19:18
12°C
Bakı
Kanadanın "Sentinel" və adı açıqlanmayan Ukrayna şirkəti pilotsuz uçuş aparatları (PUA) istehsalı məqsədilə birgə müəssisə qurmağı planlaşdırıblar.
Moderator.az xəbər verir ki, bu barədə "The Globe and Mail" məlumat yayıb.
Bildirilib ki, PUA-lar Kanadada istehsal olunacaq və Ukrayna Silahlı Qüvvələri üçün nəzərdə tutulub.
Qeyd olunur ki, hazırda Kanada və Ukraynanın Müdafiə nazirlikləri arasında müvafiq danışıqlar aparılır.
Tərəflər arasında anlaşma uğurlu olarsa, dron istehsalına start veriləcək.
Nəşr xatırladıb ki, Ukraynadakı münaqişənin başlanğıcından bəri Ottava Kiyevə 6.5 milyard dollarlıq hərbi yardım köçürüb.