Sürücülərə şad xəbər- Yol vergisi ləğv edildi
Oxunub: 4194
10 Jan 2015 | 21:48
Sürücülərə şad xəbər- Yol vergisi ləğv edildi
Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu təsdiqlənib. Bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. 

Avtosfer.az-ın məlumatına görə, bu dəyəşiklikdən sonra avtomobil sahibləri nəqliyyat vasitəsini texniki baxışdan keçirərkən yol vergisi ödəməyəcəklər. Yəni, bütün növ nəqliyyat vasitələrinin texniki baxışı bir qayda olaraq 20 manat, motosiklet, qoşqu və yarımqoşqular isə 10 manata texniki baxışdan keçməlidirlər. Prezidentin imzaladığı fərmanda qeyd olunur;
1.4. avtonəqliyyat vasitələrinin dövlət qeydiyyatı və təkrar dövlət qeydiyyatı, həmçinin avtonəqliyyat vasitələrinə dövlət texniki baxışı zamanı aidiyyəti dövlət orqanlarının yol vergisinin ödənilməsi barədə sənədi tələb etməsinin həmin Qanun qüvvəyə mindiyi gündən dayandırılmasını təmin etsin.
İllik yol vergisini isə benzin, dizel və sıxılmış qaz istehsal və Azərbaycana idxal edən şəxslər ödəyəcəklər. Həmin vergiləri Gömrük Komitəsi və Vergilər Nazirliyi hesablayacaq.
Prezident İlham Əliyevin imzaladığı sənəd «Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında» qanunun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” qanunun və bu qanunla təsdiq edilmiş Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Prezidentin 2000-ci il 30 avqust tarixli 393 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında fərman  adlanır. Fərmanda Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 30 dekabr tarixli qanunun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alınır ki, Nazirlər Kabineti Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Prezidentə məlumat versin.
Fərmanda daha sonra Nazirlər Kabinetinə tapşırılır;
- 1.3Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. avtonəqliyyat vasitələrinin dövlət qeydiyyatı və təkrar dövlət qeydiyyatı, həmçinin avtonəqliyyat vasitələrinə dövlət texniki baxışı zamanı aidiyyəti dövlət orqanlarının yol vergisinin ödənilməsi barədə sənədi tələb etməsinin həmin Qanun qüvvəyə mindiyi gündən dayandırılmasını təmin etsin;
1.5. aidiyyəti dövlət orqanları ilə birlikdə, bu Qanunla təsdiq edilmiş yeni vergi dərəcələrinə uyğun olaraq, 2015-ci il dövlət büdcəsinin gəlirlərinin artırılması üçün zəruri tədbirlər görsün və hər rüb dövlət büdcəsinə vergi növləri üzrə əlavə daxilolmaların vəziyyəti barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.6. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, N 8 (III kitab), maddə 616; 2005, N 12, maddə 1099; 2006, N 5, maddə 400, N 12, maddə 1034; 2007, N 4, maddə 323, N 12, maddə 1225; 2008, N 11, maddə 972; 2009, N 3, maddə 163, N 4, maddə 226, N 10, maddə 780; 2010, N 7, maddə 610; 2011, N 7, maddə 631; 2013, N 7, maddə 805, N 11, maddə 1324; 2014, N 4, maddə 359, N 5, maddə 477, N 9, maddə 1027,
N 10, maddə 1198; Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tarixli 350 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 1.4-cü bənddə “194.2.1-ci,” sözlərindən sonra “212.3-cü,” sözləri əlavə edilsin;
3.2. 1.18-ci bənddən “212-2-ci və” sözləri çıxarılsın.
4. Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 212.3-cü maddəsinə uyğun olaraq, bir ay müddətində yol vergisi bəyannaməsinin formasını müəyyənləşdirsin.
 
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
 
Bakı şəhəri, 10 yanvar 2015-ci il.
 
Milli Məclisin qəbul etdiyi qanunda bildirilir ki, Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:
 
Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
 
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər
tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, â„– 8, I
kitab, maddə 583; 2001, â„– 7, maddə 454, â„– 9, maddə 576, â„– 12,
maddə 734; 2002, â„– 5, maddə 249, â„– 12, maddə 707; 2003, â„– 8,
maddə 425, â„– 12, I kitab, maddə 671; 2004, â„– 1, maddə 1, â„– 11,
maddə 887, â„– 12, maddə 980; 2005, â„– 2, maddə 61, â„– 8, maddə
688, â„– 12, maddə 1081; 2006, â„– 12, maddələr 1005, 1026; 2007, â„–
1, maddə 4, â„– 6, maddə 597, â„– 8, maddə 745, â„– 11, maddə 1053,
â„– 12, maddə 1192; 2008, â„– 7, maddə 602, â„– 11, maddə 960; 2009,
â„– 7, maddə 506; 2011, â„–1, maddə 14, â„–7, maddələr 588, 603, â„–
12, maddə 1115; 2012, â„– 6, maddələr 500, 513, â„– 7, maddə 652, â„–
9, maddə 841, â„– 12, maddə 1226; 2013, â„– 2, maddə 91, â„– 4,
maddə 366, â„– 11, maddə 1278, â„– 12, maddələr 1483, 1486, 1495;
2014, â„– 2, maddələr 94, 98, â„– 7, maddə 770, â„– 8, maddə 957, â„–
10, maddə 1158; Azərbaycan Respublikasının 2014-cü il 28 noyabr
tarixli 1115-IVQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 102.1.21-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül
işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 102.1.22-ci maddə
əlavə edilsin:
“102.1.22. yerli bank və xarici bankın Azərbaycan
Respublikasındakı filialı tərəfindən fiziki şəxslərin əmanətləri üzrə
ödənilən illik faiz gəlirlərinin 500 manatadək olan hissəsi.”;
1.2. 123.1-ci maddədə “əldə edilmişdirsə,” sözlərindən sonra
“bu Məcəllənin 102.1.22-ci maddəsində nəzərdə tutulmuş güzəşt
nəzərə alınmaqla” sözləri əlavə edilsin;
1.3. 161.1-ci maddədə “hər hansı rüsumlar, vergilər” sözləri “yol
vergisi istisna olmaqla, digər vergilər, rüsumlar” sözləri ilə əvəz
edilsin;
1.4. 162.1-ci maddəyə “ƏDV” sözündən sonra “və yol vergisi”
sözləri əlavə edilsin;
1.5. 185-ci maddə üzrə:
1.5.1. 185.1-ci maddənin birinci cümləsindən “və tütün
məmulatları” sözləri çıxarılsın, həmin cümlədə “aksiz” sözündən sonra
“, yol vergisi” sözləri əlavə edilsin;
1.5.2. 185.2-ci maddənin birinci bəndində “üzən vasitələr”
sözlərindən sonra “, habelə platin, qızıl, ondan hazırlanmış zərgərlik
və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə
salınmış və bərkidilmiş almaz” sözləri, “aksiz” sözündən sonra “, yol
vergisi” sözləri əlavə edilsin;
1.5.3. 185.2-ci maddəyə aşağıdakı məzmunda üçüncü bənd
əlavə edilsin:
“İdxal olunan platinə görə vergi tutulan əməliyyat platinin hər qramı, qızıla, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarına görə - qızılın min çəki vahidindəki miqdarı, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaza görə - almazın karatıdır.”;
1.6. 188-ci maddə üzrə:
1.6.1. 188.1.1-ci maddədə “və 600 ədəd siqaretin” sözləri “, 600 ədəd siqaretin, 20 qram qızılın, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almazın” sözləri ilə əvəz edilsin;
1.6.2. aşağıdakı məzmunda 188.1.5-ci maddə əlavə edilsin:
“188.1.5. Azərbaycan Respublikası Mərkəzi Bankının aktivlərində yerləşdirilmək üçün idxal olunan platin, qızıl və emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz, Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivlərində yerləşdirilmək üçün idxal olunan qızıl.”;
1.7. 190-cı maddə üzrə:
1.7.1. 190.1-ci maddənin beşinci bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda altıncı bənd əlavə edilsin:
“- idxal olunan platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz.”;
1.7.2. 190.2-ci maddəyə “üzən vasitələr” sözlərindən sonra “,
habelə platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz” sözləri əlavə edilsin;
1.7.3. 190.3.1-ci maddədə “0,8” rəqəmləri “2,0” rəqəmləri ilə, 190.3.2-ci maddədə “0,5” rəqəmləri “2,0” rəqəmləri ilə, 190.3.3-cü maddədə “0,2” rəqəmləri “6,0” rəqəmləri ilə, 190.3.4-cü maddədə
“0,2” rəqəmləri “2,5” rəqəmləri ilə, 190.3.6-cı maddədə “0,08” rəqəmləri “0,2” rəqəmləri ilə əvəz edilsin;
1.7.4. 190.3.7-ci maddə aşağıdakı redaksiyada verilsin:
“190.3.7. siqarlar, ucları kəsilən siqarlar və siqarilla (nazik siqarlar) - 1000 ədədinə 10,0 manat;”;
1.7.5. aşağıdakı məzmunda 190.3.8-ci maddə əlavə edilsin:
“190.3.8. tütündən hazırlanan siqaretlər və onun əvəzediciləri - 1000 ədədinə 4,0 manat.”;
1.7.6. 190.4-cü maddə aşağıdakı redaksiyada verilsin:
“190.4. Azərbaycan Respublikasına idxal olunan minik avtomobillərinə, istirahət və ya idman üçün yaxtalara və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə, habelə idxal olunan platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaza aşağıdakı aksiz dərəcələri tətbiq edilir:
190.4.1. minik avtomobillərinə, istirahət və ya idman üçün yaxtalara və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə görə:
 
 
Vergitutma obyektinin adı                                Aksiz dərəcəsi
 
 
Minik avtomobilləri:                      Mühərrikin həcminin hər kubsantimetrinə
                                                       görə - 0,20 manat
- mühərrikin həcmi 2000                                  
kubsantimetrədək olduqda ”“ 
 
mühərrikin həcmi 3000                   400 manat + mühərrikin həcminin 2001-3000
kubsantimetrədək olduqda              kubsantimetr hissəsi üçün hər kubsantimetrə 
                                                        görə - 1,5 manat
 
- mühərrikin həcmi 4000                1900 manat + mühərrikin həcminin 3001-4000 
kubsantimetrədək olduqda              kubsantimetr hissəsi üçün hər kubsantimetrə 
                                                         görə - 4 manat
 
- mühərrikin həcmi 5000             5900 manat + mühərrikin həcminin 4001-5000
 kubsantimetrədək olduqda          kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 
                                                     - 8 manat
   
           
- mühərrikin həcmi 5000            13900 manat + mühərrikin həcminin 5000
kubsantimetrdən çox olduqda     kubsantimetrdən çox olan hissəsi üçün hər
                                                     kubsantimetrə görə - 10 manat
 
İstirahət və ya idman                   Mühərrikin həcminin hər kubsantimetrinə
üçün yaxtalar və bu məqsədlər    görə - 3 manat
üçün nəzərdə tutulan
digər üzən vasitələr                            
                                                      
 
190.4.2. idxal olunan platinin hər qramına görə - 2,0 manat;
190.4.3. idxal olunan qızılın, ondan hazırlanmış zərgərlik və
digər məişət məmulatlarının min çəki vahidindəki miqdarına görə:
190.4.3.1. qızılın min çəki vahidindəki miqdarı 375 (üç yüz
yetmiş beş) olduqda, hər qramına görə - 0,8 manat;
190.4.3.2. qızılın min çəki vahidindəki miqdarı 500 (beş yüz)
olduqda, hər qramına görə - 1,0 manat;
190.4.3.3. qızılın min çəki vahidindəki miqdarı 585 (beş yüz
səksən beş) olduqda, hər qramına görə - 1,2 manat;
190.4.3.4. qızılın min çəki vahidindəki miqdarı 750 (yeddi yüz
əlli) olduqda, hər qramına görə - 1,5 manat;
190.4.3.5. qızılın min çəki vahidindəki miqdarı 958 (doqquz yüz
əlli səkkiz) olduqda, hər qramına görə - 1,8 manat;
190.4.3.6. qızılın min çəki vahidindəki miqdarı 999 (doqquz yüz
doxsan doqquz) olduqda, hər qramına görə - 2,0 manat;
190.4.4. idxal olunan emal olunmuş, çeşidlənmiş, çərçivəyə
salınmış və bərkidilmiş almazın 1 karatı üçün 200 manat (aksiz
dərəcəsi) olmaqla, aşağıdakı qaydada hesablanır:
190.4.4.1. almazın bir ədədinin miqdarı 1 karatdan aşağı
olduqda, aksiz dərəcəsi almazın faktiki miqdarına mütənasib olaraq
azaldılır;
190.4.4.2. almazın bir ədədinin miqdarı 1 karatdan yuxarı
olduqda, aksizin məbləği aksiz dərəcəsi ilə almazın faktiki miqdarının
hasilinə aşağıdakı əmsallar tətbiq edilməklə hesablanır:
190.4.4.2.1. 1 karatdan 2 karatadək olduqda - 2,0;
190.4.4.2.2. 2 karatdan 3 karatadək olduqda - 3,0;
190.4.4.2.3. 3 karatdan 4 karatadək olduqda - 4,0;
190.4.4.2.4. 4 karatdan 5 karatadək olduqda - 5,0;
 7
190.4.4.2.5. 5 karatdan yuxarı olduqda - 10,0.”.
1.8. 199-cu maddə üzrə:
1.8.1. 199.4.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
“199.4.3. mexaniki nəqliyyat vasitələrinin;”;
1.8.2. aşağıdakı məzmunda 199.10-cu maddə əlavə edilsin:
“199.10. Müəssisələrin balansında olan, sərnişin və yük
daşımalarında istifadə edilən su nəqliyyatı vasitələrinə görə ödənilməli
olan əmlak vergisinin məbləği 25 faiz azaldılır.”;
1.9. 209-cu maddənin mətni aşağıdakı redaksiyada verilsin:
“Azərbaycan Respublikasının ərazisinə daxil olan və həmin
ərazidən sərnişin və yük daşınması üçün istifadə edən avtonəqliyyat
vasitələrinin sahibləri olan qeyri-rezident şəxslər, habelə Azərbaycan
Respublikasının ərazisində avtomobil benzininin, dizel yanacağının və
maye qazın istehsalı və ya idxalı ilə məşğul olan şəxslər yol vergisinin
ödəyiciləridir.”;
1.10. 210-cu maddənin mətni aşağıdakı redaksiyada verilsin:
“Azərbaycan Respublikasının ərazisinə daxil olan və Azərbaycan
Respublikasının ərazisini tərk edən zaman yol vergisinə cəlb olunmalı
olan xarici dövlətlərin avtonəqliyyat vasitələri, habelə Azərbaycan
Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən
(topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal edilən
avtomobil benzini, dizel yanacağı və maye qaz yol vergisinin
vergitutma obyektidir.”;
1.11. 211-ci maddə üzrə:
1.11.1. 211.1-ci maddədə “daxil olan” sözlərindən sonra “və
Azərbaycan Respublikasının ərazisini tərk edən” sözləri əlavə edilsin,
“şəxslərin mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin mühərriklərinin həcmindən asılı olaraq avtonəqliyyat vasitələrindən vergi” sözləri “istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal olunan avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi” sözləri ilə əvəz edilsin;
1.11.2. 211.1.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“211.1.2. Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi onların hər litrinin topdansatış qiymətinə (ƏDV və aksiz daxil olmaqla) 0,02 manat əlavə edilməklə hesablanır. İdxal olunan avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi Azərbaycan Respublikasının
Gömrük Məcəlləsinə uyğun olaraq müəyyən edilən, lakin onların hər litrinin topdansatış bazar qiymətindən aşağı olmayan gömrük dəyərinə (ƏDV və aksiz daxil olmaqla) 0,02 manat əlavə edilməklə hesablanır.”;
1.11.3. aşağıdakı məzmunda 211.4-cü maddə əlavə edilsin:
“211.4. Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) avtomobil benzininə, dizel yanacağına və maye qaza görə hesablanmış yol vergisinə nəzarət dövlət vergi orqanları, Azərbaycan Respublikasının ərazisinə idxal edilən avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisinin hesablanmasına və ödənilməsinə nəzarət isə gömrük
orqanları tərəfindən həyata keçirilir.”;
1.12. 212-ci maddə üzrə:
1.12.1. 212.2-ci və 212.4-cü maddələr ləğv edilsin;
1.12.2. 212.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
“212.3. Azərbaycan Respublikasının ərazisində avtomobil benzininin, dizel yanacağının və maye qazın istehsalı ilə məşğul olan şəxslər yol vergisini aylıq olaraq hesablayır və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə yol vergisi bəyannaməsini vergi orqanına təqdim etməklə vergini dövlət büdcəsinə ödəyirlər.”.
Maddə 2. Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir.
 
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 dekabr 2014-cü il.
 
Oxşar xəbərlər
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 23:17
Moskvada Rusiya raket-kosmik korporasiyasının top-meneceri həlak olub
27 Apr 2024 | 23:06
Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
27 Apr 2024 | 22:59
Bu qan qrupuna aid olan insanlara XƏBƏRDARLIQ
27 Apr 2024 | 22:51
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
27 Apr 2024 | 22:47
Tacikistan vətəndaşlarına Rusiyaya səfər etməmək tövsiyə olundu
27 Apr 2024 | 22:45
Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI
27 Apr 2024 | 22:34
Ukrayna paytaxtına Belarusdan zərbə ediləcəyi barədə anons edilib
27 Apr 2024 | 22:18
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
27 Apr 2024 | 22:15
Hacıqabul sakinini gürzə sancıb
27 Apr 2024 | 22:12
Tacikistan XİN vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə edib
27 Apr 2024 | 21:40
ABŞ Ukraynaya yardımı təsdiq edəndən sonra Rusiya yeni səfərbərliyə hazırlaşır?..
27 Apr 2024 | 21:38
"Ukrayna bütün torpaqlarını işğalçılardan azad edə biləcəkmi?" - ISW
27 Apr 2024 | 21:37
Müharibədən sonra 356 nəfər mina qurbanı olub
27 Apr 2024 | 21:32
Xankəndidə çalışan peşə sahibləri - VİDEO
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 20:54
Mingəçevirdə kütləvi dava olub, xəsarət alanlar var
27 Apr 2024 | 20:33
Füzulidən qalxan təyyarə: Hərbi, siyasi və iqtisadi zəfərin təntənəsi!
27 Apr 2024 | 20:31
Vaşinqtonda Azərbaycan və Türkiyə səfirləri görüşüblər
27 Apr 2024 | 20:26
Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
27 Apr 2024 | 20:25
"Həyat yoldaşım bilmir ki, toydan nə qədər qazanıram"
27 Apr 2024 | 20:22
Namiq Hacıheydərli vəfat etdi – SON DƏQİQƏ / FOTO
27 Apr 2024 | 20:15
Cəlilabadda minik avtomobili yanıb
27 Apr 2024 | 19:59
Eynəyi cızıqlardan xilas edən TƏBİİ ÜSUL – FOTO
27 Apr 2024 | 19:56
Əhalinin DİQQƏTİNƏ! Bu məhsulun qiyməti kəskin UCUZLAŞDI
27 Apr 2024 | 19:53
Gürcüstan əhalisi azalır
27 Apr 2024 | 19:52
Ukrayna ABŞ tanklarını rus dronlarına “yem etmək” istəmədi və bu addımı atdı...
27 Apr 2024 | 19:47
İmişli-Biləsuvar yolundakı qəzada xəsarət alanların sayı artıb - YENİLƏNİB
27 Apr 2024 | 19:39
Arıqlamaq istəyənlər üçün alma sirkəsinin FAYDASI
27 Apr 2024 | 19:37
Kür çayında suyun səviyyəsi azalıb
27 Apr 2024 | 19:35
Qəzza zolağında dağıntıların təmizlənməsi neçə il çəkəcək?
27 Apr 2024 | 19:29
Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur İŞDƏN QOVULDU
27 Apr 2024 | 19:28
Zəngəzurda İrana məxsus avtobus qəzaya uğrayıb, ölənlər və yaralananlar var
27 Apr 2024 | 19:19
Ən nəzakətsiz bürclər – Astroloqlar açıqladı
27 Apr 2024 | 19:18
Rəqqasə Fatiməni məhkəməyə verdilər
27 Apr 2024 | 19:10
Bakı metrosunda ölüm hadisəsi olub
27 Apr 2024 | 19:09
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
27 Apr 2024 | 19:03
Tbilisidə bu ilin ilk rübündə daşınmaz əmlakın qiyməti artıb
27 Apr 2024 | 18:56
Abşeronda içki məclisindən sonra tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
27 Apr 2024 | 18:47
Yataraq arıqlaya bilərsiniz! - NECƏ?
27 Apr 2024 | 18:45
Abşeronda içki məclisindən sonra tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
27 Apr 2024 | 18:42
Prezidentin Almaniya səfəri Qərbin Azərbaycana münasibətində nəyi dəyişəcək?
27 Apr 2024 | 18:31
Miri Yusifin arvadının səs yazısı yayıldı - AUDİO
27 Apr 2024 | 18:27
Biləsuvarda ərzaq mağazasının anbarı yanıb
27 Apr 2024 | 18:24
Yuxuda danışırsınızsa, DİQQƏTLİ OLUN
27 Apr 2024 | 18:21
Milli Müdafiə Universitetində Pakistanın hərbi təhsil üzrə nümayəndələri ilə görüş keçirilib
27 Apr 2024 | 18:17
Dağlıq ərazidə köməksiz qalan qadın xilas edildi - FOTO/VİDEO
27 Apr 2024 | 18:09
Niyə toy üzüyü sağ ələ taxılır? - MARAQLI SƏBƏB
27 Apr 2024 | 18:05
Fransaya Şolts KARTI - Makronu sıradan çıxartmaq üçün Bakıdan DƏQİQ ATIŞ
27 Apr 2024 | 18:02
Gürcüstan parlamentinin sədri “Xarici agentlər” haqqında qanuna görə ABŞ senatorlarına sərt cavab verib
27 Apr 2024 | 17:59
Rusiyada gənc qız başqasının yük maşınına minərək onu insanların üstünə sürdü
27 Apr 2024 | 17:55
Orenburqda daşqınlardan zərərçəkmiş yüzlərlə ev söküləcək - VİDEO
27 Apr 2024 | 17:51
İdmançımız Avropa çempionatında finala yüksəldi
27 Apr 2024 | 17:47
ABŞ səfirliyi: Şuşada baş verən hadisə bizi kədərləndirdi - VİDEO
27 Apr 2024 | 17:44
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan keçirilir
27 Apr 2024 | 17:40
"Barselona" iki futbolçusu ilə bağlı qərar verib
27 Apr 2024 | 17:34
Tanınmaz hala düşən aktrisa: "Ölümün gəlməyini gözləyirdim" - FOTO
27 Apr 2024 | 17:28
İrəvan aksiyalarında Koçaryan izi - ŞƏRH + FOTO
27 Apr 2024 | 17:23
Hərbçilərimiz Türkiyədə beynəlxalq təlimdə iştirak edir
27 Apr 2024 | 17:18
Tələbələrlə görüşən Aygün Kazımovanın qeyri-adi geyim tərzi - VİDEO
27 Apr 2024 | 17:16
"Doğrudanmı Paşinyan 6 ildir Putinin dediyi ilə oturub-durur?..” –Partiya sədri cavablandırır
27 Apr 2024 | 17:13
“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryerə cinayət işi açıldı - FOTO/VİDEO
27 Apr 2024 | 17:08
Azərbaycanda müəllim vəfat etdi - FOTO
27 Apr 2024 | 17:03
“Xoşqədəmin, Zaurun verilişi 10 saat olmalıdır ki, camaatın başı qarışsın”
27 Apr 2024 | 16:58
Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib - FOTO
27 Apr 2024 | 16:53
Bakıda ilanların sayı artıb? - AÇIQLAMA + FOTO/VİDEO
27 Apr 2024 | 16:48
TƏBİB rəhbəri: "Sosial səhiyyə sahəsində ən böyük nailiyyət icbari tibbi sığortanın tətbiqidir" - VİDEO
27 Apr 2024 | 16:45
14 yaşlı qızını 100 minə satan ailə canlı efirdə həbs edildi - VİDEO
27 Apr 2024 | 16:40
Azyaşlı gəlin ənənəsi niyə sonlanmır? – Həbs cəzası da təsirli deyilsə...
27 Apr 2024 | 16:36
Avropa çempionatı: Azərbaycanın 2 cüdoçusu yarımfinala yüksəlib
27 Apr 2024 | 16:31
“Crocus” terror aktı ilə bağlı saxlanılan 12-ci şəxslə bağlı qərar verildi - FOTO/VİDEO
27 Apr 2024 | 16:25
Səfir: "Ruanda soyqırımı bir Fransa əməliyyatı idi"
27 Apr 2024 | 16:20
İki güc hərəkətə keçdi: Hədəf Cənubi Qafqazdır - Şərtlər dəyişdi
27 Apr 2024 | 16:16
Dövlət Neft Fondu dünyanın iki nəhəng şirkətinin səhmlərini aldı
27 Apr 2024 | 16:10
Bədii gimnastlarımız beynəlxalq turnirdə 5 medal qazandı - FOTO
27 Apr 2024 | 16:05
“Şeytan çarxı” fəaliyyətini dayandırıb? - RƏSMİ AÇIQLAMA + FOTO
27 Apr 2024 | 15:59
Yaponiyada 6,9 bal gücündə zəlzələ - ANBAAN VİDEO
27 Apr 2024 | 15:55
Xankəndidəki yeni royal heç vaxt kökdən düşməyəcək - VİDEO
27 Apr 2024 | 15:50
Bakıda qızıl mağazasından oğurluq edən şəxs ƏLƏ KEÇDİ - FOTO/VİDEO
27 Apr 2024 | 15:47
Bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ: Sabah saat 11:00-dan...
27 Apr 2024 | 15:43
Bakıda oğurluq edənlər polisdən və müşahidə kameralarından qaça bilmədilər - FOTO/VİDEO
27 Apr 2024 | 15:38
"Mövsümün sonunda Türkiyə klubundakı taleyimə aydınlıq gələcək" - Şahruddin Məhəmmədəliyev
27 Apr 2024 | 15:33
“Dəniz Komando Təməl kursu”nun növbəti buraxılış mərasimi keçirildi - FOTO/VİDEO
27 Apr 2024 | 15:28
Qəzzada ölənlərin sayı açıqlandı
27 Apr 2024 | 15:24
Özəlləşdirilməsi qadağan edilən dövlət əmlakının siyahısına dəyişiklik edildi
27 Apr 2024 | 15:19
Azərbaycanla “ACWA Power" arasında yeni investisiya müqaviləsi təsdiqləndi
27 Apr 2024 | 15:15
“Toplum TV” işi üzrə daha bir nəfər şahid qismində istintaqa dəvət edilib
27 Apr 2024 | 15:11
Azərbaycanda hakim intihar etdi
27 Apr 2024 | 15:07
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM
27 Apr 2024 | 15:02
Naxçıvanda şagirdlər Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışıblar - FOTO
27 Apr 2024 | 14:57
Qarabağ və Şərqli Zəngəzurda da əməyin mühafizəsi ilə bağlı təlimlər keçirilir
27 Apr 2024 | 14:52
İlham Əliyev bir qrup sahibkarı təltif etdi - SİYAHI
27 Apr 2024 | 14:48
Türkiyəli seysmoloq İstanbulda güclü zəlzələ ilə bağlı qorxulu proqnoz verdi
27 Apr 2024 | 14:43
Qızlardan ibarət taekvondo millimiz Prezident Kubokunda mübarizə aparacaq
27 Apr 2024 | 14:38
Qərbin Mərkəzi Asiya planı və ya yeni regional birlik ideyası - TƏHLİL + FOTO
27 Apr 2024 | 14:33
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışıb - FOTO
27 Apr 2024 | 14:28
Azərbaycanlı rejissorun filmi Kann festivalında
27 Apr 2024 | 14:23
Beynəlxalq Muğam Mərkəzində "Big Band" caz orkestrinin konserti təşkil ediləcək
27 Apr 2024 | 14:18
Tarix Muzeyinin yeni ekspozisiyasında Vətən müharibəsi fondunun 150-dən çox eksponatı təqdim olunub
GÜNLÜK
27 Apr 2024 | 09:43
Putinin andiçmə mərasiminə Ukraynadan sürpriz olacaqmı?
27 Apr 2024 | 08:47
“Qaraca qız” filmində Tutu rolunu iki ayrı uşaq oynayıb- “Ən çox qonorarı mən aldım”- FOTO+ÖZƏL
27 Apr 2024 | 06:01
Ermənistanda 20 hərbçi Qazaxın kəndlərinin qaytarılmasına etiraz edənlərə qoşuldu?-VİDEO
27 Apr 2024 | 07:47
Şuşaya gəlib separatçılara dəstək verən Rusiya milyarderinin ailəsi dağıldı...
27 Apr 2024 | 09:05
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək İNANILMAZ SƏRVƏT...
27 Apr 2024 | 09:42
“Azərbaycan Rusiyanın qonşuluğunda NATO üzvü Türkiyə ilə faktiki hərbi müttəfiq olsa da...”
27 Apr 2024 | 10:43
Həftəsonu hansı bürclərin bəxti gətirəcək?
27 Apr 2024 | 07:08
Qarabağdan çıxarılan “sülhməramlı”lar döyüşmək üçün Avdeyevkaya aparılır?..
27 Apr 2024 | 11:06
Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dinlə bağlı çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"
27 Apr 2024 | 10:08
Gecə saatlarında Moskvanın mərkəzinə texnika yeridildi...-FOTO
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
27 Apr 2024 | 09:43
Putinin andiçmə mərasiminə Ukraynadan sürpriz olacaqmı?
27 Apr 2024 | 08:47
“Qaraca qız” filmində Tutu rolunu iki ayrı uşaq oynayıb- “Ən çox qonorarı mən aldım”- FOTO+ÖZƏL
27 Apr 2024 | 06:01
Ermənistanda 20 hərbçi Qazaxın kəndlərinin qaytarılmasına etiraz edənlərə qoşuldu?-VİDEO
27 Apr 2024 | 07:47
Şuşaya gəlib separatçılara dəstək verən Rusiya milyarderinin ailəsi dağıldı...
27 Apr 2024 | 09:05
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək İNANILMAZ SƏRVƏT...
27 Apr 2024 | 09:42
“Azərbaycan Rusiyanın qonşuluğunda NATO üzvü Türkiyə ilə faktiki hərbi müttəfiq olsa da...”
27 Apr 2024 | 10:43
Həftəsonu hansı bürclərin bəxti gətirəcək?
27 Apr 2024 | 07:08
Qarabağdan çıxarılan “sülhməramlı”lar döyüşmək üçün Avdeyevkaya aparılır?..
27 Apr 2024 | 11:06
Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dinlə bağlı çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"
27 Apr 2024 | 10:08
Gecə saatlarında Moskvanın mərkəzinə texnika yeridildi...-FOTO