08:10
14°C
Bakı
Sankt-Peterburqda Dövlət Ermitaj Muzeyinə gələn ziyarətçilər muzeyin minalanması ilə bağlı məlumatla əlaqədar təxliyə edilib.
Bu barədə Ermitajın mətbuat xidməti məlumat yayıb.
“İyunun 24-də Ermitaj binanın minalanması ilə bağlı məlumat alıb. Ziyarətçilər Baş Muzey Kompleksinin ərazisindən təxliyə edilib. Muzeyin mühafizəsi əməkdaşları Milli Qvardiyanın əməkdaşları ilə birlikdə sərgi salonlarına və ofis binalarına baxış keçirirlər”, - məlumatda deyilir.