Qəbiristanlıqda tapılan iki yaşlı körpənin anası tapıldı
Hadisə
137
05 May 2026 | 23:30

Qəbiristanlıqda tapılan iki yaşlı körpənin anası tapıldı

Abşeronda - Fatimeyi Zəhra Məscidinin yaxınlığındakı Goradil qəbiristanlığından tapılan 2 yaşlı uşağın valideynləri tapılıb.

Moderator.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, anası uşaqdan rəsmi qaydada imtina edib.

"Dünən qəbiristanlıq ərazisində tapılan körpənin "anacığı" tapılıb. Hazırda barəsində cinayət işi açılıb. Uşaqdan rəsmi qaydada imtina etdi. Ruhu belə incimədən...

Sual verdim ki, "bəs düşünmədin ki, uşağa heyvanlar toxunar, xəsarət alar?" Çiyinlərini çəkdi...", - deyə o əlavə edib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər