Türkiyə klubu azərbaycanlı futbolçunun transferini açıqlayıb
İdman
1492
24 Jun 2023 | 20:20

Türkiyə klubu azərbaycanlı futbolçunun transferini açıqlayıb

Türkiyənin "Ümraniyespor" komandası Azərbaycan millisinin futbolçusu Coşqun Diniyevin transferini açıqlayıb.

I Liqa təmsilçisinin etdiyi paylaşımda 28 yaşlı yarımmüdafiəçi ilə razılıq əldə olunduğu bildirilib.

Qeyd olunub ki, təcrübəli oyunçu tibbi müayinədən keçdikdən sonra onunla rəsmi müqavilə imzalanacaq.

Xatırladaq ki, Coşqun Diniyevin son klubu "Səbail" olub.

Link kopyalandı!
Son xəbərlər