Sobyanin: “Moskvada antiterror əməliyyatı rejimi elan edilib, vəziyyət mürəkkəbdir”
Dünya
1483
24 Jun 2023 | 20:48

Sobyanin: “Moskvada antiterror əməliyyatı rejimi elan edilib, vəziyyət mürəkkəbdir”

“Moskvada antiterror əməliyyatı rejimi elan edilib, vəziyyət mürəkkəbdir. Ona görə də Moskvada bazar ertəsi qeyri-iş günü elan edilib”.

Bunu Moskva meri Sergey Sobyanin deyib.

O qeyd edib ki, hakimiyyət və davamlı dövriyyə müəssisələri, hərbi-sənaye kompleksi, şəhər xidmətləri istisna olacaq.

Merin sözlərinə görə, Moskvada şəhər xidmətləri yüksək hazırlıq vəziyyətində çalışır. O, həmçinin moskvalıları şəhər ətrafına səfərlərdən çəkinməyə çağırıb.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər