Sudanda 3 günlük atəşkəsdən sonra yenidən toqquşmalar başlayıb
Dünya
1447
21 Jun 2023 | 21:50

Sudanda 3 günlük atəşkəsdən sonra yenidən toqquşmalar başlayıb

Sudan silahlı qüvvələri ilə Çevik Reaksiya Qüvvələrinin bölmələri arasında toqquşmalar 3 günlük atəşkəsdən sonra yenidən başlayıb.

Bu barədə "Associated Press" məlumat yayıb.

Toqquşmalar Xartum Beynəlxalq Hava Limanı yaxınlığındakı kəşfiyyat qərargahı ətrafında qeydə alınıb.

Sudanda aprelin ortalarından bəri ölkənin silahlı qüvvələri ilə Çevik Reaksiya Qüvvələri arasında toqquşmalar gedir. Toqquşmalar üç mindən çox insanın həyatına son qoyub, altı mindən çox insan yaralanıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər