gün
Qarabağın yenidən qurulmasına bu qədər vəsait xərcləndi
15:38, Bu gün
Tələbə yataqxanalarının qiymətləri AÇIQLANDI: "1 nəfər üçün aylıq..."
15:31, Bu gün
"Kəpəz"in üç futbolçusu "Qəbələ" ilə oyunu buraxacaq
15:27, Bu gün
Putinin andiçmə mərasiminin yayım tarixi açıqlandı
15:21, Bu gün
Fatiməni məhkəməyə verdilər
15:16, Bu gün
Mətbəxdə etdiyimiz səhvlər bizi zəhərləyib öldürür
15:11, Bu gün
Magistraturaya II cəhd qəbul imtahanı keçirilib - YENİLƏNİB
15:04, Bu gün
Taciklərə Rusiyaya girişdə dəhşət yaşadılır, Rusiyanın Düşənbədəki səfiri XİN-ə dəvət edilib
15:03, Bu gün
Daha bir idmançımız Olimpiadaya vəsiqə qazandı
14:59, Bu gün
Zelenski nəyi gizlədir? - ŞOK İDDİA
14:53, Bu gün
İranın edam etmək istədiyi reperə görə etiraz aksiyaları keçirildi
14:49, Bu gün
Bu qidaları çox yeməyin  - Sızanaq yaradır
14:42, Bu gün
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
14:37, Bu gün
Ermənistan XİN: Türkiyə ilə sərhəd məntəqəsi istismara hazır vəziyyətdədir
14:31, Bu gün
İqtisadiyyat naziri DİF-in rəhbəri ilə COP29 çərçivəsində tərəfdaşlığı müzakirə edib
14:23, Bu gün
Mələkxanım Eyubova yeni DƏBDƏBƏLİ VİLLASINI nümayiş etdirdi - VİDEO
14:20, Bu gün
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı
14:12, Bu gün
Barat Yusubov: "Xəstəxanalarda bu cizahları işlədə biləcək mütəxəssis yoxdursa..."- VİDEO
14:05, Bu gün
Bu ölkə əhalisinə çağırış etdi: Rusiyaya getməyin! 
13:59, Bu gün
Tibb bacısının özünə vurduğu iynədən sonra komaya düşməsi ilə bağlı TƏFƏRRÜAT - VİDEO 
13:53, Bu gün
İrandan gələn avtobus Zəngəzurda dərəyə aşdı: 5 nəfər öldü
13:49, Bu gün
İsveçdə daha bir Quran yandırma hadisəsi baş verib
13:44, Bu gün
Fermerlərin uşaqlarının Kəlbəcərə gedişinə icazə veriləcək? 
13:39, Bu gün
Sürücülərin NƏZƏRİNƏ! 
13:31, Bu gün
"Əlican" keçid məntəqəsi hazırdır: Türkiyə-Ermənistan quru yolu açıla bilər 
13:24, Bu gün
Ermənistanı QORXUDAN XƏRİTƏ: Qeqamyan niyə narahatdır?
13:19, Bu gün
Faiq Ağayev: "Mənə intim təkliflər edib, əmr verirlər" 
13:12, Bu gün
Qızardılmış ət və kabab bədxassəli şişlərin əmələ gəlməsini  sürətləndirir - Onkoloq
13:07, Bu gün
Laçın və İrpen şəhərləri qardaşlaşacaq
13:01, Bu gün
Həftənin ilk iş gününün HAVA PROQNOZU
12:59, Bu gün
“Titanik” sərnişinlərindən birinin saatı rekord qiymətə satılıb
12:57, Bu gün
Mikayıl Cabbarov “Saudi Aramco”nun prezidenti ilə görüşüb - FOTO
12:53, Bu gün
Emin ilk dəfə Bakıya gələn erməniəsilli müğənnilərdən danışdı
12:53, Bu gün
"Ukrayna cəbhədə sabitlik yaradacaq və əkshücuma keçəcək" - ISW
12:49, Bu gün
Bu meyvənin tumu botoks effekti verir
12:48, Bu gün
Qeyri-adi vəziyyətdə su çənində ilişib qalan şəxsin xilas edilmə görüntüləri - VİDEO
12:33, Bu gün
Bürcünə görə ən çətin kişilər: Sizi sevib-sevmədiyini özü də bilmir
12:28, Bu gün
Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Ən aşağı faiz…
12:11, Bu gün
Meyiti kim daşımalıdır: Təcili tibbi yardım avtomobili, yoxsa qəzanı törədən maşın?
11:59, Bu gün
“Avroviziya” klipimiz təqdim edildi - Video 
11:53, Bu gün
Mikayıl Cabbarov Səudiyyədə keçirilən Dünya İqtisadi Forumunda iştirak edəcək
11:39, Bu gün
Bu məhsul da ucuzlaşdı - VİDEO
11:36, Bu gün
“Mançester Yunayted” Çempionlar Liqasında oynamayacaq - SƏBƏB
11:32, Bu gün
Yıldız Tilbenin yeni GÖRÜNTÜSÜ- FOTO
11:28, Bu gün
Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram” - VİDEO
11:27, Bu gün
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLDİ
11:21, Bu gün
2,5 mindən çox qumar oyunları saytı bloklandı
11:16, Bu gün
Maaşlar yenidən artırıla bilərmi? - Video
11:08, Bu gün
Paytaxtda yeni plana düşən küçələr - Açıqlama / Video
11:00, Bu gün
Mayın 1-dən qadağan olunacaq...
10:49, Bu gün
Rusiyada xüsusi rejim elan edildi
10:42, Bu gün
SON DƏQİQƏ! Məşhur tiktoker evinin qarşısında ÖLDÜRÜLDÜ - FOTO
10:38, Bu gün
“Hara istəyirsən şikayət et, qorxumuz yoxdur” – Masallı Elektrik Şəbəkəsi sahibkarı təhdid edir
10:33, Bu gün
Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın doğum günüdür
10:31, Bu gün
Ermənistan ordusu ilə bağlı SENSASİON FAKT - Qadınlar buna görə çağırılır
10:25, Bu gün
Wi-Fi və Bluetooth-u niyə söndürməliyik?- SİZİ İZLƏYİRLƏR...
10:19, Bu gün
Almaniyada “futbol qatarı” işə salınacaq
10:18, Bu gün
Aprelin sonuna qədər ciddi problemlərlə üzləşəcəklər: 4 bürcə XƏBƏRDARLIQ
10:16, Bu gün
Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - VİDEO
10:15, Bu gün
Polşalı morja yaxınlaşdı, 1100 dollarından oldu
10:14, Bu gün
“WhatsApp”a yeni funksiya gəlir
10:13, Bu gün
Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar
10:11, Bu gün
ABŞ yardımı: Ukraynada vəziyyət dəyişir
10:09, Bu gün
"ABŞ Netanyahuya Rafahda hücumdan imtina etməyə çağırış edib" - "The New York Times"
10:07, Bu gün
Bu tarixlərdə telefon və kompüterlərdən istifadə etməyin – Bakı sakinlərinə XƏBƏRDARLIQ
09:59, Bu gün
Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar
09:55, Bu gün
“Neftçi” azarkeşlərə müraciət etdi
09:50, Bu gün
Ağdamda mina partlayışı olub, xəsarət alan var
09:41, Bu gün
Rusiyada zəlzələ baş verdi
09:34, Bu gün
Bu şirədən gündə 2 stəkan içmək infarkt riskini sıfıra endirir
09:27, Bu gün
Röyanın yataq şəkilləri yayıldı-FOTO
09:22, Bu gün
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
09:11, Bu gün
Zelenski Ukraynaya yeddi “Patriot” sistemi verilməsi üçün Qərbə müraciət edib
09:00, Bu gün
"Qiyamət günü gələndə sızıldayacaqlar" - Moskva Qərbə MESAJ VERDİ
08:51, Bu gün
Qəzzada ölən uşaqların sayı AÇIQLANDI
08:43, Bu gün
"TikTok" Avropanı QORXUYA SALDI: "Həyəcan təbili yüksək səslə çalınmalıdır"
08:34, Bu gün
Bu suları içən insan sağlam ola bilməz...
08:25, Bu gün
KİV: İsrail anklavda davamlı sabitliyin bərpasını müzakirə etməyə hazırdır
08:19, Bu gün
Polis idarə rəisini və şöbə müdirini GÜLLƏLƏDİ
GÜNLÜK
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 19:56
Əhalinin DİQQƏTİNƏ! Bu məhsulun qiyməti kəskin UCUZLAŞDI
27 Apr 2024 | 19:29
Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur İŞDƏN QOVULDU
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 19:39
Arıqlamaq istəyənlər üçün alma sirkəsinin FAYDASI
27 Apr 2024 | 19:52
Ukrayna ABŞ tanklarını rus dronlarına “yem etmək” istəmədi və bu addımı atdı...
27 Apr 2024 | 22:18
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
27 Apr 2024 | 21:40
ABŞ Ukraynaya yardımı təsdiq edəndən sonra Rusiya yeni səfərbərliyə hazırlaşır?..
27 Apr 2024 | 22:45
Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
22 Apr 2024 | 12:00
Dərdlərə dərman aspirin hansı ağacdan hazırlanır?
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 19:56
Əhalinin DİQQƏTİNƏ! Bu məhsulun qiyməti kəskin UCUZLAŞDI
27 Apr 2024 | 19:29
Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur İŞDƏN QOVULDU
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 19:39
Arıqlamaq istəyənlər üçün alma sirkəsinin FAYDASI
27 Apr 2024 | 19:52
Ukrayna ABŞ tanklarını rus dronlarına “yem etmək” istəmədi və bu addımı atdı...
27 Apr 2024 | 22:18
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
27 Apr 2024 | 21:40
ABŞ Ukraynaya yardımı təsdiq edəndən sonra Rusiya yeni səfərbərliyə hazırlaşır?..
27 Apr 2024 | 22:45
Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI