Daha bir marşrut xətti “BakuBus”a verilir
Cəmiyyət
1488
20 Jul 2023 | 17:37

Daha bir marşrut xətti “BakuBus”a verilir

Bakıda “Savalan” yaşayış massivi - “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində sərnişindaşımanı həyata keçirən 139 nömrəli müntəzəm marşrut xətti müsabiqəyə çıxarılıb.
 
Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.
 
Müsabiqənin nəticələrinə əsasən, “BakuBus” MMC qalib gəlib.
 
“İyulun 24-dən bu xətt üzrə daşımalar müasir, sərnişindaşıma tələblərinə tam cavab verən avtobuslarla həyata keçiriləcək. Bu dəyişiklik sayəsində ümumilikdə marşrutdan istifadə edən 12 000 nəfərdən artıq sakinin keyfiyyətli ictimai nəqliyyatdan istifadə imkanları təmin ediləcək və ictimai nəqliyyata əlçatanlığı əhəmiyyətli dərəcədə yaxşılaşacaq”, - Agentliyin məlumatında deyilir.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər